Azərbaycanda ağır qəza: Ölən və yaralananlar var - YENİLƏNİB - FOTOLAR

Azərbaycanda ağır qəza: Ölən və yaralananlar var - YENİLƏNİB - FOTOLARHacıqabul rayonunda baş verən yol qəzasında ölən və xəsarət alanların adları məlum olub.

Bakı-Qazax magistralının Hacıqabulun Atbulaq kəndindən keçəndən hissəsində Tərtər rayon sakini, 1980-ci il təvəllüdlü Bəhruz Telman oğlu Hümbətovun idarə etdiyi "Mercedes" markalı avtomobilin yolda təmir işləri aparan maşınla toqquşması nəticəsində onun həyat yoldaşı, 1989-cu il təvəllüdlü Şəlalə Yaqub qızı Hümbətova və sürücünün qardaşı arvadı İsmayılova Kamilə Feyzi qızı hadisə yerində ölüblər.

"Mercedes"də olan sərnişinlərdən - sürücünün övladları, 2015-ci il təvəllüdlü Umud Bəhruz oğlu Hümbətov və 2010-cu il təvəllüdlü Rəşad Bəhruz oğlu Hümbətov ağır vəziyyətdə xəstəxanaya yerləşdiriliblər.

Avtomobildə olan digər azyaşlı və sürücü yüngül xəsarət alıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən "APA-Economics"ə verilən məlumatda isə bildirilir ki, bu gün səhər saatlarında Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 82-ci km-də təmir işləri aparılan ərazidə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bakı şəhəri istiqamətində hərəkət edən 10-XN-136 dövlət nömrə nişanlı "Mercedes" markalı minik maşınının sürücüsü idarəetməni itirərək avtomobili, təmir işləri aparılan ərazidə öncədən xəbərdarlıq nişanları qoyulmasına baxmayaraq, yol kənarında təmir işləri aparan texnikaya çırpıb.

Nəticədə qəza zamanı maşında olan iki sərnişin dünyasını dəyişib, xəsarət alanlar var.

Hazırda faktla bağlı araşdırma aparılır.

***

11:37

Bakı-Qazax yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsində ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, Hacıqabulun Atbulaq kəndi ərazisində "Mercedes" markalı avtomobilin yolda təmir işləri aparan maşınla toqquşması nəticəsində iki qadının öldüyü, 4 nəfərin xəsarət aldığı bildirilir.

Xəsarət alanlardan biri "Mercedes"in sürücüsü, 3-ü isə avtomobildə olan azyaşlılardır.

Xəsarət alan uşaqlardan ikisinin vəziyyəti daha ağır qiymətləndirilir.

Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin xilasediciləri avtomobildə sıxılmış vəziyyətdə qalan meyitləri çıxarıblar.

***

10:49

Bakı-Qazax yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsində ölümlə nəticələnən yol qəzası baş verib.

Hacıqabulun Atbulaq kəndi ərazisində "Mercedes" markalı avtomobil yolda təmir işləri aparan maşınla toqquşub.

Qəza nəticəsində iki qadının öldüyü, iki azyaşlının xəsarət aldığı bildirilir.

***

10:26

Bakı-Qazax yolunda ölümlə nəticələnən yol qəzası baş verib.

Hadisə yolun Hacıqabul rayonunun Atbulaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Hadisə nəticəsində bir nəfərin öldüyü, iki nəfərin xəsarət aldığı bildirilir.

Mənbə: APA
Azərbaycanda ağır qəza: Ölən və yaralananlar var - YENİLƏNİB - FOTOLARAzərbaycanda ağır qəza: Ölən və yaralananlar var - YENİLƏNİB - FOTOLARAzərbaycanda ağır qəza: Ölən və yaralananlar var - YENİLƏNİB - FOTOLAR


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 3104   Tarix: 16 mart 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Yolda düşürdüyü sərnişini geri qayıdanda vurub öldürdü

Bu ilin iyununda Bakı-Qazax magistralının Pirsaat kəndi ərazisindən keçən hissəsində qeydə alınan piyada 1985-ci il təvəllüdlü Elmir Ağamalıyevin ölümü ilə bağlı məhkəmə prosesi başa çatıb. Teleqraf-ın əldə etdiyi məlumata görə, ehtiyatsızlıqdan zərərçəkmişin ölmünə səbəb olan 199-cu il təvəllüdlü Nica

17 dekabr
.

Bu toyuqları almayın - AÇIQLAMA

Toyuq əti Azərbaycanda ən çox istehlak olunan qida məhsullarından biridir. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, bəzi hallarda toyuq əti sağlamlıq üçün ciddi təhlükə yarada bilər. xəbər verir ki, qida təhlükəsizliyi üzrə mütəxəssisi Ağa Salmanovun sözlərinə görə, risk əsasən istehsal, saxlanm

21 dekabr
.

Ferması yanan kişinin sözləri diqqət çəkib

Türkiyənin Bolu vilayətinin Mudurnu rayonunda Niyazi Cengizə məxsus boş hind quşu fermasında baş verən yanğın yanğınsöndürənlərin müdaxiləsi ilə nəzarət altına alınıb. türk mediasına istinadən xəbər verir ki, Mudurnunun Hacıhalimlər kəndində yerləşən və 7 min tutumlu olan boş hind quşu fermasında naməlu

18 dekabr
.

Bakıda işlədiyi evdə oğurladığı dollarların yerinə saxtalarını qoyan usta saxlanılıb

Bakıda işlədiyi evdə oğurladığı dollarların yerinə saxtalarını qoyan usta saxlanılıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, paytaxtın Nəsimi rayonu ərazisində yerləşən evlərin birində oğurluq hadisəsi qeydə alınıb. Həmin evdə usta kimi işləyən şəxs ev sahibini

20 dekabr
.

Qəzada ölən dostlarını avtomobildə qoyub qaçdılar

Ədirnədə baş verən yol-nəqliyyat hadisəsində 18 yaşlı gənc həyatını itirib. Hadisə Edirnə mərkəzinə bağlı Üyüklütatar kəndi ərazisində qeydə alınıb. türk mediasına istinadən xəbər verir ki, məlumata görə, 18 yaşlı İsa Özerin idarə etdiyi 16 APR 045 dövlət nömrə nişanlı avtomobil güclü duman səbəbində

18 dekabr
.

16 yaşlı qız evdə başından güllələnmiş halda tapıldı

Türkiyənin Kocaeli vilayətinin Körfəz rayonunda 16 yaşlı qız uşağı evdə başından güllələnmiş vəziyyətdə aşkar edilib. Səhiyyə əməkdaşlarının bütün müdaxilələrinə baxmayaraq, yeniyetmə həyatını itirib. türk mediasına istinadən xəbər verir ki, əldə edilən məlumata görə, 16 yaşlı A.C. ailə üzvləri tərəfində

17 dekabr
.

Bacısı oğlu və azyaşlı uşağının başına silah dayayıb girov götürdü: Hacıqabuldakı cinayətin TƏFƏRRÜATI

Bəhram Qəmbərlinin (ad-soyadlar şərtidir) münasibətindən şübhələndiyi üçün onları qanunsuz olaraq silah gücü ilə azadlıqdan məhrum edib. -a istinadla xəbər verir ki, ötən il baş verən hadisə ilə bağlı məhkəmə prosesi bu həftə başa çatıb. Hacıqabul Rayon Məhkəməsinin hökmünə əsasən, Ş.Valehov 5 il müddətin

20 dekabr
.

Sevgilisinin arvadının iş yerinə gedərək - Onu təhqir etdi

Sabirabad rayonunda qadınlar arasında xoşagəlməz hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, rayonun kəndlərindən birində 44 yaşlı qadın sevgi münasibətində yaşadığı kişinin həyat yoldaşının iş yerinə hücum edib. Belə ki, təhsil müəssisələrinin birində katibə-makinaçı işləyən S.Həsənov

17 dekabr
.

Qaradağ rayonunda 48 ədəd kombi oğurlayan şəxs saxlanılıb

Qaradağ rayonu ərazisində oğurluq hadisəsi qeydə alınıb. Naməlum şəxs bir yarımtikilidən ümumi dəyəri 1 400 manat olan inşaat materiallarını hissə-hissə oğurlayaraq satıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, Qaradağ RPİ 11-ci Polis Şöbəsi əməkdaşlarını

20 dekabr