Cinayət aləminin 10 ən təhlükəli qadını — SİYAHI

Cinayət aləminin 10 ən təhlükəli qadını - SİYAHICinayət qruplaşmasının liderləri haqqında danışanda ilk olaraq ağlımıza kişilər gəlir.

Amma bəzən cinayət qruplaşmalarına qadınlar da rəhbərlik edir. Azərbaycanda da cinayət aləmində ad çıxaran kifayət qədər qadın var: Pəncəli Aslan, Klara Zerkala, Qızılbarmaq Fatma vəs.

Sonxeber.az "Ölkə.Az"-a istinadən dünya kriminal aləminin ən təhlükəli qadınlarının siyahısını təqdim edir:

10. Sandra Avila Beltran

Sandra 1960-cı ilin 11 oktyabr tarixində anadan olub. Meksika narkotik kartelinə rəhbərliyi ələ keçirən qadın özünə "The Queen of the Pacific" ləqəbini götürüb. İngilis dilindən tərcümədə bu söz "Sakit okeanın kraliçası" mənasına gəlir.

Sandra iki dəfə ərdə olub. Onun ailə qurduğu şəxslər polis olsalar da, narkotik maddə biznesi ilə məşğul olmaq üçün işdən çıxıblar. Hər iki şəxs muzdlu qatil vasitəsilə öldürülüb. Beltran ağıllı idi və özündən sonra iz saxlamırdı. 2002-ci ildə Sandranın oğlu oğurlandı və 5 milyon tələb edildi. Bundan sonra polis istintaqa başladı. 2007-ci ildə Sandraya qarşı cinayət qruplaşması və narkotiklərin qanunsuz dövriyyəsi ittihamı ilə bağlı cinayət işi açıldı.
Bir çox ittiham istintaq vaxtı ləğv edilsə də, çirkli pulların yuyulması və qanunsuz silah saxlama maddəsi saxlanıldı. Dindirilmə vaxtı Sandra paltar satmaqla dolanan evdar qadın kimi ifadə verib. Bu günə qədər də həbsdədir.

9. Klaudiya Oçoa Feliks

Klaudiya müəyyən dairələrdə cinayətkar kimi məşgurdur. 2014-cü ildə Klaudiya Meiksanın "Los Antrax" qruplaşmasının liderinə çevrilir. Bu qruplaşma bir sıra dəhşətli cinayətləri ilə məşhurdur. Sandranın sevgilisi həbs edildikdən sonra, qadın, qruplaşmaya lider keçir.
Onun sevgilisi El Çino isə 3 nəfərin ölümünə görə mühakimə edilib.

8. Cudi Moran

Cudi Moran 1944-cü ilin 18 dekabr tarixində anadan olub. O, Moran qruplaşmasının başçısıdır. Qruplaşma Avstraliya, Melbrundan olan məşhur cinayətkarların birləşdiyi qruplaşmadır. Cudinin birinci əri Lesli Koul 1982-ci ildə baş verən atışmada həlak olub. 2000-ci ildə isə oğlu Mark Koul qətlə yetirilib. Sonradan Cudi Lyuis Morana ərə gedib və Ceyson Moran adlı oğlu dünyaya gəlib. Uşaq 2003-cü ildə qətlə yetirilib.

2009-cu ildə Cudi və 3 nəfər silahdaşı həbs edilib. İstintaq dövründə Moranların evi naməlum şəxslər tərəfindən yandırılıb. Cudi 26 il həbsə məhkum edilib.

7. Telma Rayt

Telmanın əri Ceki Rayt Filadelfiya narkobiznesinin nəhənglərindən olub. Ceki 1986-cı ildə öldürülüb. Qətldən sonra Telma ailə biznesinə nəzarət edib. 1991-ci ildə Telmaya atəş açılıb. Qadın bu hadisədən sonra narkotika ticarətini tərk etmək qərarına gəlir.

6. Mariya Leon

Mariya Leon 13 uşaq anasıdır. Narkotik maddələrin daşınması, insan ticarəti və sifarişli qətllərlə məşğul olan dəstənin başçısıdır. Bundan başqa Meksika mafiyasını dəstəkləyir və Los-Ancelesin ən təhlükəli qanqsteri ünvanını alır.

2008-ci ildə onun oğlu Denni polislərlə baş verən atışmada ölür. Mariya Meksikada mühacirətdə olduğu vaxt bu xəbəri alır və dəfndə iştirak etmək qərarına gəlir. Amma onun ABŞ-a girişi qadağan edilmişdi və qadın qanunsuz yollardan istifadə etmək qərarına gəlir. Nəticədə Mariya və dəstənin bir neçə üzvü həbs edilir.
5. Mariya Liççardi

Mariya Liççardi 1951-ci ilin 24 mart tarixində dünyaya gəlib. Neapolun şimalında yaranan Liççardi klanının keçmiş rəhbəridir. Mariya klana rəhbərlik edənə qədər qruplaşma seks-xidmət sənayesi ilə əlaqəli olmamışdı. Qadın klana yeni gəlir mənbəyi təyin edir. Qruplaşma üzvləri isə alban mafiyasından yetkinlik yaşına çatmayan qızları 2 min dollara əldə edir.

Qızlara digər ölkədə iş vəd edilir, kasıbçılıqdan qurtulmaq istəyən biçarələr isə həmən razılaşıdrılar. Neapola səfər edən qızlar seks-xidmətin quluna çevrilirdilər. Bu işə yaramayanları isə öldürürdülər. Mariya Liççardi 2001-ci ildə həbs edilib və hələ də cəzasını çəkir.

4. Rozetta Kutolo

1937-ci ildə anadan olub. "Nuova Camorra Organizzata" qrupaşmasının rəhbəri, məşhur cinayətkar Rafael Kutolonun bacısıdır. Rafael ömrünün böyük hissəsini həbsdə keçirdiyi üçün biznesin idarə edilməsini bacısına həvalə edir. Bir müddət sonra Rozetta faktiki olaraq qruplaşmanın liderinə çevrilir. Rozetta özünə XVI əsrə aid "Castello Mediceo" qəsrini alır. Qəsrin 365 otağı, tennis kortu və hovuzu var. 1980-ci illərin əvvəlində Rozetta polis bölməsinin partladılmasını əmr edir. Nəticədə qadın 10 ilini qaçaq həyatında keçirir. 1993-cü ildə polisə təslim olur.

3. Cemeker Tompson

"Queen Pin" ləqəbli Cemeker kasıb ailədən çıxıb. Əri Entoni Mozli ilə birlikdə külli miqdarda krek satışı ilə məşğul olur. Tezliklə cütlük Los-Ancelesin ən iri narkotik maddə ticarəti ilə məşğul olan şəbəkəsinin sahibinə çevrilir. Bir neçə il sonra Cemekerin ərini polis güllələyir, qadın isə biznesə davam edir. Yeni diler Cemekeri polisə satır. Qadın isə qaçmağa məcbur olur. Uzun illər sonra Cemeker Los-Ancelesə qayıdır və həbs edilir. Məhkəmənin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilir.

2. Rafaella Dalterio

Cinayət aləmində "Böyük pişik" kimi də tanınır. Əri Nikola Pianese öldürüldükdən sonra Neapol Kamorra qruplaşmasının liderinə çevrilir. 2012-ci ildə polisin keçirdiyi reyd nəticəsində 65 nəfər şübhəli şəxs ilə birlikdə saxlanılır. Rafaellanın üzərində 10 milyon dollar pul olub. Bəzi ehtimallara görə, onun qruplaşması son 30 il ərzində 4 min insanı qətlə yetirib.

1.Anna Qristina

2012-ci ilin sentyabr ayında Anna Qristina həbs edilir. O, insan ticarəti ilə məşğul olduğu üçün polis tərəfindən saxlanılmışdı. İstintaq zamanı Anna günahını etiraf etmək istəmir, tanışlıq xidməti göstərdiyini iddia edirdi. Sonradan isə cinayətini etiraf edir və 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası kəsilir. 5 il isə sınaq müddəti təyin edilir. Bu müddət ərzində Anna 10 milyon dollardan çox pul qazanmışdı.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 2325   Tarix: 26 mart 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Keçi və xoruz toyuğu belə xilas etdi - VİDEO

Hollandiyanın Qelderland əyalətindəki bir fermada keçi və xoruz bir toyuğu ona hücum edən Şahin quşundan xilas edib. -a istinadən xəbər verir ki, sentyabrın əvvəlində 59 yaşlı fermer Caap Bits həyətdə səs eşidib. Şahin quşunun bir toyuğa hücum etdiyi məlum olub. Bu an müşahidə kamerasının videosuna düşüb

16 sentyabr 2021
.

Kosmosa uçanların - FOTOLARI

Kosmosa hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi göndərilib. Axşam.az-a istinadən xəbər verir ki, sərnişinlər 3 gün dünya ətrafında səyahət edəcəklər. "SpaceX" şirkətinin təşkil etdiyi kosmos səyahəti Kennedi Kosmos Mərkəzində baş tutub. Bu gün isə səyyahların fotolar

18 sentyabr 2021
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

14 sentyabr 2021
.

Seyrək saqqaldan bezən bəylər DÍQQƏT! BU ÜSULLA...

Məhsul haqqında. Saqqalınızı yumşaldır, dərini nizamlayır, nəm itkisini tarazlaşdırmaq üçün dərini dəstəkləyir və vitamin və minerallarla zəngindir. Qaşıntı, quru və iltihablanmış dərini rahatladır və sakitləşdirir. Şirin badam ağacının qurudulmuş toxumlarından əldə edilir. Bütün dəri tiplərində xüsusə

8 sentyabr 2021
.

"Facebook" "ağıllı" eynək satışına BAŞLAYIR

"Facebook" platforması "Ray-Ban"la müştərək "ağıllı" eynəklərin satışına başlayır. xəbər verir ki, bu barədə şirkətin saytında dərc olunmuş məlumatda bildirilir. "Ağıllı" eynəklər foto və video çəkilişi, musiqi mərkəzi və telefon zəngi kimi funksiyalara malikdir

12 sentyabr 2021
.

Səmada müşahidə olunan anomal buludlar hər kəsi heyran qoydu - FOTO

İslandiyalı fotoqraf və səyyah Hördur Kristlayfsen səmada şahidi olduğu qeyri-adi fenomenin görüntüləri ilə sosial şəbəkə istifadəçilərini təəccübləndirib. -a istinadən xəbər verir ki, qeyd olunur ki, belə bir təbii fenomen çox nadir hallarda və yalnız Arktika bölgəsində qışda və gün batanda müşahid

16 sentyabr 2021
.

Fərqli gözləri olan pişik bloqerlik edir - FOTO - VİDEO

Bu pişik öz həmcinslərindən nadir genetik patalogiyası ilə fərqlənir. Heteroxromiya sayəsində onun bir gözü sarı, digər isə mavidir. Rusiyanın Sankt-Peterburq şəhərində Yevgeni adlı sahibiylə birlikdə yaşayan ev heyvanı həm də qeyri-adi məşğuliyyətə sahibdir. Belə ki, o asudə vaxtlarında bloqerlik edi

16 sentyabr 2021
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər? . xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəzilər

18 sentyabr 2021
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. Gözünüz -da olsun. İndi sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 1

15 sentyabr 2021