Bakının mərkəzində silahlı atışma

Bakının mərkəzində silahlı atışmaKriminal aləm üzvləri hakim qarşısına çıxarılıb. Onlar Bakıda silahlı atışmada iştirakda ittiham edilirlər. Həbs edilən şəxslər məhkəmədə ifadə veriblər. Amma hadisənin əsl başvermə səbəbini danışmayıblar. Dediklərindən belə aydın olub ki, onlar təsadüfən hadisə yerində olublar və heç nədən xəbərləri yoxdur.

Musavat.com xəbər verir ki, Bakıda silahlı atışmada iştirakda təqsirləndirilən Xəyyam Səlimxanov, Murad Həsrətov, Tunar Nağızadə, Emin Əliyev və İlham Ramazanovun cinayət işi üzrə məhkəmə iclası baş tutub.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Təqsirləndirilən şəxslər xuliqanlıqda və narkotik vasitə istifadəsində ittiham edilirlər.

Bakının mərkəzində kriminal hesablaşma -naməlum zəng, naməlum maşınlar, atəş səsələri...

İttiham aktında yazılır ki, Fazil İsayevin yuxarıda adı çəkilən şəxslərlə mübahisəsi olub. Onlar bu məsələni öz aralarında həll etmək üçün görüş təyin ediblər. Görüş zamanı Fazil İsayevin tanışı Əhməd Əlizadə tapança ilə atəş açıb. İstintaq zamanı müəyyən edilib ki, hadisə yerinə 6-7 naməlum maşın gəlib. Maşınlarda olan şəxslər əvvəlcədən müəyyən edilmiş yerdə görüşüblər. Görüş zamanı mübahisə yaranıb və tərəflər havaya atış açıblar.

Təqsirləndirilənlərdən Xəyyam Səlimxanov ona qarşı irəli sürülən ittihamla özünü təqsirli bilməyib.

Elvin Əliyev özünü qismən təqsirli bilib. Murad Həsrətov özünü təqsirli bilməyib. Tunar Nağızadə də isə özünü xuliqanlıqda təqsirli bilib. Yalnız xuliqanlıqdan ittiham edilən İlham Ramazanov isə üzünü qətiyyən təqsirli bilmədiyini deyib.

Məhkəmənin davamında Xəyyam Səlimxanov ifadə verib. 2017-ci il yanvarın 7-də polis əməkdaşları tərəfindən saxlanıldığını deyən X.Səlimxanov heç bir xuliqanlıq əməli törətdmədiyini deyib.

Bakının mərkəzində kriminal hesablaşma -naməlum zəng, naməlum maşınlar, atəş səsələri...

Qeyd edib ki, yanvarın 6-da Bakıxanov qəsəbəsində "Ərəblinka" çay evində olub. Saat 00:30 radələrində naməlum şəxsdən ona zəng gəlib: "Mən də bekar idim. Nərimanova çağırdı, durub getdim. Ora çatanda tanımadığım bir maşıdan güllə atıb getdilər. Qayıdıb evə gəldim. Ora Eminin maşını ilə getmişdik. Amma maşını mən sürürdüm. Axşam qayıdıb evə gəldik. Səhər Eminlə məni məhəllədən tutub apardılar. Mən Emingilə gedirim. Onların bloklarına girəndə polislər məni də tutdu. Artıq Emin saxlanılmışdı.

İttihamda yazılıb ki, guya məni "Metropark"ın qabağından ayın 8-də aparıblar. Amma mən 7-də saxlanılmışam və polis idarəsində olmuşam. Nərimanovdakı işdə mənim iştirakım olmayıb. Polisdə də belə dedim. Narkotik ittihamı yükləmədir"- deyən Xəyyam Səlimov prokurorun suallarını cavablandırıb.

O, havaya atəş açan Əhməd Əlizadəni tanımadığını, güllə atanda da onu görmədiyini deyib.

X.Səlimxanov sadəcə səs eşitdiyini söyləyib. Prokuror Xəyyam Səlimxanova sual verib ki, onlarla birlikdə hadisə yerinə gələn Kamran adlı şəxsin silahdan atəş açdığını görübmü? Təqsirləndirilən şəxs bundan da xəbərsiz olduğunu söyləyib. O, ad çəkmək istəməyib.

Prokuror da bildirib ki, Əhməd Əlizadə ilə aralarında daha əvvəl də müansibət olub. Əhməd Əlizadə barəsində açılmış cinayət işi üzrə məhkəmə iclası Xətai Rayon Məhkəməsində baş tutub. Xəyyam Səlimxanov da həmin iş üzrə dindirilib. Xəyyam Səlimxanov deyib ki, iştirak etdiyi sonuncu idman yarışında başından xəsarət alıb. Buna görə də yaddaşı ilə bağlı problemi var.

Bakının mərkəzində kriminal hesablaşma -naməlum zəng, naməlum maşınlar, atəş səsələri...

Hakim isə Xəyyam Səlimxanova sual verib ki, gecə saat 1-də tanımadığı şəxsdən zəng gələndə ora getməkdə məqsədi nə olub?

Hakim onu da soruşub ki, hər adam zəng eləsə, görüşə gedirmi?

Xəyyam Səlimxanov həmin görüşə getməsini bekarçılıqla izah edib.

Digər təqsirləndirilən Emin Əliyev də eyni məzmunlu ifadə verib. Xəyyamla tanış olduqlarını, birlikdə məşq elədiklərini deyib. Söyləyib ki, Xəyyama zəng gələn zaman onunla birlikdə Nərimanova gəlib. Sonra tanımadıqları maşında atəş açılıb və onlar da hadisə yerindən gediblər.

Həbs edilənlər arasında ən gənci olan Murad Həsrətov da məhkəmədə sərbəst ifadə verib. Söyləyib ki, həmin gün tanışları ilə Qara Qrayevdə çay içən zaman Nərimanovda "söhbət" olduğunu bilib: "Belə bir söhbətin olacağını bildirdim. Mən də maşınla idim.

Uşaqları Yasamaldan Nərimanova gətirdim. Onları orada düşürdüb getdim. Məni gözləyən var idi. Bir neçə saat sonra Neftçilər tərəfdə uşaqlarla görüşəndə bildim ki, belə bir hadisə baş verib. Mən nə söhbət olduğunu bilmirəm".

Hadisə ötən il yanvarın 7-də Nərimanov rayonu Fətəli Xan Xoyski küçəsi 134 ünvanında yerləşən "Nənəmin Təndiri"restoranın yaxınlığında baş verib. Belə ki, əraziyə toplaşan iki kriminal qruplaşmanın 15-20-yə yaxın üzvünün mübahisəsi zamanı odlu silahlardan istifadə olunub. İlkin məlumata görə, hadisə zamanı xəsarət alan olmayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparan zaman "Makarov" tipli tapançaya məxsus gilizlər aşkar ediblər.

Bakının mərkəzində kriminal hesablaşma -naməlum zəng, naməlum maşınlar, atəş səsələri...

Qeyd edək ki, təqsirləndirilən şəxslərdən Xəyyam Səlimxanov, Murad Həsrətov, Tunar Nağızadə və Emin Əliyev xuliqanlıqla yanaşı həm də Cinayət Məcəlləsinin 234-cü (narkotik vasitədən istifadə) maddəsi ilə ittiham edilirlər.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 5221   Tarix: 11 mart 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Qaradağ rayonunda 48 ədəd kombi oğurlayan şəxs saxlanılıb

Qaradağ rayonu ərazisində oğurluq hadisəsi qeydə alınıb. Naməlum şəxs bir yarımtikilidən ümumi dəyəri 1 400 manat olan inşaat materiallarını hissə-hissə oğurlayaraq satıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, Qaradağ RPİ 11-ci Polis Şöbəsi əməkdaşlarını

20 dekabr
.

Gənc fenomen dünyasını dəyişdi

TikTok-dakı paylaşımları ilə geniş izləyici kütləsinə sahib olan gənc ulduz Tucker Genalın vəfat etdiyi bildirilib. türk mediasına istinadən xəbər verir ki, Genalın ölüm xəbərini 15 dekabrda qardaşları Carson və Connor Genal Instagram hesabları vasitəsilə paylaşaraq izləyiciləri ilə bölüşüblər. Onla

16 dekabr
.

Avtobus sürücüsü ilə qadın sərnişin əlbəyaxa dava edib - VİDEO

Adanada xüsusi ictimai avtobusda sürücü ilə qadın sərnişin arasında yaranan mübahisə davaya çevrilib. türk mediasına istinadən xəbər verir ki, hadisə günorta saatlarında şəhər mərkəzində fəaliyyət göstərən xüsusi ictimai avtobuslardan birində baş verib. İlkin məlumata görə, sürücü ilə qadın sərnişi

19 dekabr
.

Azərbaycan-Gürcüstan sərhədində qəzaya uğramış hərbi təyyarə ilə bağlı Türkiyədən AÇIQLAMA

"C-130"lar hazırda hələ də dünyanın 70 ölkəsi tərəfindən ən təhlükəsiz təyyarələr kimi istifadə olunur". -ın Türkiyə KİV-ə istinadən xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər ​​illik qiymətləndirmə iclasında gündəmdəki məsələlərlə bağlı sualları cavablandırarkən deyib

20 dekabr
.

Azərbaycanda bu tarixdə 12 DƏRƏCƏ ŞAXTA OLACAQ - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Son xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Məlumata əsasən gecə və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündü

20 dekabr
.

Pekində muzeydə insident: 2 kiloqramlıq qızıl tac zədələndi, ziyan 90 min manata yaxın - VİDEO

Çinin paytaxtı Pekində yerləşən muzeylərdən birində xoşagəlməz hadisə baş verib. xarici mediaya istinadən xəbər verir ki, təxminən 2 kiloqram saf qızıldan hazırlanmış xüsusi bir tac uşağın vitrininə toxunması nəticəsində yerə düşüb. Məlumata görə, yerə düşən qızıl tac gözəllik fenomeni Zhang Kaiyini

17 dekabr
.

Bu toyuqları almayın - AÇIQLAMA

Toyuq əti Azərbaycanda ən çox istehlak olunan qida məhsullarından biridir. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, bəzi hallarda toyuq əti sağlamlıq üçün ciddi təhlükə yarada bilər. xəbər verir ki, qida təhlükəsizliyi üzrə mütəxəssisi Ağa Salmanovun sözlərinə görə, risk əsasən istehsal, saxlanm

21 dekabr
.

Ömrü Sultani ilə məsələdə adı hallanan hospitaldan cavab: "Bizdə nə müalicə alıb, nə də ölüb" - YENİLƏNİB

Ömrü Sultani kimi tanınan bloqer Tünzalə Sultanovanın vəfatı ilə bağlı məlumatlar reallığı əks etdirməyib. "EGE Hospital"ın icraçı direktoru Rafael Əliyev -a verdiyi açıqlamada yayılan məlumatları təkzib edib. O qeyd edib ki, Tünzalə Sultanova "EGE Hospital"da müalicə almayıb:. "Tünzal

20 dekabr
.

Qocalar evinin işçisi yaşlı kişini döyərək öldürüb - VİDEO

İstanbulun Böyükçəkməcə rayonunda fəaliyyət göstərən Özəl Böyük Marmara Qocalar evində 2023-cü ilin iyul ayına aid olduğu bildirilən görüntülər cəmiyyətdə böyük rezonans doğurub. türk mediasına istinadən xəbər verir ki, görüntülərdə yaşlı kişinin "Səhərdən bəri məni döyürlər" dediyi, bir şəxsi

17 dekabr