Bakı işğalçı Ermənistan ətrafında halqanı daraldır - Ermənilər təşviş içində

Bakı işğalçı Ermənistan ətrafında halqanı daraldır - Ermənilər təşviş içindəErmənistanın "Jamanak" qəzetində "Qafqaz oyunu mürəkkəbləşir" (Кавказская игра становится сложнее) adlı məqalə dərc olunub. Qısaca izah etsək, məqalədə erməni tərəfinin Bakıda müqayisəyəgəlməz diplomatik fəallığın müşahidə olunmasından narahatlığı ifadə olunur.

Qəzetdə martın 15-də Prezident İlham Əliyevin Türkiyənin Baş naziri Binəli Yıldırımın müşayiəti ilə onlarla ölkənin indiki və sabiq yüksək vəzifəli şəxslərinin də qatıldığı 6-cı Bakı Qlobal Forumunda iştirakı və orada Qarabağ məsələsi ilə bağlı çıxışından sonra, günün ikinci yarısında diplomatik uğurundan və bunun Ermənistan üçün təhlükəsindən bəhs edilir.

Əsas narahatedici məqam isə həmin gün Azərbaycan, Türkiyə, Gürcüstan və İranın xarici işlər nazirinin dördtərəfli formatda ilk görüşündən sonra qəbul edilən bəyannamədə tərəflərin bir-birinin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığının, regional münaqişələrin beynəlxalq hüquq əsasında sülh yolu ilə həllinin qeyd edilməsi ilə bağlıdır.

Ermənilər hesab edir ki, Bakı bu məqamı əlində "kozır" edəcək və bütün dünyaya bəyan edəcək ki, Ermənistanla dostluq edən İran və Gürcüstan Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqeyini dəstəkləyir, baxmayaraq ki, bəyannamədə Qarabağ məsələsinə birbaşa toxunulmur. Onlar qorxurlar ki, Ermənistanı bütün regional iqtisadi layihələrdən təcrid etmiş Azərbaycan ümumi paketə Qarabağ məsələsini də özünə sərfəli formada daxil edə bilər.

Bakıda 4 nazirin Hindistandan yüklərin İran, Azərbaycan, Gürcüstan və Ukrayna üzərində Avropaya cəmi bir həftəyə nəqlini nəzərdə tutan 5 min km uzunluğundakı "Cənub-Qərb" nəqliyyat dəhlizinin perspektivləri müzakirə edilən zaman İranın bu yeni formata, eləcə də Təbrizə qədər uzatmaqla Bakı-Tiflis-Qars dəmir yoluna tez inteqrasiya olunmaq istəyi erməniləri əməlli-başlı təşvişə salıb.

Onlar hesab edirlər ki, Bakıda 4 nazirin görüşü ilə Azərbaycan 2 böyük məqsədinə nail olub. Birincisi, Qarabağ məsələsində öz mövqeyini digər dövlətlərin konsensus mövqeyi kimi təqdim edə, ikincisi, Ermənistanın regional təcrid olunmasını daha da gücləndirə bilib.

Ermənilər hesab edirlər ki, Ermənistanın xüsusən də İran və Gürcüstanla nə qədər dostluq əlaqələri olsa da, onlar siyasi gündəmdən, regional tərkibdən və strateji uzaqgörənlikdən məhrumdurlar.

Qeyd edək ki, Ermənistanda Azərbaycanın Türkiyə və Gürcüstanla hərbi əməkdaşlığının güclənməsindən, Rusiya və İsrail ilə hərbi-siyasi və hərbi-texniki əməkdaşlığın dərinləşdirməsindən, inanılmaz olsa da, bu sıraya İranın da qoşulmasından sonra ciddi şəkildə narahat olmağa başlayıblar. Bu narahatlıq, xüsusən, bir müddət əvvəl İranın Müdafiə və Silahlı Qüvvələrə dəstək naziri Əmir Hatəminin Azərbaycanda hərbi və hərbi-texniki əməkdaşlığa dair müzakirələr aparması və nəhayət, xarici işlər naziri Cavad Zərifinin dördtərəfli formatda iştirakından sonra pik həddə çatıb.

Xülasə, işğalçı Ermənistanı təcridetmə siyasətini davam etdirən Azərbaycanın ardıcıl və davamlı diplomatik və siyasi-hərbi uğurları ermənilərin yuxusuna haram qatıb. Bu onu göstərir ki, Azərbaycan doğru yoldadır və dünyadakı erməni lobbisinin və diasporunun, eləcə də onların havadarlarının bütün əngəllərinə, yalan və fırıldaqlarına baxmayaraq, Ermənistanı hərtərəfli küncə sıxışdıra, çıxılmaz məngənəyə sala bilib. İndi sadəcə qalır son zərbəni vurmaq...


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 1095   Tarix: 18 mart 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Rektorun anası koronavirusdan vəfat etdi

Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyliyə ağır itki üz verib. Unikal.org-un məlumatına görə, rektorun anası Sveta xanım koronavirusdan vəfat edib. Allah rəhmət eləsin!

13 sentyabr 2021
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18 sentyabr 2021
.

Pakistanda torpaq sürüşməsi: 18 nəfər öldü

Pakistanın şimalında və Xayber Paxtunxva bölgəsinin Torqar əyalətində yağan musson yağışları nəticəsində torpaq sürüşməsi baş verib. xəbər verir ki, sürüşmə zamanı 18 nəfər ölüb. Pakistan rəsmiləri ölənlərin daha çox olduğunu ehtimal edirlər. Pəncab əyalətində ölənlərdən 4-ü uşaqdır. Torqar bölgəsind

12 sentyabr 2021
.

Bakıda təcili tibbi yardım maşını qəzaya düşüb, xəsarət alan var

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report" xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb. Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 9 saylı Bölməsinin təcili tibbi yardım maşını çağırışa gedərkən digər avtomobillə toqquşub. Qəza zamanı tibb bacısı

14 sentyabr 2021
.

Lənkəranda FACİƏ: 1 yaşlı körpə ÖLDÜ

Lənkəran rayonunda bir yaşlı körpə naməlum səbəbdən ölüb. xəbər verir ki, hadisə Səpnəkəran kəndində qeydə alınıb. Belə ki, 2020-ci il təvəllüdlü İbrahim Nazim oğlu Ağazadənin halı qəfil pisləşib. Bu səbəbdən valideynləri körpəni Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparıblar. Ancaq həkim müayinəsində

13 sentyabr 2021
.

Bakıda dəhşətli qəzadan görüntülər - VİDEO

Sosial şəbəkələrdə ötən gün Bakıda baş verən ağır yol qəzasının görüntüləri yayılıb. -ə istinadən xəbər verir ki, hadisə "Koroğlu" metrostansiyası yaxınlığında qeydə alınıb. Qəza zamanı toqquşan avtomobillərdən biri aşıb. Hadisədən sonra Heydər Əliyev prospekti Hava limanı istiqamətində sıxlı

14 sentyabr 2021
.

Gəncədəki dəhşətli qəzanın görüntüləri - VİDEO

Gəncədə ağır yol qəzası baş verib. Qaynarinfo xəbər verir ki, hadisə nəticəsində iki nəfər yaralanıb. Qəza Böyük Bazarın yaxınlığında baş verib. Olayın görüntüləri sosial şəbəkələrdə yayılıb. Hadisənin təfərrüatları bəlli deyil. Olay barədə rəsmi məlumat da yoxdur. Videodan aydın görünür ki, qəzaya yüksə

17 sentyabr 2021
.

Avtoxuliqan polisi maşınla vurub

Tovuzda polis əməkdaşını maşın vurub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən -a verilən məlumata görə, sentyabrın 16-da saat 1 radələrində Tovuz şəhəri ərazisində Aşağı Öysüzlü kənd sakini, əvvəllər məhkum olunmuş E.Əliyev idarə etdiyi "VAZ-21015" markalı avtomobillə avtoxuliqanlıq edi

17 sentyabr 2021
.

Rəşid Mahmudovun oğlu infarkt keçirdi - FOTO

Tibb Universitetinin dosenti, tanınmış ictimai xadim Rəşid Mahmudovun oğlu infarkt keçirib. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, Rəşid Mahmudovun oğlu xəstəxanaya yerləşdirilib və vəziyyəti ağırdır

12 sentyabr 2021