Məşhur müğənnimiz "PB" seriyalı nömrə nişanını hansı yolla aldı?

Məşhur müğənnimiz "PB" seriyalı nömrə nişanını hansı yolla aldı?Xəbər verdiyimiz kimi tanınmış müğənni Zamiq Hüseynov özünə yeni 500 min manatlıq "Mercedes"in "S Class 600" modelinin "Maybach" avtomobili alıb.

Yeni avtomobilinin görüntülərini yayan müğənni maşınındakı 10-PB-002 dövlət nömrəsi ilə də diqqəti öz üzərinə çəkib.

Məşhur müğənnimiz "PB" seriyalı nömrə nişanını hansı yolla aldı?"Jurnalistika və İnkişaf Mərkəzi" İctimai Birliyinin sədri, nəqliyyat eksperti Elməddin Muradlı BiG.AZ -a açıqlamasında bir çox müğənnilərin və eləcə də sıravi insanların AA, AS, PB seriyalı nömrələrinin hansı qayda əsasında alındığını açıqlayıb:

"Bu kimi nömrələrin konkret olaraq hansısa bir üstünlüyü və hansısa bir şəxsə verilə bilər kimi müddəası qanunvericilikdə öz əksini tapmayıb. Qanunvericilikdə belə bir şey öz əksini tapmayıb ki, AA seriyalı nömrələr kimlərə verilə bilər, kimlərə verilə bilməz. Sadəcə olaraq Daxili İşlər Nazirliyinin daxili əmri əsasında AA, AS və digər seriyalı nömrələr hüquqi şəxslərə, eyni zamanda dövlət qurumlarına verilir. Hər bir hüquqi şəxs müraciət edərək belə bir nömrə əldə edə bilər.

Sadəcə olaraq seriya və eyni olan rəqəmlərə görə qiymət dəyişir. Belə ki, seriyası və iki rəqəmi eyni olan nömrələr 500 manatdan 1000 manata qədər civarda dəyişir. Adətən bu cür nömrələr xüsusi olaraq dövlət orqanlarına verilir və bəzən də təəssüflər olsun ki, dövlət qurumlarında çalışmayan adamlar belə nömrələrlə maşınlar idarə edirlər.

Bunun qaydası isə belədir. Onlar hansısa bir MMC təsis edirlər və bununla hüquqi şəxs statusu alırlar. Beləliklə bu qaydada həmin nömrələri əldə edirlər. Bu da çox əcaib bir vəziyyət yaradır və digərlərini də gözdən salırlar, digərləri haqqında mənfi imic formalaşdırırlar. Məsələn kimsə AA seriyalı avtomobil idarə edərək qayda pozur, xəbər portallarında isə dövlət avtomobilləri qayda pozur və s. tipli xəbərlər yayılır. Hərçənd ki, o adamın dövlət orqanlarına heç bir aidiyyatı yoxdur. 4-5 obyekti var, Sədərək Ticarət Mərkəzində yeri var, restoranı var və başlayır belə özbaşınalıq etməyə.

Bu cür nömrələri almaq və istifadə etmək heç bir səviyyə göstəricisi ola bilməz. Yəni kimsə o nömrədən istifadə edirsə səviyyəlidir, yaxud adi nömrə işlədirsə səviyyəsizdir deyə bir şey yoxdur. Sadəcə olaraq onun davranışları onların necə bir insan olduqlarını göstərir. İnsanların bu nömrələrə görə kateqoriyalara bölünməsi anormal bir haldır".

BiG.AZ


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 5869   Tarix: 04 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Röya: "O, mənim hər şeyimdir, DÜNYAMDIR"

Xalq artisti Röya Ayxan tək övladı Hüseynlə bağlı səmimi duyğularını bölüşüb. -ın məlumatına görə, müğənni bildirib ki, oğlu onun üçün hər şeydir: "Balama toxunan olsa, bilmirəm nə baş verər. O, mənim hər şeyimdir, dünyamdır. Bütün qurduğum onun üçündür. Universiteti bitirsə, desə işləyirəm, ild

19 dekabr
.

"Səkkiz" serialının qala gecəsi keçiriləcək!

Azərbaycanda kino ictimaiyyətinin diqqətini cəlb edəcək qanlı və sarsıdıcı filmin qala gecəsi baş tutacaq. məlumat verir ki, Quruluşçu rejisorunun Hikmət Rəhimov olduğu - məktəbli qızının intiharından sonra həyat ruhunu tamamilə itirən bir atanın qanla yazılan qisas hekayəsindən bəhs edən "Səkkiz"

19 dekabr
.

Məşhur şoumenin 6-cı dəfə boşanmasının ŞOK səbəbi üzə çıxdı

Xəbər verildiyi kimi, məşhur şoumen Mehmet Ali Erbil özündən 40 yaş kiçik həyat yoldaşı Gülseren Ceylandan ayrılır. Türkiyə mətbuatına istinadla xəbər verir ki, iddialara görə, ayrılığın əsas səbəbi böyük yaş fərqindən irəli gələn fikir ayrılıqları və bitib-tükənməyən mübahisələr olub. Mehmet Ali Erbi

14 dekabr
.

İlqarə uzun zaman sonra GÖRÜNTÜLƏNDİ: Geyimi ilə diqqət çəkdi - VİDEO

Müğənni İlqarə Kazımovanın səhnə aldığı məkandan çəkilən görüntülər sosial şəbəkələrdə geniş yayılıb. xəbər verir ki, kadrlarda İlqarə Kazımova səhnədə həm öz ifalarını səsləndirib, həm də anası, pop kraliça Aygün Kazımovanın repertuarına daxil olan mahnıları təqdim edib. Sənətçinin çıxışı və səhnə tərz

15 dekabr
.

Ebru Gündeşin yeni imici diqqət çəkdi - VİDEO

Türk musiqisinin tanınmış simalarından biri olan Ebru Gündeş son dövrlər şəxsi həyatı ilə gündəmdədir. türk mediasına istinadən xəbər verir ki, məşhur sənətçi bu dəfə isə paylaşdığı yeni fotolarla diqqət mərkəzindədir. Ebru Gündeş 2024-cü ilin fevral ayında iş adamı Murat Özdemir ilə ailə qurmuşdu. Laki

15 dekabr
.

"Röya mənim balaca bacımdır"

Xalq artisti Aygün Kazımova həmkarı Röya Ayxanla barışıqlarından danışıb. xəbər verir ki, Pop kraliça "İncə səhər" proqramında bununla bağlı sualları cavablandırıb:. "Bizim göyün yeddinci qatındakı ikinci görüşümüz idi. Həmin vaxt yatıram. Bu dəfə vəziyyət elə gətirdi ki, heç yuxum d

21 dekabr
.

Mətanət İsgəndərlinin keçmiş gəlini qəbir daşlarının hasarına zərər yetirdi - VİDEO

Əməkdar artist Mətanət İsgəndərlinin keçmiş gəlini Canana ilə bağlı maraqlı hadisə yaşanıb. Canananın idarə etdiyi avtomobil Biləsuvar rayonunda hərəkətdə olarkən göndərilən yanlış məkan bildirməsi ilə başqa istiqamətə getməsi səbəbindən qəbiristanlıq ərazisinə daxil olub. Nəticədə avtomobil bir neç

20 dekabr
.

"Xüsusi yediyim konfet vardı, Oktay alırdı"

Əməkdar artist Dilarə Əliyeva mərhum həyat yoldaşı Oktay Əliyevi xatırlayaraq kövrək anlar yaşayıb. Aktrisa açıqlamasında bildirib ki, Oktay onun üçün təkcə həyat yoldaşı deyil, eyni zamanda bir növ həyat müəllimi olub: "Oktaydan çox şey öyrənmişəm. Demək olar ki, həyat müəllimim idi". Dilar

17 dekabr
.

"Övladımı bu cəmiyyətdə böyütmək…"

Xəbər verdiyimiz kimi, Türkiyədə yaşayan model Günay Musayeva oğlu Cahangirin atası, aktyor Tolqa Karelə səslənərək, övladını xaricə aparmasına icazə verməsini istəyib. Tolqa isə ona cavab olaraq, övladının türkiyədə qalmasını istədiyini, icazə kağızını imzalamayacağını deyib. O, Günayı narkotik istifad

20 dekabr