Qocalar evinin işçisi yaşlı kişini döyərək öldürüb - VİDEO
İstanbulun Böyükçəkməcə rayonunda fəaliyyət göstərən Özəl Böyük Marmara Qocalar evində 2023-cü ilin iyul ayına aid olduğu bildirilən görüntülər cəmiyyətdə böyük rezonans doğurub.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, görüntülərdə yaşlı kişinin "Səhərdən bəri məni döyürlər" dediyi, bir şəxsin isə əlcək taxaraq ona şiddət göstərdiyi görünür. İddialara görə, kadrlarda əks olunan şəxs qocalar evinin sahibinin həyat yoldaşı Erol Konukdur və şiddətə məruz qalan yaşlı şəxsin Abdulkadir Taşar olduğu bildirilir.
Kayıtlarda Taşarın, "Səhərdən bəri məni döyürlər. Şillə vurdular. Məni anam-atam bu qədər döyməyib" sözlərini söylədiyi eşidilir. Bu ifadələrdən sonra Erol Konukun "Harana vurdular, göstər!" deyə qışqırdığı, yanındakı işçidən əlcək istəyərək yaşlı adama fiziki zorakılıq tətbiq etdiyi anlar da görüntülərə düşüb. Hadisə izləyənlərin vicdanını sızladıb.
Veryansın portalının jurnalisti Erdem Atayın xəbərinə görə, şiddətə məruz qaldığı iddia edilən Abdulkadir Taşar 2024-cü ilin sentyabr ayında xəstəxanada vəfat edib. Lakin ölümündən sonra meyitin yarılması aparılmadığı da iddia olunur.
Məsələ ilə bağlı açıqlama verən qocalar evinin rəhbərliyi, Erol Konukun bir daha müəssisəyə buraxılmayacağını bildirib. Digər tərəfdən, Konukun qocalar evindən ayrılan bəzi işçiləri və onu şikayət edən şəxsləri hədələdiyi də iddia edilir. Bildirilir ki, o, "Səni İstanbulda yaşatmaram" kimi ifadələrlə işçiləri qorxutmağa çalışıb.
Hadisə ilə bağlı ictimaiyyətin reaksiyası artarkən, məsələnin hüquqi müstəvidə araşdırılması tələbi də gündəmə gəlib.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 696 Tarix: 17 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video
Səhər saatlarında Qaradağ rayonu ərazisində qəza baş verib. "Yeni Sabah"a istinadən xəbər verir ki, hərəkətdə olan avtobus yoldan çıxaraq aşıb. Hadisə nəticəsində yaralıların olduğu bildirilir. İlkin məlumata görə avtobus gənc əsgərləri daşıyırmış
9 oktyabrAraq almağa pul verməyən arvadını baltanın sapı ilə döydü
Astrada kişi arvadını döyüb. Hadisə rayonun kəndlərindən birində baş verib. 64 yaşlı Akif Rzayev (şərti adla) yaşadıqları evdə arvadını döyərək xəsarət yetirib. Zərərçəkənin şikayəti əsasında o, polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində müvafiq maddə ilə protokol tərtib olunub. Akif Rzaye
11 oktyabrİnfarkt keçirən kişi yanaraq öldü - Təfərrüat
Bakının Xətai rayonunda köşkdə ölümlə nəticələnən yanğınla bağlı detallar məlum olub. APA-ya istinadən xəbər verir ki, köşkün gözətçisi olan Ağayar Əliyev ürək tutması nəticəsində yanan sobanın üzərinə yıxılıb. Nəticədə köşkdə yanğın baş verib. Gözətçinin yanaraq öldüyü bildirilir. Faktla bağlı Xəta
3 oktyabrDİQQƏT! Sabah İŞIQ OLMAYACAQ - Bu ərazilərdə
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 4-də paytaxtın Nəsimi rayonunda 35/6 kV-luq 96 saylı yarımstansiyada 6 kV-luq 2-ci bölmədə təmir işləri həyata keçiriləcək. xəbər verir ki, bu barədə "Azərişıq"
3 oktyabrÖtən gün cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb
Azərbaycanda oktyabrın 2-də cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb. Bu barədə -a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, həmçinin ölkə ərazisində qeydə alınan 45, əvvəlki dövrlərdən bağlı qalan 18 cinayətin açılması təmin olunub
3 oktyabrLaçın sakini Ağcabədidə niyə boğulub ölüb? - Səbəb
Ağcabədidə balıq tutmağa gedən Laçın sakini göldə boğularaq həyatını itirib. "Unikal"a istinadla xəbər verir ki, hadisə Ağcabədi rayonunun Taxta Körpü ərazisində yerləşən göldə baş verib. Belə ki, Laçın rayonunun Fingə kənd sakini 1974-cü il təvəllüdlü Rafiq Əliyev balıq tutarkən suda boğulub
10 oktyabrCəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama
Cəbrayılda minaya düşən ata və oğulun son vəziyyəti açıqlanıb. Bu barədə -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Bildirilib ki, Cəbrayıl rayonunda baş verən partlayış hadisəsi səbəbilə xəsarət alan iki nəfər (kişi) oktyabrın 9-da Kliniki Tibb
10 oktyabr