Azərbaycan Pakistandan bombardmançı təyyarə alır - FOTO + VİDEO
JF-17 "Thunder" döyüş təyyarələrinin alqı-satqısına dair Azərbaycan və Pakistan arasında müqavilə 2019-cu ildə bağlana bilər.
Sonxeber.az oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Malayziyanın paytaxtı Kuala-Lumpur şəhərində keçirilən DSA-2018 beynəlxalq müdafiə sərgisində iştirak edən "AzeriDefence"nin əməkdaşına sərgidə iştirak edən "Pakistan Aeronautical Complex" (PAC) şirkətinin stendindən məlumat verilib.
Şirkət nümayəndəsinin sözlərinə görə, Azərbaycanın yaxından maraqlandığı Block III konfiqurasiyası artıq hazırlanıb. Təyyarəyə AESA radarı seçilib və bu radarla sınaqlarına başlanacaq. JF-17 Block III konfiqurasiyasının seriyalı istehsalı da 2019-cu ilin sonları, 2020-ci ilin əvvəllərinə nəzərdə tutulur.
PAC rəsmilərinin sözlərinə görə, təyyarənin Azərbaycana satışına mane ola biləcək texniki məsələlər çözülüb. Ehtimalla, bu ilin sonlarına doğru təyyarənin Azərbaycan və digər bir neçə ölkədən olan müştərilərə təqdimatının keçirilməsi planlaşdırılır. Azərbaycan tərəfi də maliyyələşmə ilə bağlı problemləri həll etməyə çalışır.
PAC nümayəndələri ilin sonuna qədər Azərbaycanın sifariş verdiyi "Super Muşşak" (Super Mushshak) təlim təyyarəsinin hamısının təhvil veriləcəyini bildiriblər.
Hazırda həmin təyyarələr istehsal edilib və zavod mütəxəssislərinin nəzarəti altında ilkin sınaqları keçirilir.
Qeyd edək ki, Azərbaycan HHQ ilə PAC arasında 10 ədəd "Super Muşşak" təyyarəsinin alqı-satqısına dair müqavilə 2017-ci ilin iyul ayında imzalanıb.





Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1378 Tarix: 19 aprel 2018
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Rusiyada pansionatda 40-dan çox insan zəhərlənib, ölənlər var
Rusiyanın Moskva vilayətinin Vidnoye şəhərindəki pansionatda zəhərlənmiş 40-dan çox insan xəstəxanaya yerləşdirilib. "Report" xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsindən bildirilib. "Müəyyən edilib ki, pansionatda 73 nəfər olub. 40-dan çox insan tibb müəssisələrinə yerləşdirilib
20 dekabrÇin raket vasitəsilə orbitə eksperimental rabitə peyki çıxarıb
Çinin daşıyıcı raketi "Çançjen-5" ("Böyük yürüş-5") şənbə günü yeni texnologiyaları sınaqdan keçirmək üçün 23 nömrəli rabitə peykini orbitə çıxarıb. "Report" xəbər verir ki, bu barədə "CGTN" telekanalı məlumat yayıb. Raket Haynan adasında yerləşən Vençan kosmodromunda
20 dekabrDünyanın ən soyuq yaşayış yeri Rusiyada qeydə alındı
Yakutiya (Rusiya Federasiyası) son 24 saat ərzində Yer kürəsinin ən soyuq yaşayış yeri olub. -ya istinadən xəbər verir ki, ən aşağı temperatur Pokrovskda qeydə alınıb və -51,7C təşkil edib. Suxan meteoroloji stansiyasında -49,4C, Krest-Xalcay kəndində isə -48,7C temperatur qeydə alınıb
20 dekabrRusiya Arktikada ABŞ ilə əməkdaşlığa hazırlaşır
Rusiya Arktikada ABŞ ilə əməkdaşlığa hazırlıq görür. "Report" xəbər verir ki, bu barədə Rusiya Prezidentinin xüsusi nümayəndəsi, Rusiya Birbaşa İnvestisiyalar Fondunun baş direktoru Kirill Dmitriyev bildirib. "ABŞ ilə Arktikada əməkdaşlığa hazırlaşırıq", - o, "X" sosia
21 dekabrABŞ-də Rusiya səfirliyinin qarşısındakı "casus evi" satışa çıxarılıb
Vaşinqtonda Rusiya səfirliyinin qarşısında yerləşən ev 3.85 milyon dollara satışa çıxarılıb. xəbər verir ki, bu barədə yazan "The Washington Post" nəşri həmin villanı "casus evi" adlandırıb. Məlumata görə, həmin ev 1935-ci ildə inşa edilib və uzun illər italyalı miqrant ailəsi v
21 dekabr