"Qarabağ" məşhur futbolçunu transfer edir - RƏSMİ

"Qarabağ" məşhur futbolçunu transfer edir - RƏSMİ"Qarabağ" Cənubi Afrika Respublikasının "Mamelodi Sandaunz" klubunda oynayan Xama Billiatın transferindən vaz keçməyib.

Sonxeber.az Fanat.az-a istinadən xəbər verir ki, bu barədə futbolçunun meneceri məlumat verib.

Menecer bildirib ki, "Qarabağ" Zimbabve millisinin üzvü ilə danışıqları davam etdirir: "Onunla bir neçə klub maraqlanır. Bunlardan biri "Los Anceles Qalaksi"di. Billiat "Qarabağ"ın da gündəmindədi və danışıqlar davam edir. O, gələn mövsüm CAR-da qalmayacaq. Çox güman ki, "Qarabağ"da oynayacaq".

"Los Anceles Qalaksi" ABŞ-ın ən güclü klublarından biridi. Komandanın heyətində Eşli Koul, Conatan Dos Santos, Covanni Dos Santos, Emmanuel Boatenq kimi ulduzlar çıxış edir. Los Anceles klubunun bu həftə Zlatan İbrahimoviçlə də müqavilə bağlayacağı deyilir.

"Qarabağ" Billiatı uzun müddətdi transfer etmək istəyir. Qışda "Mamelodi Sandaunz" 2,5 milyon avro tələb etdiyi üçün keçid baş tutmamışdı.

Qeyd edək ki, Billiat karyerasına Zimbabvenin "CAPS Yunayted" klubunda başlayıb. 2010-cu ildə CAR-ın "Ayaks Cape Tovn" klubuna transfer olunub. "Mamelodi Sandauns" onu 2013-cü ildə 690 min avroya transfer edib. Hazırda "Transfermarkt" 27 yaşlı hücumçuya 1,85 milyon avro qiymət qoyub. Billiat "Mamelodi Sandauns"la 2 dəfə CAR çempionluğunu, 1 dəfə ölkə kubokunu, 1 dəfə Afrika Çempionlar Liqasını və 1 dəfə Super Kubokunu qazanıb.

O, 2011-ci ildən Zimbabve yığmasına çağırılır. Bu müddətdə 26 oyun keçirərək 7 qol vurub.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 1647   Tarix: 23 mart 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Şəhriyar Məmmədyarov Kasparova qalib gəldi - FOTO

Şahmat üzrə "Champions Showdown: Chess 9LX" turnirinə start verilib. -ın xəbərinə görə, 10 şahmatçının yarışdığı turnirdə Azərbaycanı Şəhriyar Məmmədyarov təmsil edir. Artıq ilk üç turun görüşü keçirilib. Şəhriyar Məmmədyarov I turda Hikaru Nakamuraya (ABŞ) qalib gəlib. O, II turda Maksim Vaşye-Laqrav

9 sentyabr 2021
.

Süleymanlıdan qələbə, Məmmədov uduzdu - Avropa çempionatı

İslandiyanın paytaxtı Reykyavikdə kişi şahmatçılar arasında Avropa çempionatında 10-cu turun partiyaları oynanılıb. xəbər verir ki, 10-cu turda Azərbaycan təmsilçisi Rauf Məmmədov rumıniyalı Boqdan-Daniel Deaka məğlub olub. Qeyd edək ki, bu, R.Məmmədovun turnirdə ilk məğlubiyyətidir. Bununla da əvvəlk

5 sentyabr 2021
.

"Qarabağ" qrupun favoriti ilə heç-heçə etdi - YENİLƏNİB

"Qarabağ" və İsveçrənin "Bazel" komandaları arasında UEFA Konfrans Liqasının qrup mərhələsinin I tur oyununda qolsuz heç-heçə qeydə alındı - 0:0. 21:50. "Qarabağ" və İsveçrənin "Bazel" komandaları arasında UEFA Konfrans Liqasının qrup mərhələsinin I tur oyunund

16 sentyabr 2021
.

Messinin fotoqraf forması geyinməsinə Dibalanın reaksiyası - VİDEO

2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının seçmə mərhələsinin təxirə salınan Braziliya – Argentina oyunundan sonra maraqlı hadisələr yaşanıb. -a istinadən xəbər verir ki, 3-cü dəqiqədən etibarən Braziliya səhiyyə nümayəndələrinin və təhlükəsizlik işçilərinin meydana daxil olmasından sonra argentinal

6 sentyabr 2021
.

DÇ-2022-nin seçmə mərhələsi: İtaliya və Almaniyadan darmadağın, İngiltərə qələbəni əldən verdi

Futbol üzrə 2022-ci il Dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində növbəti turun oyunları baş tutub. Bugün daha 5 qrupda 12 qarşılaşma keçirilib. İtaliya millisi Litva üzərində 5:0 hesablı qələbə qazanaraq ardıcıl məğlubiyyətsiz oyunların sayı üzrə dünya rekordunu yeniləyib. İrlandiyan

9 sentyabr 2021
.

İngiltərə Premyer Liqası: "Tottenhem" darmadağın olundu - VİDEO

İngiltərə Premyer Liqasında dördüncü turun oyunları keçirilir. "Kristal Palas" dogma meydanda "Tottenhem"ə 3:0 hesabı ilə qalib gəlib. Oyunda qolları Zaha (76-cı dəqiqə) və Eduardo vurub (84-cü, 90+2 dəqiqə). Qeyd edək ki, bu, mövsüm başlayandan "Kristal Palas"ın ilk qələbəsidir

11 sentyabr 2021
.

Ronaldodan xəsarət yetirdiyi xanıma hədiyyə - FOTO

"Mançester Yunayted"in ulduzu Kriştianu Ronaldo Çempionlar Liqasının qrup mərhələsində "Yanq Boyz"la matçdan əvvəl xəsarət yetirdiyi stüart qadına futbolkasını hədiyyə edib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, qarşılaşmadan sonra o, həmin xanıma yaxınlaşaraq hədiyyəsin

15 sentyabr 2021
.

"Qalatasaray"ın qadın futbolu komandası yaradıldı

Türkiyənin "Qalatasaray" klubu prezidentinin köməkçisi Rezan Epözdəmir maraqlı açıqlama ilə çıxış edib. -ın Haber Globala istinadən verdiyi məlumata görə, o, hələ bir ay öncə klub daxilində qadın futbol komandasının yaradıldığını bildirib. Onun sözlərinə görə, qadının yaşıl meydanlarda ye

6 sentyabr 2021
.

Ronaldu debüt oyununda iki qol vurdu – VİDEO

"Mançester Yunayted"ə qayıdan portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldu debüt oyununda iki qol vurub. İngiltərə Premyer Liqasının dördüncü turunda evdə "Nyukasl"ı qəbul edən "qırmızı şeytanlar" 4:1 hesablı qələbə qazanıblar. Ronaldu birinci qolunu ilk hissəyə əlav

11 sentyabr 2021