"Onların bu axtarışda, mənim evimdə nə işi vardı?" - Sabiq deputat keçmişin sirlərini açır

"Onların bu axtarışda, mənim evimdə nə işi vardı?" - Sabiq deputat keçmişin sirlərini açır"MTN işçilərinin bu axtarışda, mənim evimdə nə işi vardı? Onlar nə gəzirdilər?"

Xəbər verdiyimiz kimi, "Yeni Müsavat"ın öz Facebook səhifəsində gerçəkləşdirdiyi canlı yayım verilişinin son qonağı sabiq deputat Gülər Əhmədova olub. G.Əhmədova saat yarım davam edən söhbət zamanı bu günə qədər açıqlamadığı bəzi məqamlara toxunub.

Həbsi, eləcə də məhkəməsinin ədalətli keçirilib-keçirilməməsi ilə bağlı oxuculardan gələn suallara cavabında G.Əhmədova bildirib ki, həbsi qurama oyun idi: "Müxalifət məni vururdu, iqtidar məni vururdu. Halbuki göstərilən videonun əsli deyildi. Amma bunu göydə qəbul etdilər. Çünki işin arxasında böyük qüvvə var idi. Amma indi o qüvvə yoxdur. Allah o qüvvəni toz kimi yox etdi. Elşad Abdullayevin arxasında dayanan qüvvəni, MTN-i nəzərdə tuturam. Mən işarə ilə hərdən demişəm, amma ilk dəfədir ki, belə açıq danışıram. Elşad Abdullayev necə gizli çəkiliş apara bilərdi? Mənim evimdə axtarış gedir. Yaxşı, mənim işimi prokurorluq aparır, onların işçiləri də axtarış keçirirdi. MTN işçilərinin bu axtarışda, mənim evimdə nə işi vardı? Onlar nə gəzirdilər? Və bir çox məsələlər vardı ki, anlayırdım. Mən məhkəmədə bunu necə deyə bilərdim? Mənim elə bir gücüm-qüdrətim yoxdur. İndinin özündə də onların adını qorxa-qorxa çəkirəm. Mən qorxuram. Siz qorxmursuz?"

Sabiq deputat məhkəmənin ədalətli keçirilmədiyini vurğuladı. Onun sözlərinə görə, sabiq ABU rektoru Elşad Abdullayevin ifadə vermədiyi məhkəmə ədalətli sayıla bilməz: "Bu oyun Gülər Əhmədovanın başının üstündə qurulmamışdı. Daha böyük bir oyun idi və dövlətçiliyə qarşı nəzərdə tutulmuşdu. Məhkəmə olmayıb, heç nə məlum deyil. Baxırsan ki, ATƏT bununla bağlı hesabat verir. Mən artıq deputat mandatımdan imtina etmişdim. Bu günə qədər də deyirəm ki, hanı videonun əsli? Mənə qarşı ədalətsizlik olub. Əslində bu, qurulmuş bir oyun idi. Sonradan açıldı".

G.Əhmədova eyni zamanda həbsindən öncə yaşadığı bəzi hadisələrin də ona dərs olaraq geri qayıtdığını bildirib: "Bu hadisə başıma gələndə öz-özümə deyirdim ki, Gülər, bu həbs sənə dərs olsun. Çünki deputatlığım dönəmində yanıma çoxlu şikayətçilər gəlirdi. Hərəsinin də bir dərdi. Bir də görürdün, biri deyir ki, Gülər xanım, mən şərlənmişəm. Mən də ona deyirdim ki, etmədiyin bir işə görə səni necə şərləyə bilərlər? Gəlsin görüm, kimsə məni şərləsin, şərləyə biləcəkmi? Amma Allah mənə dərs verdi, göstərdi ki, şərləmək mümkündür".

Sabiq deputat bundan sonra deputat olmaq istəyi ilə bağlı suallara cavabında isə ailəsi, şəxsi həyatı ilə bağlı böyük arzuları olduğunu deyib: "Deputat olmadan yaşamaq mümkün deyil?"(musavat.com).


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 2810   Tarix: 19 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Zəngilanda silah-sursat aşkarlanıb

Zəngilanda silah-sursat aşkarlanıb. Bu barədə -a Daxili İşlər Nazirliyindən bildirilib. Vurğulanıb ki, Zəngilan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonunun Tağlı kəndi ərazisindən 4 avtomat, 1 pulemyot, 3 avtomat darağı və 251 müxtəlif çaplı patron aşkar edilərək götürülüb. Faktla bağlı araşdırm

28 aprel
.

Lökbatanda 33 yaşlı kişi quyuya düşərək ölüb

Bakıda 33 yaşlı kişi quyuya düşərək ölüb. "Report" xəbər verir ki, hadisə şəhərin Qaradağ rayonunun Lökbatan qəsəbəsində qeydə alınıb. Məlumata görə, rayon sakini, 1991-ci il təvəllüdlü Emin Sakit oğlu Quliyev tullantı maddələr axıdılan quyuya düşərək həyatını itirib. Faktla bağlı araşdırm

2 may
.

Cəlilabadda yetkinlik yaşına çatmayanlara tütün məmulatlarının satıldığı üç mağaza aşkarlanıb

Polis əməkdaşları yetkinlik yaşına çatmayan şəxslərə alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində tədbirləri davam etdirirlər. DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Report"a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarını

28 aprel
.

İlahiyyat İnstitutunun gənc məzunu vəfat etdi

Azərbaycanda İlahiyyat İnstitutunun keçmiş tələbəsi vəfat edib. xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, Azərbaycan İlahiyyat İnstitutunun təhsil göstəricilərinə görə fərqlənən gənc məzunu Günel Aslanova uzun sürən xəstəlikdən sonra vəfat edib

28 aprel
.

Bakıda 56 yaşlı qadını avtomobil vurub

Bakının Nəsimi rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un məlumatına görə, rayonun Həsən Əliyev küçəsində qeydə alınıb. Belə ki, avtomobil yolu keçən 1968-ci il təvəllüdlü Seyidova Sevda Tofiq qızını vurub. Yaralı təcili tibbi yardımın köməkliy

28 aprel
.

Bakıda 85 yaşlı qadın oğlu tərəfindən döyülərək küçəyə atılıb - VİDEO

Baku TV-nin qaynar xəttinə paytaxtın Xətai rayonunda 85 yaşlı qadının küçədə gecələməsi barədə məlumat daxil olub. Baku TV-nin əməkdaşları vətəndaşların müraciəti əsasında sözügedən ünvana gedərək qadınla həmsöhbət olub, ona kömək etməyə çalışıblar. Yaşlı qadın oğlu tərəfindən döyüldüyünü, küçəyə atıldığın

28 aprel
.

Bakıda evdən yeddi min manatlıq OĞURLUQ

Bakıda ev qarət olunub. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, Hövsan qəsəbəsi ərazisində evlərin birindən 700 manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlanıb. Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərl

4 may
.

Bakıda 55 yaşlı qadının meyiti tapıldı

Bakının Yasamal rayonu ərazisindəki evlərin birində qadın meyiti tapılıb. "Trend" xəbər verir ki, hadisə Həsən bəy Zərdabi küçəsində baş verib. Orada yaşayan 1969-cu il təvəllüdlü Lalə Əliyevanın meyiti aşkarlanıb. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır

4 may
.

Keçmiş məhkumlar narkotiklə tutuldular

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar keçirilib. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb. Bildirilib ki, tədbirlərlə rayon sakinləri - əvvəllə

4 may