Dollar bahalaşacaqmı? - TƏHLİL

Dollar bahalaşacaqmı? - TƏHLİLABŞ dollarının önəmli valyutalara nisbətdə bahalaşması davam edir.

Ötən gün Yaponiyada inflyasiya xəbərlərinin ardından yenə qarşı güclənən dollar eyni mövqeyi avroya nisbətdə davam etdirib.

Belə ki, dollar/yen məzənnəsi 0.23 faiz dəyər qazanaraq 107.62 səviyyəsində qərarlaşıb.

Avropanın vahid valyutası isə dollara nisbətdə 1,2346 dollardan 1,2341 dollara düşüb. Əsas valyuta səbətində dolların indeksi 0,01% artaraq 89,95 bəndədək yüksəlib.

Son zamanlar dollara nisbətdə rekord səviyyədə ucuzlaşan türk lirəsinə gəldikdə, qonşu dövlətin valyutası ölkədə seçkilərin elan edilməsi ilə özünə gəlsə də, bu günü yenidən itkilərlə açıb.

Birjalarda dolların məzənnəsi 4.05 lirə, avro 5 lirə təşkil edir. Rusiyada isə əksinə, ABŞ valyutası yelkənləri endirib. Hazırda rubl/dollar məzənnəsi 60 rubldur.

Analitiklərin rəyinə görə, bugünkü ticarət sessiyasında dolların məzənnəsi digər əsas dünya valyutalarına qarşı bahalaşacaq. Çünki bazar iştirakçılarının Federal Ehtiyatlar Sisteminin (FES) faiz dərəcələrini növbəti dəfə artıracağı yönündə gözləntiləri artıb.

Lakin bu fikirlə hər kəs razılaşmır. Məsələn, "Standard Chartered"in strateqi Eddi Çunqun "Bloomberg TV" yə verdiyi açıqlamasına görə, dolların məzənnəsi ABŞ-ın maliyyə kəsirinin yaratdığı yükün ağırlığı ilə düşəcək. Bank orta müddətdə dövlət istiqrazlarının gəlirliliyinin sabitləşəcəyini proqnozlaşdırır.

Bəs kifayət qədər müsbət olan digər makroiqtisadi göstəricilər?

Nəzərə çatdıraq ki, aprel ayının son iki həftəsində ABŞ-da işsizlik, inflyasiya, iqtisadi artımla bağlı əsas makroiqtisadi göstəricilər açıqlanacaq. Hansı ki, bu məlumatlar Federal Ehtiyatlar Sisteminin faiz dərəcəsi ilə bağlı qərarına birbaşa təsir edir.

Artıq ABŞ Əmək Nazirliyinin işsizliklə bağlı rəqəmləri müəyyən siqnallar verir. Belə ki, işsizliklə bağlı müraciətlər son üç həftənin ən aşağı səviyyəsinə enib. Həftəlik işsizlik maaşı üçün müraciətlər min nəfər azalaraq 232 min nəfər olub.

Düzdür, gözləntilər 230 min nəfər idi. Lakin işsizlik maaşı üzrə müraciətlərin 300 min nəfərdən az olması məşğulluq bazarının sağlam görüntüsünü ifadə edir.

Yuxarıda bildirdiyimiz kimi, bu, son deyil və qarşıdakı günlərdə ABŞ iqtisadiyyatı ilə bağlı digər məlumatlar - daşınmaz əmlak bazarı, sənaye istehsalı, pərakəndə satış da daxil olmaqla, bir çox makroiqtisadi göstəricilər bəlli olacaq.

Bütün bunların fonunda FES hansı qərarı verəcək? Qurumun internet saytında yayımlanan proqrama əsasən, cari ildə səkkiz iclas keçiriləcək. Onlardan üçü artıq baş tutub. FES-in növbəti iclası 1-2 may, 13-14 iyun tarixlərindədir. İyundakı toplantıdan sonra mətbuat konfransı baş tutacaq.

Xatırladaq ki, FES mart ayındakı yığıncağında faizləri 25 bənd artırmışdı. Hazırda qurumun faizləri 0,75-1,00 faiz aralığındadır. FES-in iyun ayı toplantısında faizi 25 bənd artırması ehtimalı isə 80 faiz səviyyəsindədir. Ümumilikdə qurumun 2018-ci ildə faizləri üç dəfə artıracağı proqnozlaşdırılır.

Bütün bunları nəzərə alsaq, investorların faiz artımları ilə bağlı gözləntiləri artdıqca dolların əsas valyutalara nisbətdə sərt həmlələri davam edəcək.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 1587   Tarix: 20 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda sosial ödənişlər nə qədər artıb?

Azərbaycanda son üç ildə sosial ödənişlər 2 400 00 00 manat və ya 60 faiz artaraq 6 400 00 00 manata çatıb, Dövlət Sosial Müdafiə Fonduna büdcədən transfert 40 faizdən 25 faizə enib. -ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ilin ilk yarısının yekununa dair keçirilə

31 iyul 2021
.

"Elmlər Akademiyası" stansiyasının pəncərələrinə 5,3 mln manat xərclənəcək

"Bakı Metropoliteni" QSC "Elmlər Akademiyası" stansiyasının inzibati binasının 5-ci mərtəbəsində pəncərələrin hazırlanıb quraşdırılması işləri ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub. vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "Nimex"

25 avqust 2021
.

Azərbaycanın əsas ixrac-idxal tərəfdaşları AÇIQLANDI

2021-ci ilin yanvar-mart aylarında Azərbaycanın məhsul ixrac və idxal etdiyi əsas ölkələr məlum olub. xəbər verir ki, qeyd olunan müddət ərzində ixracın 35,5 faizini İtaliyaya, 17,9 faizini Türkiyəyə, 8,4 faizini Hindistana, 6,3 faizini Gürcüstana, 4,4 faizini İspaniyaya, 3,3 faizini Rusiyaya, hər bir

16 may 2021
.

Toylara icazənin verilməsi qızıl bazarına necə təsir edəcək? - AÇIQLAMA

Xəbər verdiyimiz ki, iyulun 1-dən ölkəmizdə toylara icazə verilib. Bu, təbii ki, qızıl satışının artımı deməkdir. Bəs qızıl satışında uzunmüddətli durğunluqdan sonra bahalaşma ola bilərmi?. Məsələ ilə bağlı -a açıqlama verən iqtisadçı-ekspert Elmir Səfərli bildirib ki, qızıl satışında bahalaşma gözlənilmir:

6 iyul 2021
.

Toylar necə keçiriləcək? - AÇIQLAMA

Artıq bir ilə yaxındır ki, koronavirus infeksiyası səbəbindən ölkədə toyların keçirilməsinə qadağa qoyulub. Karantin qaydalarının növbəti yumşaldılmasından sonra toyların da keçirilməsinə icazə ilə bağlı sual hər kəsi düşündürür. Bəs toylar hansı qaydalar əsasında təşkil oluna bilər?. Mövzu ilə bağl

26 may 2021
.

Bitkoinin qiyməti 42 min dollara yaxınlaşdı

Dünyanın aparıcı kriptovalyutası - bitkoinin qiyməti 41 840 ABŞ dollarına çatıb. xəbər verir ki, kriptovalyuta son 24 saat ərzində 7,94 %, son 7 gün ərzində isə 23,40 % bahalaşıb. Nəticədə onun kapitallaşması 783,73 milyard dollara çatıb. Kapitallaşmaya görə 2-ci pillədə qərarlaşan "Ethereum"u

1 avqust 2021
.

Bakıda kirayə evlərin qiyməti bahalaşacaq? - AÇIQLAMA

Artıq bir ildir ki, təhsil distant şəkildə davam etdirilir. Həmin səbəbdən də tələbələrin rayondan axını azalıb və bu, kirayə evlərin icarəsində durğunluq yaradıb. Dünən isə Təhsil Nazirliyi sentyabr ayının 29-da ali təhsil ocaqlarında və kolleclərdə dərslərin əyani şəkildə olacağı ilə bağlı qərarın

8 sentyabr 2021
.

"BİG Group" şirkətinin rəhbəri iqdisadiyyatın pandemiya və post pandemiya dövrünü şərh etdi

Artıq iki ilə yaxındır ki, qlobal miqyasda tuğyan edən Covid-19 pandemiyası və onunla bağlı qaydalar dünya iqtisadiyyatının çətin böhranla üz-üzə qoyub. Koronavirus infeksiyasının yayılmasının qarşısının alınmasına hesablanan online sistem təkcə dünyada deyil, elə Azərbaycanda da iqtisadiyyatın bir ço

6 sentyabr 2021
.

Çip defisitinə görə "Toyota" istehsalı kəskin azaldır

Yaponiyanın avtomobil nəhəngi "Toyota" gələn ay bütün dünya üzrə avtomobil istehsalını 40 % azaldacaq. Report-a istinadən xəbər verir ki, şirkət çip çatışmazlığına görə, sentyabrda 900 min yerinə 500 min avtomobil istehsal edəcək. İstehsalın azalmasına görə gələn aydan Yaponiyadakı bir neç

19 avqust 2021