"Çuğundur şirəsi uşağın qanını artırmır" – PEDİATRDAN VACİB TÖVSİYƏ
Qan insan həyatı üçün lazım olan ən vacib şərtlərdən biridir. Qan azlığından bir çox insan əziyyət çəkir. Xüsusilə də uşaqlarda qan azlığı müxtəlif problemlər yaradır. Bu zaman isə valideynlər tərəfindən ən çox müraciət edilən müalicə üsulu qan azlığı olan uşaqlara çuğundur şirəsi verməkdir. Amma mütəxəssislər bu kimi vasitələrlə qanın çoxalmasının absurd olduğunu bildirirlər. Bəs qanı az olan uşaqlara hansı qidalar verilməlidir?
Sonxeber.az ailem.az-a istinadən pediatr Aytən İsmayılzadənin bu haqda fikirlərini diqqətinizə çatdırır.
Həkim deyir ki, əgər uşaqda qanazlığı varsa , hemoqlobin 100 q/l-dən azdırsa, bu, çuğundur-alma şirəsi ilə artan deyil. Körpə uşaqlar üçünsə ümumiyyətlə, bu şirə münasib seçim deyil. Mütləq dəmir preparatı təyin olunmalıdır: "Qanazlığının, anemiyanın müalicəsi zamanı təyin olunan dəmir preparatı isə ən az 3 ay müddətində verilməlidir ki, dəmir deposu da tam olsun. Dəmir preparatı kalsium, sink tərkibli preparatlarla birgə qəbul edilməməlidir. Çünki onların qana keçmə kanalı birdir. Hansı qabağa düşə bilsə, o da keçəcək və dəmirin az keçməsi müalicənin effektini azaldacaq".
A.İsmayılzadə bildirir ki, dəmir bədənimizdə oksigeni hüceyrəyə daşıya biləcək yeganə "nəqliyyat növüdür": "Bir az loru dildə izah edim. Dəmir bədənimizdə oksigeni hüceyrəyə daşıya biləcək yeganə sürücüdür. Biz avtobus işləməyəndə metro ilə gedə bilirik, maşınımız xarab olanda taksi çağırırıq. Oksigen isə yalnız bir avtobusu gözləyir ki, mənzil başına - hüceyrəyə çatsın. Bu avtobusun adı eritrositdir (qırmızı qan hüceyrəsi), sürücüsü isə dəmirdir".
Pediatrın sözlərinə görə, ən yaxşı dəmir mənbəyi qırmızı ət, qarabaşaq və keçibuynuzu bəhməzidir. Meyvə-tərəvəz o qədər deyil: "Uşaqlar aşağı hemoqlobinlə yaşamaq məcburiyyətində deyillər. Normal hemoqlobin normal dəmir, normal dəmir isə bol oksigenli yaşam deməkdir. Bol oksigen isə hər şeydir. Dediyim kimi, uşaqda qan azlığı varsa, düşünməyin ki, çuğundur-alma şirəsi içərək, keçəcək. Bunun üçün xüsusi müalicə təyin olunmalıdır. Amma dəmir preparatı verilməsinə baxmayaraq, uşaqda qanazlığı davam edərsə, bu zaman digər problemlər, məsələn, talassemiya kimi xəstəliklər araşdırılmalıdır".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Şirniyyat sizi kökəldir?
Artıq çəki almağımıza səbəb olan amillərdən biri də şirniyyatdır. Axşam.az xəbər verir ki, bəziləri gün ərzində şirniyyat yemədən dayana bilmirlər. Bu bəzən xəstəlik də ola bilir. Bunun üçün şirniyyat həvəsinin nədən yarandığını öyrənmək üçün əvvəlcə həkimə müraciət etməyiniz məsləhətdir. Əks halda şirniyya
9 dekabrMiqren ağrılarını yüngülləşdirə biləcək üsullar AÇIQLANDI
Miqren dünya üzrə milyonlarla insanın həyat keyfiyyətinə təsir edən, kəskin və dözülməz baş ağrıları ilə müşayiət olunan nevroloji problem sayılır. -ın məlumatına görə, mütəxəssislər bildirirlər ki, bəzi sadə üsullar miqren tutmalarını zəiflətməyə və ağrı müddətini qısaltmağa kömək edə bilər. Həkimləri
7 dekabrÖskürəyin təbii üsullarla müalicəsi
Demək olar ki, hər kəs öskürəyin nə qədər narahatedici olduğunu qəbul edir. Sadə bir öskürək belə həftələrlə davam edə, boğaz ağrısına, əzələ gərginliyinə və yuxu pozuntularına səbəb ola bilər. Bu səbəbdən öskürəyin aradan qaldırılması üçün müxtəlif vasitələrin axtarılması və bu sahədə geniş bir bazarı
15 dekabrGörmə qabiliyyətini yaxşılaşdıran 12 qida (SİYAHI)
Gözlər üçün faydalı qida maddələri - sink, omeqa-3 yağ turşuları, A və C vitaminləri - yaşla bağlı xəstəliklərin riskini azaltmağa kömək edir. Lazımi maddələrin hamısını qidalardan almaq mümkündür. Qaynarinfo xəbər verir ki, "Very Well Health" görməni yaxşılaşdırmaq üçün nə yemək lazım olduğun
12 dekabrYaddaşı gücləndirən iki təbii qoxu - Mütəxəssislər tövsiyə edir
Yeni araşdırmalar göstərir ki, bəzi təbii qoxuların inhalyasiyası zehni fəaliyyəti artırır, enerjini yüksəldir və diqqəti kəskinləşdirir. Xüsusilə çox kofein qəbulunun qan təzyiqini yüksəltməsi, hamilələr üçün risk yaratması kimi yan təsirləri nəzərə alındıqda, qoxu terapiyası daha təhlükəsiz alternati
10 dekabrÜrəyi qoruyur deyə ovuc-ovuc yediyimiz çərəz ağciyəri məhv edirmiş
Ürək sağlamlığı üçün faydalı hesab edilən, gündəlik rasionda tez-tez yer alan quru meyvələrin bəzi hallarda sağlamlıq üçün risk yaratdığı məlum olub. Xüsusilə çox miqdarda istehlak olunduqda qozun ağciyərlərə ciddi şəkildə zərər verdiyi ortaya çıxıb. xəbər verir ki, qozun tərkibindəki omega-3 yağ turşular
30 noyabrBu şokoladı şəkər xəstələri də yeyə bilər
Hər yaşda insanın istifadə etdiyi şokolad mütəxəssislər tərəfindən çox da tövsiyə edilmir, lakin təmiz kakaodan hazırlanan tünd şokoladın sağlamlığa faydaları diqqət çəkir. Tərkibində şəkər və ya əlavələr olmayan tünd şokoladın antioksidant xüsusiyyəti kimi bir çox faydası var. "Qafqazinfo"
13 dekabrYeməkdən dərhal sonra çay içmək olmaz - Yan təsiri var
Çay dünyanın ən populyar içkilərindən biridir və onun müxtəlif növlərinin faydaları haqqında çoxsaylı araşdırmalar mövcuddur. Lakin çayın istifadəsi bəzən çox xoşagəlməz yan təsirə səbəb ola bilər. Qaynarinfo -a istinadən xəbər verir ki, çaydakı birləşmələr dəmirin mənimsənilməsinə mənfi təsir göstəri
1 dekabrSifilis geri döndü: Keçən əsrdən qalma infeksiya niyə yenidən güclənir?
Buna görə sifilis mümkün qədər tez müalicə olunmalıdır. Görünür, sifilis çoxdan unudulmuş və bizə yalnız tibb dərsliklərindən məlum olan bir xəstəlikdir. Onilliklər ərzində bu infeksiya həqiqətən keçmişin qalığı hesab olunurdu, lakin illərlə azalmadan sonra sifilis səssizcə yenidən canlanır. -ın xaric
21 dekabr