Ulduz futbolçu azarkeşlərlə əlbəyaxa davaya çıxdı

Ulduz futbolçu azarkeşlərlə əlbəyaxa davaya çıxdıPortuqaliya yığmasının və "Latsio"nun futbolçusu Luiş Nani insidentlə üzləşib.

Sonxeber.az apasport.az-a istinadən xəbər verir ki, bu, İtaliya çempionatının XXVIII turunda "Kalyari" ilə səfər matçından (2:2) sonra baş verib.

Belə ki, "Latsio"nun Romaya qayıtdığı təyyarədə klubun fanatları da olub. Onlar Naniyə oyunundan narazı qaldıqlarını bildirərək, ona sərt etiraz ediblər. Bu isə 32 yaşlı yarımmüdafiəçinin xoşuna gəlməyib. Mübahisə əlbəyaxa dava ilə nəticələnib.

7 nəfərin müdaxiləsindən sonra Nani ilə fanatları bir-birindən ayırmaq mümkün olub.

Qeyd edək ki, transfer hüququ "Valensiya"ya məxsus olan Luiş Nani ötən ildən icarə əsasında "Latsio"da oynayır. O, paytaxt klubunda cari mövsümdə ümumilikdə 14 oyun keçirib və 3 qola imza atıb.

İdman   Baxılıb: 528   Tarix: 12 mart 2018  

Şikayətiniz varsa Whatsapp: 050 3422489

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR