Dünyanın ƏN NƏHƏNG palçıq vulkanı püskürdü - Alovların hündürlüyü 400 metrə çatdı
Aprelin 22-də Bakı şəhərindən 76 kilometr cənub-qərbdə yerləşən Torağay palçıq vulkanının növbəti dəfə püskürməsi ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutu (GGİ) məlumat yayıb.
İnstitutdan Sonxeber.az-a verilən məlumata görə, Şamaxı-Qobustan neftli-qazlı rayonunun cənubundakı bu vulkan marfometrik göstəricilərinə görə dünyanın ən nəhəng palçıq vulkanı sayılır. Mütləq hündürlüyü 400 metrdən bir qədər yüksək, oturacağının ölçüləri 3,8 x 2,9 kilometr olan Torağay palçıq vulkanın sonuncu püskürməsi bu il mart ayının 1-də baş verib. Bundan əvvəlki püskürmə 1988-ci il ildə qeydə alınıb.
Vulkanın yeni püskürməsi iki fazada - ilkin faza saat 7:58, sonuncusu isə 9:45 radələrində baş verib. Püskürmədən sonra Geologiya və Geofizika İnstitutunun palçıq vulkanizmi şöbəsinin alimləri vulkan sahəsində çöl-tədqiqat işləri həyata keçirərək baş vermiş püskürməni qiymətləndiriblər. Hesablamalara görə, Torağayın qərbində yerləşən eruptiv kanalın fəaliyyəti nəticəsində yer səthinə xaric olunmuş brekçiyanın sahəsi 6,1 hektar, həcmi isə 42 525 kubmetr olub. Püskürmə nəticəsində Torağayın cənub-qərb yamacı boyu əmələ gələn vulkan dilinin uzunluğu 1 kilometr çoxdur. Vizual qiymətləndirmələrə görə, püskürmə ilə əlaqədar əmələ gələn alov sütunlarının hündürlüyü 400 metrə çatıb.
Son illər Azərbaycan ərazisində müşahidə olunan püskürmələrin sayında və miqyasında qeydə alınan göstəricilər regionda baş verən geodinamik gərginliklə əlaqələndirilir.
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial Baxılıb: 1058 Tarix: 24 aprel 2018
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşHərbi Prokurorluqda geniş kollegiya iclası keçirilib
Hərbi Prokurorluqda Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidmətinin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə 2023-cü ildə Respublikanın Hərbi Prokurorluq orqanlarında qeydə alınmış qəsdən ada
26 aprelRusiyada silahlı insident: Yaralananlar var - ANBAAN VİDEO
Rusiyanın Primorye diyarının Dalneqorsk şəhərində silahlı insident yaşanıb. Primorye diyarının prokurorluğundan verilən məlumata görə, hadisə nəticəsində üç nəfər güllə yarası ilə xəstəxanaya çatdırılıb. Qeyd olunur ki, atəş açan bir neçə nəfər dərhal ərazidən uzaqlaşıblar. Hüquq-mühafizə orqanları onları
26 aprelBakıda məktəbin yaxınlığında BÖYÜK TƏHLÜKƏ - VİDEO
Bakı şəhəri Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində qəzalı vəziyyətdə olan ağac təhlükə saçır. Bu barədə məlumat -in qaynar xəttinə daxil olub. Bildirilib ki, 99 saylı tam orta məktəbin çıxışında yerləşən ağac qoparaq dəmir hasara ilişib. Baş verə biləcək xırda hadisə dəhşətli faciəyə səbəb ola bilər
26 aprelElmira Süleymanova dəfn olundu
Azərbaycanın İnsan Hüquqları üzrə sabiq müvəkkili (Ombudsman) Elmira Süleymanova dəfn edilib. xəbər verir ki, mərhumun nəşi II Fəxri xiyabanda torpağa tapşırılıb
25 aprelSabah 32 dərəcə isti olacaq
Aprelin 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-1
26 aprelEvlilik üçün ideal yaş fərqi neçə olmalıdır? - AÇIQLAMA
Bildiyimiz kimi, bu gün ölkəmizdə erkən yaşda qızların evləndirilməsi halları ilə tez-tez rastlaşırıq. Əlbəttə ki, bu nikahların baş tutması qəbulolunmazdır. Digər tərəfdən, Azərbaycanda 22 yaşlı oğlanın 40 yaşlı qadınla evlənməsi ilə bağlı hallarda mövcuddur. Araşdırmalar onu göstərir ki, tərəflər arasınd
26 aprelAl lalələri ilə görənləri heyran edən Xocalıdan - Fotolar
Respublikamızın dilbər guşələrindən olan Xocalı gözəl təbiət mənzərələri ilə fərqlənir. Qarabağ silsiləsində yerləşən rayon yaz aylarında bir başqa gözəllikdə olur. Aprel ayında Qaraqar çayı ətrafındakı nisbətən düzən ərazini bəzəyən al lalələr yoldan keçənləri özünə heyran edir. Təbiətin yaratdığı b
26 aprel