"Azərişıq"ın işığımızı kəsməyə haqqı varmı?
Tanrıverdi Mustafayev: "18 sentyabr saat 12:00-a qədər vaxtları var"
Müzəffər Baxışov: "Kimin işığı kəsilirsə, məhkəməyə müraciət edə bilər"
Bəzi abonentlər istifadə etdikləri elektrik enerjisi haqlarını vaxtlı vaxtında ödəmirlər. Bu haqda "Azərişıq" ASC-nin mətbuat xidmətindən məlumat verilib. Məlumatda qeyd olunur ki, "Azərişıq" ASC-nin fəaliyyəti dövründə debütor borcu yaranmış abonentlərin elektrik enerjisi təchizatı 18 Sentyabr 2015-ci il tarixində, saat 12:00-dan etibarən müvafiq qanunvericiliyə uyğun qeyd-şərtsiz və fərdi qaydada dayandırılacaq.
Məlumata görə, elektrik enerjisindən istifadə ilə bağlı yaranmış borca görə enerji təchizatı dayandırılmış abonentlərin "Borc Ödənilmədən Şəbəkəyə Özbaşına Qoşulma"sı elektrik enerjisinin talanması və elektrik enerjisindən qanunsuz istifadə sayıldığından, belə hallara yol vermiş şəxslərin Azərbaycan Respublikası Qanunvericiliyinə uyğun "Azərişıq" ASC tərəfindən ciddi tədbirlər görüləcək. Elektrik enerjisi təchizatı ilə bağlı abonentlərin hər hansı problem yaşamamaları üçün istifadə olunmuş elektrik enerjisi haqlarının dərhal ödənilməsi xahiş olunur.
Sonxeber.az-ın məlumatına görə, "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev "Bizim Yol"a açıqlamasında bildirib ki, bu məlumat borclu abonentlərə xəbərdarlıq idi: "Həm fərdi qaydada, həm də mətbuat vasitəsi ilə xəbərdarlıq edirik. Abonentlərə verilən qəbzin üzərində xəbərdarlıq bildirişi də yazılır. Hər bir abonentin xəbəri olur. Onlar bilirlər ki, filan tarixdən filan tarixədək borclarını ödəməlidirlər. Hər bir abonent fərdi qaydada borcunun məbləğini bilir. Elektrik enerjisinin istifadə qaydalarına görə bildiriş verildikdən sonra 5 gün ərzində abonent borcunu ödəməlidir. Elələri var ki, xəbərdarlığın verilməsindən 1 ay keçməsinə baxmayaraq hələ də borcunu ödəməyib. Digər tərəfdən elektrik enerjisinin istifadə qaydaları haqqında hüquqi qaydada 3 gün ərzində xəbərdarlıq edilir. Bu da rəsmi xəbərdarlıqdır. Mətbuat xidmətinin məlumatı yayılır. Rəqəm olaraq borclu abonentlərin sayını dəqiq deyə bilmərəm. Ancaq bu günə olan məlumata görə, dünənki məlumatdan sonra müəyyən bir faiz borcunu ödəyib. Borclu abonentlərin sabaha qədər vaxtları var. Əgər borclu abonentlər 18 sentyabr saat 12:00-a qədər borclarını ödəməsələr, onların mənzillərinə verilən elektrik enerjisi qeyd-şərtsiz və fərdi qaydada dayandırılacaq".
Hüquqşünas Müzəffər Baxışov "Bizim Yol"a açıqlamasında bildirib ki, elektrik təchizatı haqqında Azərbaycan Respublikasının tələblərinə görə, abonentə xəbərdarlıq edilir: "Xəbərdarlıq edildikdən sonra 1 ay müddətində borcunu ödəmirsə, "Azərişıq" ASC-nin ixtiyarı var ki, konkret işıq təchizatını dayandırsınlar. Xəbərdarlıq edildikdən sonra konkret abonentin işıq təchizatını dayandıra bilərlər. Yəni, məsələn kimsə çoxmərtəbəli hündür binada yaşayır, orda 15 nəfər işıq pulunu ödəmir, 10 nəfər ödəyirsə, orada bütün binanın işığını kəsə bilməzlər. Konkret ödəməyənlərə xəbərdarlıq edilməlidir və bundan 1 ay sonra həmin qanunun tələblərinə görə onlar elektrik enerjisinin təchizatını dayandıra bilərlər. Kimin işığı kəsilirsə və mübahisə olursa, istənilən halda məhkəməyə müraciət edə bilər. Yəni bu hərəkətlərin "Azərişıq"a qadağan edilməsi barəsində sakinlər məhkəməyə müraciət edə bilərlər. Bunun üçün əsasları olmalıdır. Məhkəmə qərar qəbul edərsə ki, konkret hansısa abonentin işığının kəsilməsi "Azərişıq"a qadağan olunsun, bu zaman məhkəmə qərarı icra olunacaq. Onun qarşısı alınacaq. Ancaq konkret halda xəbərdarlıqdan bir ay sonra istehlakçının elektrik təchizatının kəsilməsi tam qanuna uyğundur".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Zərgər gətirilən bir çanta qızılı qəbul etmədi: "Bu günaha girə bilmərəm"
Bu universitet tələbələrə fərqli təqaüdlər təsis edib: 150, 250 manat
Meyxanaçı Kərim vəfat etdi
Tanınmış kosmetoloq Natavan Əmirova paylaşımı ilə özünü biabır edib
Baş Prokurorluq Kamran Əsədov və "şərikləri" ilə bağlı - Açıqlama yaydı
Direktoru divara itələyən müəllimlə bağlı - Rəsmi açıqlama+Video
Dövlət universitetinin açıq bufetinə baxın! Menyusu qədər qiymətləri də təəccübləndirir! - VIDEO
Kərim harda dəfn olunacaq? (AÇIQLAMA)
Azərbaycanda bu tarixdə 12 DƏRƏCƏ ŞAXTA OLACAQ - XƏBƏRDARLIQ
Röya Ayxan və Elçin Cəfərovdan yeni duet - "Can" klipi çəkildi
Ömrü Sultani ilə məsələdə adı hallanan hospitaldan cavab: "Bizdə nə müalicə alıb, nə də ölüb" - YENİLƏNİB
Sabah hava necə olacaq?
Pensiyalar bu tarixdə tam ödəniləcək
Belə çağırışlar edənlər - 500 manat ödəməli olacaq
"Gürcüstanın tranzit prosesində yer alması da Azərbaycanın qurduğu yeni regional modelin bir hissəsidir" - AÇIQLAMA