"Tapançamı çıxardım, özümü vurmaq istəyirdim..." - Aprel döyüşlərinin qəhrəmanı

"Tapançamı çıxardım, özümü vurmaq istəyirdim..." - Aprel döyüşlərinin qəhrəmanıAprel döyüşlərinin üstündən 2 il ötür.

Döyüşlər zamanı 8 mühüm yüksəklik - Lələtəpə və Talış ətrafında 7 yüksəklik işğaldan azad edilib. Lələ-Təpə adlandırsaq da, o, eni 3 km olan Lələ-İlahi dağ silsiləsidir.

Aprel döyüşləri zamanı ordumuzun digər bölmələri ilə yanaşı xüsusi təyinatlı qüvvələri sözün əsl mənasında düşmənin baş ağrısına çevrilmişdi.

Sonxeber.az yenicag.az-a istinadən aprel döyüşlərində Xüsusi təyinatlı qüvvələrin qrup komandiri olmuş kapitan Həşimov Elşadla müsahibəni sizə təqdim edir:

Qısa arayış:

Kapitan Həşimov Elşad Bahadur oğlu 1986-cı il may ayının 7-də Abşeron rayon Digah qəsəbəsində anadan olub. 2000-ci ildə Cəmşid Naxçıvanski adına hərbi litseyə qəbul olub. 2003-cü ildə Heydər Əliyev adına Azərbaycan hərbi ali məktəbinə daxil olur, 2007-ci ildə məktəbi bitirib leytenant rütbəsi alıb, N saylı hərbi hissədə xidmətə başlayır. 2009-cu ildən Xüsusi təyinatlı qüvvələr sırasına daxil olan Elşad Həşimov 2016-cı il aprel ayında Talış yüksəkliyi istiqamətində gedən döyüşlərdə ağır yaralanıb. 2017-ci ilin avqust ayında səhhəti ilə əlaqədar ordu sıralarında tərxis olunub. Hazırda ehtiyatdadır, ikinci qrup Qarabağ əlilidir. Prezident İlham Əliyev tərəfindən "Vətən uğrunda" medalı ilə təltif edilib.

- Əməliyyat necə başladı?

- Əməliyyat aprel ayının 1-də Goranboy rayonu Barambat meşəsi istiqamətində başladı və ön xətti keçdik. Gecə saat 4-ə işləmiş puskuya düşdük və dəf etdik. Saat 05:15-də Talış kəndinə çatdıq və kəndi tam mühasirəyə aldıq. Günorta saat 11:30-a qədər orada olduq. Bəzi səbəblərdən, düşmənin minaları texnikamızı vurduğu üçün, hərbi texnikalarımız köməyə gələ bilmədi. Saat 12:30-a qədər kənddəki əsas yerlər, ermənilərin postları, sığınacaqları, kəndin hündür evləri verdiyimiz kordinatlarla artileriyamız tərəfindən vurulmuşdu. Saat 12:30-dan sonra ermənilər Madagiz istiqamətindən hücuma keçdilər. 7 tank, 4 topla gəldilər. 40 nəfər idik, bir şəhidimiz, bir də yaralımız var idi. Komandanlığın əmri ilə bölgəni tərk etdik. Bir qədər sonra yeni komanda gəldi ki, kəndə yenidən girmək lazımdır. Bu dəfə 15 nəfər şəxsi heyətlə kəndə girdik və orada 150-ə yaxın erməni xüsusi təyinatlıları tərəfindən puskuya düşdük. Üzbəüz döyüş oldu. Təxminən 30-40 dəqiqə ərzində qeyri-bərabər şəraitdə döyüş oldu. Orada mən və xidmətdə olan bir hərbçimiz yaralandı və məsafənin uzaqlığı, düşmən sayının çox olmasından təxliyyəm təxminən 20 saat çəkdi.

- Bildiyim qədər, siz özünüzü vurmaq istəmisiniz.

- Xəbər tez yayılır (gülür). Geriyə çəkilən zaman madagiz istiqamətində yaralandım. Düşmən snayperləri baş qaldırmağa imkan vermirdi. Bizim uşaqlar da, məni çıxarmağa çalışırdılar. Düşündüm ki, mənə görə onları da vuracaqlar, həm də yaralı halda onları ləngidəcəm. Ona görə, onlara dedim ki, məni burada qoyub gedin. Tapançamı çıxardım, özümü vurmaq istəyirdim ki, əlimdən aldılar, qoymadılar. Puskuda idik və Talış kəndində tam axtarışda idik. Yanımda da 6 nəfər vardı. Sağ olsun uşaqları, qoymadılar özümü vurum, nə də orada qalım.

Xüsusi təyinatlıların amalı budur ki, yaralı və şəhidimizi geridə qoymayaq. Uşaqlar içdikləri hərbi andlarına sadiq qaldılar.

- Düşmən tanklarla üzərinizə gəldi. Bu zaman nələr baş verdi?

- Biz örtü və gizləmədən istfadə edirdik. Pilotsuz uçan aparatları qaldırmışdılar, tanklardan da kor atəş açırdılar. Həm də kəndin içərisində çox atəş açmırdılar. Səbəb isə kənddə tikililərin olması idi. Yəqin düşünürdülər, kənd onlarda qalacaq, evləri dağıtmaq istəmirdilər. Bir qismimizi bəlli etmişdilər, onları da ərazidən çıxara bildik. Açığını deyim ki, xüsusi təyinatlı qüvvələr olmasaydıq, bizi orada məhv edərdilər. Orada üstümüzə gələnlər adi əsgər bölmələri deyildi.

- Xüsusi təyinatlı qüvvlərin çox itgi verməsi ilə bağlı müzakirələr gedir.

- Çox olmadı. Əslində hücuma keçən biz idik. Onlarda şəhidlər 2-3 yüz nəfərdən çox oldu, bizdə isə cəmi 132 nəfər.

- Aprel döyüşlərində sizin hərbi hissə komandiri də şəhid oldu.

- Məni yaralı vəziyyətdə çıxardanda hərbi hissə komandirimiz Mirzəyev Murad və digərləri postda qaldılar və postu tərk etmədilər. Postda 8 nəfər var idi, onlardan 7-si şəhid oldu, biri isə yaralı çıxdı. 8 nəfərin üzərinə ermənilərin xüsusi təyinatlı qüvvələri və hərbi texnikaları gəlirdi. Əsl qəhrəmanlıq bu idi.

- Digərləri ilə də söhbət zamanı bildirdilər ki, ermənilər sizin kəndin içərisinə gəldiyinizi bilməyiblər.

- Onlar tam anlamamışdı ki, nə baş verib. Elə bilirdilər ki, 23-cü postun altında bizi puskuda qırıblar, biz geri çəkilmişik. İnternetdə videosu yayılıb, kamaz məhv edilib, onların RAST xidmət rəisi öldürülüb. Onu mənim qrupum məhv edib. Onların ağlına gəlmirdi ki, günün günorta çağı biz orada olarıq. Kamaz sərbəst şəkildə gəlib getmək istəyirdi, uşaqlar onları puskuya saldı. İki zabit yerindəcə öldürüldü. Həmin kamaz postlara sursat aparırdı.

- Artileriyamız necə işləyirdi?

- Artileriyamız möhtəşəm idi. Hansı nöqtəni dedik, vururdular. Bölüklərin yerləşdiyi yerlər, böyük evlər, cəmləşmə rayonları, hamısını dəqiq vurdular.

- Qarabağ müharibəsindən sonra Aprel döyüşləri orduya nə gətirdi?

- Lələtəpə və Talış yüksəkliklərinin alınması orduya, xalqımıza inam gətirdi. Birinci Qarabağ müharibəsi zamanı yeni yaranan dövlət, yeni ordu, rus faktorutam ordunun məğlubiyyəti deməzdim. Ancaq aprel döyüşü bizə inam və ümid gətirdi.

- Aprel döyüşlərinə qədər düşmən arxasına tez-tez keçirdiniz?

- Detallarına girməyəcəm. Bəli, tez-tez keçirdik. Çox nailiyyətlərimiz olurdu. Təbii ki, bunlar hamısı ictimaiyətdən və mediadan gizlin qalıb, qalır, qalacaq.

- Düşmən tərəfi necə, bu keçidləri edir?

- 2012-ci ilə qədər belə bir mifalogiya var idi ki, erməni kəşfiyyatı hər gecə gəlir, gəlib postun yanında çay içir. Ancaq biz ora keçib gələndən sonra bu mifalogiya məhv oldu. Onlarda da belə fikir formalaşıb indi. Uşaqlar onların efirinə girəndə iki tabor komandiri arasında söhbətə qulaq asdıq. Tabor komandirinin biri deyir, necəsən? Digəri deyir, heç nə, oturub, gözləyirik görək, nə vaxt Yaşma gəlib öldürüb gedəcək. Əsas odur ki, biz bunu bacarmışıq.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1231   Tarix: 10 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Texnologiya müəllimi əvəz edə bilməz" - Reyhan Rzayeva ilə MÜSAHİBƏ

"Texnologiya müəllimin fəaliyyətinə təsir göstərir və düşünürəm ki, gələcəkdə də daha çox təsir göstərəcək. Belə deyək ki, texnologiyadan istifadə etmək lazımdır, vacibdir. Sadəcə, texnologiya müəllimi əvəz edə bilməz". Bu fikirləri -a müsahibəsi zamanı 207 nömrəli məktəbin ingilis dili müəllim

6 oktyabr
.

Həccə gedəcək zəvvarların nəzərinə: Yeni tələblər olacaq

Bu ildən Həcc ziyarətinə gedəcək azərbaycanlı zəvvarlar üçün sağlamlıqla bağlı əlavə tələblər tətbiq olunacaq. Qaynarinfo "Xəzər" TV-yə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı bu tələbləri ötən ildən tətbiq edir və tələblərə əməl etməyən bəzi Həcc missiyaları cərimələnib. Qafqaz Müsəlmanlar

6 oktyabr
.

Bakının böyük ərazisi və Abşeronun bir hissəsində su kəsiləcək

Bakının bəzi rayonlarında suyun verilişində fasilə yaranacaq. xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) məlumat yayıb. Magistral su kəmərində aparılacaq təmir-bərpa işləri ilə bağlı Abşeron, Binəqədi, Sabunçu, Xəzər, Suraxanı, Pirallahı rayonlarının bəzi ərazilərini

6 oktyabr
.

Qeysəriyyə əməliyyatından sonra qadının ölməsi ilə bağlı yeni detallar

Qeysəriyyə əməliyyatından bir müddət sonra dünyasını dəyişən Zərdab rayon sakini, 31 yaşlı Səkinə Yusifovanın ölümü ilə bağlı bəzi detallar məlum olub. -ın əldə etdiyi məlumata görə, S.Yusifova kor bağırsağında olan problemdən əziyyət çəkib. İlk övladı dünyaya gələn zaman həkimi ikinci doğuşun həyat

6 oktyabr
.

"Neptun"dakı endirim narazılıq yaratdı - Foto

"Neptun" marketlərindəki endirim alıcıları narazı salıb. xəbər verir ki, bu barədə sosial şəbəkədə Emil Rəhimov yazıb. O bildirib ki, marketin satıcıları və kassirləri endirim barədə məlumatlı deyil:. "Market çölündə yazılı və həmçinin içində səsli elan olaraq 1kq" Valio" yağlarını

5 oktyabr
.

Sabah intensiv yağış yağacaq

Bakıda və Abşeron yarımadasında oktyabrın 6-dan 7-nə keçən gecə və səhər saatlarında yağışın intensivləşəcəyi gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, bəzi yerlərdə qısamüddətə güclü olacağı ehtimalı var. Günün ikinci yarısından yağış tədricə

6 oktyabr
.

Korrupsiya barədə məlumat verən şəxsə minimum əməkhaqqının 25 mislinədək mükafat veriləcək

Korrupsiya barədə məlumat verən şəxsə minimum əməkhaqqının 25 mislinədək mükafat veriləcək, bu gəlir vergisindən azad olunacaq. "Report" xəbər verir ki, bununla bağlı "Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında" yen

6 oktyabr
.

"WhatsApp"da yeni funksiya

"WhatsApp" istifadəçilər üçün yeni funksiya təqdim edib. xəbər verir ki, yenilik sayəsində statuslarda paylaşılan videoları artıq 2x sürətlə izləmək mümkündür. Bu funksiya istifadəçilərə videolara adi sürətdən iki dəfə daha sürətli baxmağa imkan verir. Beləliklə, statuslarda paylaşılan vide

5 oktyabr
.

Sevinc Tahirova İcraçı direktor təyin olunub - YENİLƏNİB

Sevinc Tahirova "MTV Azərbaycan" telekanalının da nəzdində fəaliyyət göstərdiyi "Fətiyev Group" şirkətinə İcraçı direktor təyin olunub. Bu barədə Yurd.Media-ya Sevinc Tahirovanın özü məlumat verib. Qeyd edək ki, "Fətiyev Group" Azərbaycanda media və reklam sahəsində fəaliyyə

5 oktyabr