Uşaqlara banka qoymaq olar? – PEDİATRDAN VALİDEYNLƏRƏ ÇAĞIRIŞ

Uşaqlara banka qoymaq olar? – PEDİATRDAN VALİDEYNLƏRƏ ÇAĞIRIŞXalq arasında tətbiq olunan alternativ tibbin ən populyarı banka qoymaqdır. Mübaliğəsiz demək olar ki, qədimdən bəri əksər xəstəliklərdə müalicə vasitəsi kimi banka və xardaldan istifadə olunur, əsasən də soyuqdəymə zamanı. Hesab olunur ki, banka qoyulan yerdə nə qədər çox tünd qan yığılarsa, deməli, bu nahiyəyə daha çox soyuq olub. Həmin yeri həcəmət deyilən xüsusi bir alətlə çərtib, yığılan qanı çıxarırlar. Qeyd edək ki, banka qoymağa daha çox yaşlı nəslin nümayəndələri üstünlük verir. Hətta azyaşlı uşaqlara da banka qoyurlar.

Bəs görəsən banka qoymaq həqiqətənmi faydalıdır? Azyaşlı uşaqlara banka qoymaq məqbuldurmu? Kimlərə banka qoymaq qətiyyən olmaz? Ailem.az bu suallara aydınlıq gətirməyə çalışıb.

Müasir tibb bankanı qəbul etmir

Həkim-pediatr Vaqif Qarayev deyir ki, müasir tibb banka və ya xardal kağızı qoymağı qəbul etmir: "Amma adət belədir ki, adi burun tutulmasında da, bel ağrısında da, topuğu ağrıyanda da banka qoyulur. Burada psixoloji inanmaq var. Əslində banka da, xardal da xalq təbabətinə aid olan bir şeydir".

Mütəxəssis banka qoymağın tibbi izahını verərək bildirir ki, banka qoyanda yerli qan dövranı yaxşılaşır: "Banka dərini qıcıqlandırır və qan dövranını yaxşılaşdırır. Buna görə də əzələ, sinir ağrılarına kömək edə bilər. Amma bronxitlərə, pnevmoniyalara təsir edib sağaldacaq bir qüvvəyə malik deyil. Sadəcə dəriyə yüngül təsir edir. Amma ondan aşağıdakı nahiyələrə yox. O mənada tibdə təsdiq olunan fikir odur ki, bankadan da, xardaldan da istifadə etmək düzgün deyil. Amma bizdə hələ də bu vasitələrdən istifadə edirlər. Bu məsələdə məni ən çox narahat edən gənclərin bu xardala, bankaya meylli olmasıdır. Bu, qəbulolunmazdır. Bəzən baxırsan ki, boynundan büzdümünə qədər banka qoydurur. Tutaq ki, soyuqdəymə varsa, onu niyə bel nahiyəsinə qoyursan? Yaşlı nəsil də gəncləri banka qoymağa daha çox məcbur edir".

2 yaşdan aşağı uşaqlara banka qoymaq olmaz

Həkim xəbərdarlıq edir ki, uşaqlara banka qoymaq qətiyyən olmaz: "Soyuqdəymənin kəskin vaxtı, yəni hərarətin yüksək vaxtı nə banka olar, nə də xardal. Bu, vəziyyəti daha da ağırlaşdıracaq. 2 yaşından aşağı uşaqlara isə ümumiyyətlə, banka qoymaq olmaz. O cümlədən bronxial astması, dərisində problem, allergik narahatlığı olan uşaqlara da qadağandır. Özünümüalicə üçün banka və xardaldan istifadə etmək istəyənlər bu olmazlara mütləq diqqət yetirməlidirlər. Çünki bu olmazlara baxmadan banka qoymaq uşaqlarda vəziyyətin pisləşməsinə, narahatlığa səbəb olur. Böyüklərdə isə ürəyində problem olan, qan təzyiqi yüksək insanlara banka qoymaq olmaz. Çünki vəziyyəti ağırlaşdıracaq".

Çirklənmiş qan anlayışı yoxdur

Banka qoyulduqdan sonra onun yerinin çərtilməsinin hansısa faydasının olub-olmaması ilə bağlı məsələyə aydınlıq gətirən həkim bunu belə izah edir: "Banka qoyanda onun içərisində bir vakuum yaranır. Yəni təzyiqlər fərqi yaranır, dərini içinə doğru çəkir və həmin nahiyəyə çirklənmiş qan yığılır. Ona görə də çərtib təmizləyirlər. Sanki hansısa xəstəlik törədici qanı çirkləndirir və həmin üsulla onu çıxarırlar. Amma elmi baxımdan çirklənmiş qan anlayışı yoxdur. Bu üsul əsasən Türkiyədə xalq arasında çox populyardır. Amma təbabət bunu da qəbul etmir. Çünki onun heç bir tibbi izahı yoxdur".

Dərini zədələməsinlər, yandırmasınlar...

Banka qoyarkən hansısa bölgələrin daha çox qaralması bankanın düzgün qoyulmamasının göstəricisidir deyə V. Qarayev məlumat verir: "Yəni bankanın düzgün qoyulmasının da çox böyük əhəmiyyəti var. Mən deyirəm, banka olmaz, qadağandır. Amma buna baxmayaraq, banka qoydurmaq istəyənlər bilsinlər ki, düzgün qoymaq lazımdır. Dərini zədələməsinlər, yandırmasınlar və sair. Bir də, uşaqlardakı olmazlarla böyüklərdəki olmazları nəzərə alsınlar. Yoxsa xeyrindən çox ziyanı olacaq. Bütün bunlara baxmayaraq, bir daha deyirəm ki, böyüklər özləri bilərlər, amma uşaqlara banka qoymaq qətiyyən olmaz".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 2076   Tarix: 19 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Nanə ilə baş ağrısını dəqiqələr ərzində dayandıran effektiv üsul

Hamının hər an qarşılaşa biləcəyi sağlamlıq problemlərindən biri olan başağrısı bəzən dərman atmaqla da keçmir. Ancaq onun qarşısını təbii üsullarla almaq mümkündür. Bununla bağlı orta əsrlər dövrünün ən böyük təbiblərindən biri, reseptləri günümüzdə də aktuallığını qoruyan İbn Sinanın məsləhət gördüy

17 mart
.

Sarı işığın vərəm xəstəliyinə möcüzəvi təsiri

Rusiyalı tədqiqatçılar müəyyən ediblər ki, dalğa uzunluğu 565 nanometr olan sarı işığın yanıb-sönməsi vərəm çöpünün antibiotiklərə davamlı koloniyalarını məhv etmək üçün istifadə edilə bilər. Bu barədə Rusiya Elm Fondunun mətbuat xidməti məlumat yayıb. Məlumata görə, təcrübələr sübut edib ki, təkli

7 mart
.

Dəri xərçənginə qarşı ilk peyvənd sınaqdan keçirilir

Böyük Britaniyada dəri xərçənginin ən ölümcül növü olan melanomaya qarşı dünyada ilk "fərdiləşdirilmiş" mRNT peyvəndinin sınaqları keçirilir. BBC xəbər verir ki, ötən ilin avqustunda baş dərisində melonoma akşarlanan və cərrahi yolla bundan xilas olan 52 yaşlı Stiv Yanq peyvəndi sınaqdan keçirə

28 aprel
.

"Fastfood" yaddaş üçün ciddi təhlükədir

"Fastfood" və un məhsulları yemək yaddaşı zəiflədir". Bu barədə Moskva Dövlət Universitetinin Fundamental Tibb fakültəsinin baş elmi işçisi Zuxra Pavlova danışıb. Onun fikrincə, yeniyetməlik dövründə həddindən artıq "zibil" yesəniz, yaddaşla bağlı problemləri aradan qaldırma

21 aprel
.

Naxçıvanda vərəmdən müalicə olunan xəstələrin sayı açıqlanıb

Hazırda Naxçıvan Muxtar Respublikasında 442 nəfər vərəm xəstəliyi ilə mübarizə aparır. Bu barədə "Report"un yerli bürosuna Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanserinin baş həkimi Günay Quliyeva bildirib. O, qeyd edib ki, hazırda dispanserdə qeydiyyatda olan xəstələrdən 7

24 mart
.

Arzuolunmaz tüklərdən qurtulmağın YOLLARI

Bədənimizi qoruyan tüklər bəzən arzuolunmaz ola bilər. Xüsusilə üz, qol və çənə kimi nahiyələrdə olan tüklər həyatımızda narahatlıq yaradır. Tüklərini ülgüclə götürmək istəməyənlər onu ağartmaqla bu problemdən xilas ola bilərlər. Burada tük ağartma üsulları işə yarayır. Hidrogen peroksid tükləriniz

14 aprel
.

Dünyada daha bir epidemiya gözlənilir: Gözlərinizi qoruyun!

Qadjetlərdən geniş istifadə miyopiyanın dünyada yayılmasına səbəb olub. Problem xüsusilə 1997-2012-ci illər arasında doğulanlar arasında müşahidə olunur. Sonxeber -a istinadən xəbər verir ki, bu barədə göz cərrahı Yorn Yorgensen danışıb. Həkimin sözlərinə görə, Böyük Britaniyada son 30 ildə yeniyetmələ

10 mart
.

Həkimlərdən təhlükəli ağrıkəsicilər barədə XƏBƏRDARLIQ

Dəri prosedurları zamanı istifadə edilən tərkibində lidokain olan ağrıkəsicilər qıcolma və ürək problemlərinə səbəb ola bilər. Bu barədə ABŞ Qida və Dərman Administrasiyasına (FDA) məlumat verib. Lidokainli kremlər, gellər, spreylər və sabunlar mikrodermabraziya, lazer epilyasiyası, tatuaj və pirsin

7 aprel
.

Bişmiş qarğıdalının orqanizmə 12 faydası – Bu xəstəliklərdə effektivdir

Qarğıdalı insanın yetişdirdiyi ən faydalı bitkilərdən biridir. Amerika, Avropa və Rusiyada qarğıdalı yetişən kimi onu müxtəlif variantlarda bişirib süfrəyə qoyurlar və ailəlikcə yeyirlər. Qarğıdalının faydaları və zərərləri barədə ətraflı məlumat almaq üçün məqaləni oxuyun. Bizdə isə qarğıdalı az xörəkd

23 mart