Səlim Müslümovun pensiyalarla bağlı son çıxışı

Səlim Müslümovun pensiyalarla bağlı son çıxışıXəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Əmək və əhalinin sosial müdafiəsi naziri səlahiyyətlərini icra edən Səlim Müslümov vəzifədən azad edilərək yerinə Sahil Rafiq oğlu Babayev təyin edilib.

Eks nazirin pensiyalar haqqında ictimaiyyətə təqdim etdiyi son açıqlamasını təqdim edirik:

"Pensiyalar 15 ildə 11,3 dəfə artıb"

2006-2017-ci illərdə Azərbaycan Respublikası Prezidenti tərəfindən əmək pensiyasının baza hissəsinin artırılması ilə əlaqədar 9, sığorta hissəsinin indeksləşdirilməsi ilə bağlı 11 Sərəncam verilib, eləcə də əvvəlki dövrlərdə qazanılmış pensiya hüquqlarının yeni sistemə inteqrasiyası istiqamətində ardıcıl qərarlar qəbul edilib.
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov Yeni Azərbaycan Partiyasının rəsmi internet səhifəsinə müsahibəsində deyib. Onun sözlərinə görə, nəticədə əmək pensiyasının baza hissəsinin məbləği 4,4 dəfə artıb, pensiyanın sığorta hissəsinin inteqrə olunmuş indeksləşdirilmə göstəricisi 116 faiz təşkil edib.

Nazir bildirib ki, pensiya islahatlarının davamı olaraq 2017-ci ildə aparılmış köklü dəyişikliklər nəticəsində pensiya sistemi qeyri-sığorta elementlərindən əsasən təmizlənib, sığorta-pensiya sisteminin öhdəlikləri ilə dövlət büdcəsinin öhdəlikləri bir-birindən ayrılıb, fərdi uçot sistemində "açıq hesab" prinsipi tətbiq olunub və işləyən pensiyaçılara hər 72 aydan bir fərdi hesablarında yığılmış vəsaitlərdən istifadə edərək pensiyalarını artırmaq imkanı verilib.

"Görülmüş tədbirlər nəticəsində əmək pensiyasının orta aylıq məbləği 2003-cü ilə nisbətən 11,3 dəfə artaraq 2018-ci il 1 yanvar tarixinə 208,4 manat olmuş, yaşa görə əmək pensiyasının orta aylıq məbləğinin ölkə üzrə orta aylıq əmək haqqı məbləğinə nisbəti, yəni əvəzetmə əmsalı 28 faizdən 44,2 faizə yüksəlib. 2017-ci il ərzində əmək pensiyalarının maliyyələşməsinə yönəldilən illik vəsaitin həcmi 3.289,6 milyon manata çatıb ki, bu da 2003-cü ilə nisbətən 17 dəfə çoxdur"./BiG.AZ


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 9180   Tarix: 23 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Torpağımızı qazırlar, məhkəmənin qərarını saymırlar" - MTK və vətəndaş arasında qalmaqal (VİDEO)

Paytaxtın Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində yaşayan sakinlər Baku TV-nin qaynar xəttinə müraciət edərək bildiriblər ki, ərazidə bina inşa edən şirkət vətəndaşların hasarını uçurub və nəticədə qəzalı vəziyyət yaranıb. Şikayətçi Şahin Hüseynov qeyd edib ki, tikinti aparan şirkət qanunsuz fəaliyyə

1 aprel
.

Bakıda bu ərazilərdə dörd saat işıq olmayacaq

Bu gün Bakının Sabunçu rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq. Bu barədə "Azərişıq" ASC-dən məlumat verilib. Bildirilib ki, Sabunçu Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində təmir işləri həyata keçiriləcək. Bununla əlaqədar olara

1 aprel
.

Azərbaycanda xarici media orqanlarının fəaliyyətinə dair yeni tələb müəyyənləşib

Azərbaycanda xarici media subyektlərinin filial və nümayəndəlikləri dövlət qeydiyyatına alınması barədə üç iş günü müddətində Medianın İnkişafı Agentliyinə məlumat verməlidir. xəbər verir ki, Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb. Qərara əsasən, bununla bağlı "Hüquqi şəxslərin dövlət reyestrini

31 mart
.

Tanınmış baş həkim qastroenteroloq yox, pediatr imiş... - Ciddi nöqsanlar aşkarlandı

Yasamal rayonu ərazisində yerləşən "Doktor Davud" klinikasında keçirilən yoxlama zamanı ciddi nöqsanlar aşkarlanıb. Teleqraf-ın əldə etdiyi məlumata görə, klinikanın direktoru, tanınmış həkim Davud Qüdrətovun ixstisasına uyğun fəaliyyət göstərmədiyi məlum olub. Belə ki, Davud Qüdrətov ixtisasc

31 mart
.

"Universitetlərin regionlara köçürülməsi paytaxta yönəlmiş miqrasiyanın qarşısını ala bilər" - AÇIQLAMA

Bakıdakı ali təhsil müəssisələrinin paytaxtdan kənara köçürülməsi və bölgələrdə yeni universitetlərin yaradılması məsələsi artıq rəsmi sənədlərdə öz əksini tapıb. xəbər verir ki, layihə hazırda müzakirə mərhələsindədir və müəyyən edilmiş illər üzrə konkret tədbirlər həyata keçiriləcək. Bəs görəsən rayonları

31 mart
.

30 min abonentin qazı KƏSİLƏCƏK

Sumqayıtda 30 min abonentin qazı müvəqqəti dayandırılacaq. Bu barədə -a "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib. Belə ki, qaz tənzimləyicisinin təmiri ilə əlaqədar olaraq Sumqayıt şəhərinin 1, 2, 3, 4, 5, 7, 8, 12, 19, 21, 29, 30, 34, 36 və 45-ci məhəllələri, həmçinin, 1, 2, 5 v

31 mart
.

Sabahdan məktəblərdə dərslər başlayır

Sabahdan Azərbaycanın bütün təhsil müəssisələrində tədris prosesi bərpa olunur. xəbər verir ki, Novruz və Ramazan bayramları ilə əlaqədar verilən tətil artıq başa çatır. Xatırladaq ki, 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29 və 30 mart tarixləri qeyri-iş günləri olub və şənbə-bazar günləri də daxil olmaql

30 mart
.

Gənc oğlanın meyiti yaşadığı evdən tapıldı

Şəmkirdə 18 yaşlı gəncin meyiti tapılıb. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Cəyir kəndində qeydə alınıb. Kənd sakini, 2008-ci il təvəllüdlü Eşqin Əlizadənin meyiti yaşadığı ünvanda yaxınları tərəfindən aşkar edilib. Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub

30 mart
.

Araz Ağalarov həyat yoldaşından ayrılıb - Yenidən evləndi

"Crocus Group" şirkətinin təsisçisi, azərbaycanlı iş adamı Araz Ağalarov həyat yoldaşı İrina Ağalarovadan ayrılıb. "Qafqazinfo" "Komsomolskaya Pravda"ya istinadən xəbər verir ki, 70 yaşlı biznesmen boşandıqdan sonra 27 yaşlı Alyona İvanova ilə ailə həyatı qurub. Bildirili

31 mart