Nazirlik vulkan püskürməsi ilə bağlı məlumat yaydı - YENİLƏNİB
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Sonxeber.az-a verilən məlumata görə, martın 29-da saat 21:10 radələrində Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən Ayrantökən palçıq vulkanında baş verən püskürmə 7 dəqiqəyə qədər davam edib.
Püskürmə alovla müşayiət olunub və alov sütunu vulkanın kraterindən təqribən 100-150 metr yüksəkliyə qalxıb.
"Vulkandan çıxan püskürmə məhsulları (brekçiya) 2,0 hektara qədər ərazini əhatə edib və qalınlığı 0,3-1,2 metr arasında dəyişir. Vulkanik ərazidə radial çatlar əmələ gəlib. Vulkanın ətrafında heç bir yaşayış məntəqəsi yoxdur.
Hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən püskürmə və onun nəticələri öyrənilir, müvafiq monitorinqlər aparılır".
Nazirlikdən o da bildirilib ki, Ayrantökən palçıq vulkanı Azərbaycan Respublikasının Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğunun ərazisinə daxildir. İlk püskürmə 1964-cü ilin oktyabrında, son püskürmə isə 2008-ci ildə müşayiət edilib.
***
Qobustan rayonunda "Ayrantökən" palçıq vulkanı püskürüb.
Bunu Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunun (GGİ) Palçıq vulkanizmi şöbəsinin müdiri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyev deyib.
Onun sözlərinə görə, püskürmə gecə saatlarında baş verib.
A.Əliyev əlavə edib ki, Qobustanda müşahidə edilən aktivləşmənin nəticəsi kimi bu vulkanın püskürməsi gözlənilirdi.
O, püskürmənin güclü olduğunu da söyləyib: "İnstitutun əməkdaşları tədqiqatların aparılması üçün hadisə yerinə ezam olunublar". (trend)
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1012 Tarix: 30 mart 2018
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Meyxanaçı Kərim vəfat etdi
Meyxanaçı Ağakərim vəfat edib. xəbər verir ki, bu barədə -a onun yaxınları məlumat verib. Xatırladaq ki, meyxanaçı Ağakərimin 2017-ci ilin martında beyninə qan sızıb. Həmin gündən ifaçının səhhətində ciddi problemlər yaranıb
19 dekabrSaxta sürücülük vəsiqəsi istifadə edən şəxs CƏZALANDIRILIB
Saxta sürücülük vəsiqəsindən istifadə etməkdə təqsirləndirilən Rusiya vətəndaşı barəsində hökm çıxarılıb. -a istinadla xəbər verir ki, 1990-cı il təvəllüdlü Rusiya Federasiyasının vətəndaşı - Emil Şərəfxan oğlu İsmayılov Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə (saxta sənəddən istifadə) ittiham olunub
20 dekabrKərim harda dəfn olunacaq? (AÇIQLAMA)
Meyxanaçı Kərim (Ağkərim Novruzov) Maştağa qəbiristanlığında dəfn olunacaq. Bu barədə Qaynarinfo-ya mərhumun qohumu Rüstəm Cənnətov məlumat verib. O bildirib ki, mərhumla vida mərasimi yaşadığı evdə keçiriləcək:. "Bu saatlarda vəfat edib. Qərar verdik ki, dəfn mərasimini sabaha saxlayaq. Odur ki
19 dekabrAvtobuslarda ödənişlə bağlı YENİLİK - Mümkün oldu
Bakı şəhərində ilk dəfə olaraq avtobus marşrutlarında NFC sistemini dəstəkləyən bütün yerli bank kartları, eləcə də "Apple Pay" və "Google Pay" vasitəsilə nağdsız ödəniş mexanizminin tətbiqinə start verilir. Layihənin pilot mərhələsi çərçivəsində, ilk olaraq 500 nömrəli marşrut xəttind
20 dekabrDərsdən qayıdanda vaqonun üstünə çıxıb şəkil çəkdirmək istəyibmiş... - Video
Xəbər verdiyimiz kimi, Kürdəmirdə məktəblini elektrik cərəyanı vurub. Bədbəxt hadisə Bakı-Qazax dəmir yolu xəttinin Kürdəmir ərazisindən keçən hissəsində baş verib. Qafqazinfo xəbər verir ki, 9-cu sinif şagirdi olan rayon sakinini dəmir yolu üzərindəki yüksək gərginlikli cərəyan vurub və qəfildən yanğı
20 dekabr