Zəngilandakı yanğına səbəb olan vəzifəli şəxs: "Arılara tüstü vermək istəyirdim"
Bu ilin avqustun 10-da Zəngilan şəhəri ərazisində yanğın hadisəsi törədən 1985-ci il təvəllüdlü Vüsal Əlpənahovun məhkəmə prosesi başa çatıb.
Sonxeber.az "Teleqraf"a istinadən xəbər verir ki, Zəngilan Rayon Məhkəməsinin hökmünə əsasən, təqsirləndirilən şəxs 7 ay müddətinə islah işlərinə cəlb edilib. Lakin 55 gün ev dustaqlığında olduğu üçün bir günə dörd gün hesablanmaqla ona təyin edilmiş islah işləri cəzası çəkmiş hesab olunub. Bundan başqa, aylıq qazancının 15 faizi məbləğində pul dövlət nəfinə tutulacaq.
Məhkəmədə ifadə verən V.Əlpənahov yanğının necə baş verdiyini danışıb:
"Məscidin arxasındakı ərazidə özümə məxsus iki ədəd arı yeşikləri var. 7-10 gündən bir həmin yeşiklərə gedib qulluq edirdim. Hadisə günü arılara tüstü vermək məqsədilə körüyü yandırdım. Həmin vaxt hava küləkli olduğu üçün yandırdığım körükdən qığılcım çıxdı, ətrafdakı kolluq əraziyə düşdü və alışaraq yanmağa başladı. Ocağı söndürməyə çalışsam da, alınmadı, hava küləkli olduğu üçün yanğın ətraf ərazilərə də yayılmağa başladı. Bu vaxt ərazidə xidmət aparan polis əməkdaşlarına məlumat verdim, daha sonra hadisə yerinə FHN-in yanğınsöndürənləri gəldi".
Qeyd edək ki, yanğın "Məscid düzü" adlanan ərazidən Zəngilan rayonu Ördəkli kəndinə qədər olan əraziyədək təxminən 5000 hektardan çox əraziyə yayılıb. Yanğın zamanı təbiətə 8672 manat məbləğində ziyan dəyib.
Onu da əlavə edək ki, Vüsal Əlpənahov Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarında Bərpa Tikinti və İdarəetmə Xidmətinin Əmlakın İdarəetmə Şöbəsinin məsləhətçisi işləyir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 835 Tarix: 05 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Hərbi xidmətdən boyun qaçıran şəxslər məsuliyyətə cəlb olundular
Azərbaycanda hərbi xidmətdən boyun qaçırma faktları üzrə cinayət işləri başlanılıb. Respublika Hərbi Prokurorluğundan -a verilən məlumata görə, çağırış yaşında olan bəzi vətəndaşlar müxtəlif xəstəlikləri, o cümlədən özünə xəsarət yetirib psixi və nevrotik pozuntuları simulyasiya etməklə, hətta tibb
2 noyabrAzərbaycan İrandan bananın idxalını 51 dəfə artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycana 41,64 milyon ABŞ dolları dəyərində 39 min 546 ton banan (təzə, qurudulmuş, digərləri) idxal edilib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsind
1 noyabr"28 May"dakı tunellərdə işlərin gedişi açıqlandı - 70 metri qazılıb
"Bakı Metropoliteni" QSC-nin "28 May" və "Nizami" stansiyaları arasında qazılan 2 yeni tuneldə işlərin gedişatı ilə bağlı vəziyyət açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, qurumun mətbuat katibi Bəxtiyar Məmmədov hər birinin uzunluğu 211 metr olan tunellərdə qazınt
2 noyabrBakıda avtomobil gözəllik salonuna girdi
Bu gün səhər saatlarında paytaxtın Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, Hüseynbala Əliyev küçəsində - metronun "Memar Əcəmi" stansiyasının yaxınlığında 2 avtomobil toqquşub. Nəticədə, idarəetmədən çıxan "Toyota Aqua" markalı avtomobi
2 noyabrMedia və Yayım Şurasından jurnalistlərə hücumlarla bağlı bəyanat
"Son günlər media nümayəndələrinin hadisə yerlərində çəkiliş apararkən hücuma məruz qalması, onlara qarşı fiziki zorakılıq tətbiq edilməsi və peşə fəaliyyətlərinə maneələrin yaradılması ciddi narahatlıq doğurur. Jurnalistlərin təhlükəsizliyini təhdid edən bu cür hərəkətlər eyni zamanda cəmiyyəti
1 noyabrNoyabrda ardıcıl 4 gün iş olmayacaq
Azərbaycanda bu ay ardıcıl 4 gün iş olmayacaq. "Qafqazinfo" xəbər verir ki, ölkəmizdə noyabrın 8-i Zəfər Günü, noyabrın 9-u isə Dövlət Bayrağı Günü qeyd olunur. Bu il Zəfər Günü bazar gününə təsadüf etdiyindən istirahət günü noyabrın 10-na keçirilib. Beləliklə, noyabrın 7-dən 10-dək ardıcı
2 noyabrArvadını paltaryuyanın səsinə görə döydü - Məhkəməlik oldular
Bakının Nəsimi rayonunda arvadını döyən kişi məhkəmə qarşısına çıxarılıb. "Qafqazinfo" xəbər verir ki, 1969-cu il təvəllüdlü R.Məmmədov 1975-ci il təvəllüdlü həyat yoldaşı S.Məmmədovaya yumruqla zərbə endirərək döyüb. Nəticədə qadın sol gicgah, sol almacıq və sol qulaqaltı-çeynəmə nahiyələrini
3 noyabr