Toyuq əzəlidir, yoxsa yumurta? – AXIR Kİ, CAVAB TAPILDI

Toyuq əzəlidir, yoxsa yumurta? – AXIR Kİ, CAVAB TAPILDINovruz bayramının ən gözəl adətlərindən biri yumurta boyamaqdır. Elə bir novruz xonçası olmaz ki, orada əl-əlvan boyanmış yumurta olmasın. Həmçinin yumurta döyüşdürmək də Novruz adətləri sırasındadır. Xüsusilə də uşaqlar yumurta döyüşdürməkdən böyük zövq alırlar. Bəs görəsən yumurta boyamağın və döyüşdürməyin xüsusi mənası varmı və bunlar nə məqsədlə həyata keçirilir?

Sonxeber.az lent.az-a istinadən Milli kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanovun bununla bağlı maraqlı məlumatlarını diqqətinizə çatdırır.

Toyuq yumurtası bir çox xalqların bayramında süfrələri bəzəyir. Demək olar ki, dünyada mövcud olan bütün kosmoqonik əsatirlərin hamısında yumurta varlığın əsasını qoyan, cansız aləmdən canlı aləmə keçid simvolu kimi göstərilmişdir. Belə hesab edilir ki, əgər uşağı olmayan qadın yuxuda yumurta görürsə, onda həmin qadın tezliklə hamilə olar: "Qırmızı rəngə boyadılmış yumurta günəşi ifadə edir. Yaşıl rəngə boyanmış yumurta bitki aləmini, göy rəngə boyanmış yumurta isə səmanı əks etdirir. Yumurta bayramda təkcə qida deyil. O, bayram süfrəsini bəzəməklə yanaşı uşaqlar və gənclər arasında keçirilən oyunlarda oyuncaq rolunu oynayır. Məsələn, Pasxada "yumurta vurma", azərbaycanlılarda isə bu oyun "Yumurta döyüşdürmək" oyunu adlanır. Yumurta sözü yumru, dairəvi sözündən əmələ gəlmişdir ki, bayramlarda yumurtanı yerlə, torpaqla müqayisə edirlər. Yer kürəsinin yumru formada olması haqqında məlumat bizə şumerlərdən qalıb. Alimlər bizi şumerlərin birbaşa nəsli hesab edirlər. Yeri gəlmişkən, Novruz ənənəvi fəlsəfi "Toyuq əzəlidir, yoxsa yumurta?" sualına çox gözəl cavab verir. Yəni Novruz bayramı mərasimi sübut edir ki, cansızdan canlıya doğru keçid simvolu kimi yumurta əzəlidir. Məsələ ondadır ki, yumurta bir tərəfdən cansız, digər tərəfdən isə canlıdır, yəni cansızla canlı arasındakı formadır və canlıdan əvvəldir. Yumurta döyüşdürmək oyununun da əsas məqsədi bunu yoxlamaqdır. "Canlıdır, yoxsa cansızdır" deyə sanki yumurtanı qırıb yoxlayırlar. Bundan başqa hər şeydən əzəli yerdir (torpaq) ki, bu da ən ilk və ən böyük yumurtadır".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 3102   Tarix: 14 mart 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Polşalı morja yaxınlaşdı, 1100 dollarından oldu

Polşadan olan turist Norveçin Şpitsbergen arxipelaqında morja çox yaxınlaşdığı üçün cərimələnib. O, buz örtüyünün üzərinə düşərək heyvana yaxınlaşıb. Turist yerli hakimiyyət orqanları tərəfindən "buz örtüyü üzərində uzanmış morjun narahatlığına səbəb olmaqda" ittiham edilib. Arxipelaqda qüvvəd

28 aprel
.

Bakıda ilanların sayı artıb? - AÇIQLAMA

Son günlər sosial şəbəkələrdə ilanların çoxalması iddiası ilə bağlı videolara rast gəlinir. Sosial şəbəkədə paylaşılan və paytaxtda çəkilən videoların birində avtomobilin yan şüşəsindən ilanın sallandığı görünür. Videonu lentə alan şəxs avtomobillə Zirədən Yasamala gəldiyini və mənzil başına çatand

27 aprel
.

Həbsdən çıxıb yenə eyni qadını qaçırtdı

ABŞ-ın Florida ştatında qadını qaçırmaqda ittiham olunaraq həbs olunan şəxs sərbəst buraxılıb və iki ay sonra yenidən eyni qadını qaçırıb. xarici KİV-ə istinadla bildirir ki, 53 yaşlı Ceffri Holley 11 ittihamla yenidən həbsxanaya qayıdır. Holley 2022-ci ilin avqustunda qadını oğurlamaqda təqsirləndirilərə

4 may
.

Turlar.AZ - Ucuz turlar, tur paketlər

Turizm elanları saytı ilin istənilən fəslində səyahət həvəskarlarını sevindirir!. Əksər insanlar çox vaxt, xüsusən də yay vaxtı gedə biləcəkləri maraqlı yer axtarışına çıxırlar. Məkanı müəyyənləşdirdikdən sonra isə ora necə getməyi, hansı yolla biletlərin daha ucuz başa gəlməsini araşdırırlar. Səyahə

4 may
.

İsmayıllı meşələrində bitən pəl bitkisi: Həm faydalıdır, həm də ucuz - VİDEO

İsmayıllı rayonunda müalicəvi əhəmiyyəti olan bir sıra bitkilər bitir. Onlardan biri də insan sağlamlığı üçün əhəmiyyətli olan pəl bitkisidir. Baharda bitən pəl insanlar arasında geniş istifadə olunmaqdadır. Həmçinin, onun qiymətinin də ucuz olduğu bildirilir. Daha ətraflı APA TV-nin materialında:

27 aprel
.

Pensiya sistemindəki boşluqlar: Vəfat edənlərin yığılan pullarının taleyi necə olacaq? - ARAŞDIRMA

Statistik məlumatlara əsasən, ölkəmizdə il ərzində vəfat edən kişilərin təxminən yarısı pensiya yaşına çatmayanlardır. Bu statistika yenidən pensiya yaşına çatmadan vəfat edənlərin pensiya kapitalının taleyi məsələsini gündəmə gətirir. Azərbaycanda il ərzində 60 min 810 nəfər vəfat edib. Statistik məlumatlar

21 aprel
.

Kələmi bişirəndə yumurta və şəkər əlavə edin – Təəccüblənəcəksiniz

Hər bir evdar qadınlar kələmi öz şəxsi üsulları ilə bişirir və ona müxtəlif məhsullar əlavə edirlər. xəbər verir ki, çoxları xardal, tomat pastası və ya xamaya üstünlük verir. Ancaq bu komponentlər hamıya məlumdur. Çünki onlar tez-tez istifadə olunur. Bununla belə, daha maraqlı variantlar var. Yumurta

28 aprel
.

Hücumlardan yorulan türkiyəli fermer məktub yazdı: "Ayı qardaş, açar ayaqaltının altındadır"

Hücumlardan bezən fermerin qapıya ayı üçün qoyduğu məktub Türkiyənin gündəminə çevrilib. Hadisə Artvin şəhərində qeydə alınıb. Zərərçəkən Fikri Özkanın sözlərinə görə, ayı bu il artıq üçüncü dəfə onun müəssisəsinə soxulub. "Artıq bezmişik. Eyni ayı elə həmin qapını dəfələrlə qırıb. Mən də qapıd

28 aprel
.

Braziliyada qadın ölmüş qohumunu banka gətirdi: İmzası ilə kredit almaq istədi - VİDEO

Braziliyanın Rio-de-Janeyro şəhərində qadın ölmüş dayısını banka gətirib və onun imzasından istifadə edərək kredit əldə etmək istəyib. Kişinin solğun və hərəkətsiz görüntüsü bank işçilərinin diqqətini cəlb edib. Qadından bunun səbəbini soruşduqda o, kişinin başını dik tutaraq, onun əli ilə öz adına kredi

21 aprel