Sevgilisinin ayağı ilə boğub öldürdüyü qızın anası: "30 min manatı versin..."

Sevgilisinin ayağı ilə boğub öldürdüyü qızın anası: "30 min manatı versin..."Sevgilisini ayağı ilə boğub öldürməkdə təqsirləndirilən 1968-ci il təvəllüdlü Fərhad Şaqaliyevin məhkəməsi başlayıb.

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktının nəticəvi hissəsini elan edib.

Fərhad Şaqaliyev özünü qismən təqsirli bilib. O bildirib ki, Gülnarəni öldürmək niyyəti olmayıb: "Onu ehtiyatsızlıqdan öldürmüşəm. Bir dənə vurdum yıxılıb qaldı yerdə. Ayağımı da üstünə qoydum. Sonradan bildim ki, ölüb".

Lakin təqsirləndirilən şəxs ifadə vermək istəməyib. O özünü pis hiss elədiyi üçün hazırkı mərhələdə ifadə verməkdən imtina edib.

Prosesdə zərərçəkmiş şəxsin hüquqi varisi Gülər Sadıqova ifadəsində bildirib ki, Fərhad Sabunçuda "makler" işləyib: "Elə qızımla "makler" çalışdığı zaman tanış olublar. Qızımın Sabunçuda evini satdırıb, kirayəyə keçirmişdi. Qızımı bundan qabaq rəsmi olaraq iki nikahı olub. Bu üçüncüdür. O biri evliliklərindən 2 uşağı var. Bundan amma uşağı yoxdur. Lakin qızımdan bunun haqqında heç bir pis söz eşitməmişəm. Qızım deməyib ki, məni döyüb-söyüb".

Zərərçəkən hüquqi varisi olan ana deyib ki, qızı Fərhadla onu 2 il bundan qabaq tanış edib: "O vaxt çörək bişirən yerdə çalışdım. Gülnarə bununla gəldi, bizi tanış elədi. Qızım dedi ki, Fərhadla yaşayıram. Həmin vaxt onlar birlikdə qızımın Sabunçundakı evində qalırdı. Sonra qızımın dedi ki, başqa yerə köçmüşük. Onda aldatdılar ki, bu evi almışıq. Qızım da kirayədə qaldığını yəqin qorxusundan deməyib. O evi Gülnarəyə mən almışam".

Mərhumun anası Gülər Sadıqova bildirib ki, təqsirləndirilən həmin evin pulunu verməlidir: "Tələbim odur ki, həmin evin 30 min manatı versin. Sonra gedib, nə qədər yatar-yatar. Mənim qızımın həyatı məhv oldu. İstəyirəm ki, həmin pulla nəvələrimə gün ağlayım".

Qadın qeyd edib ki, qızının birinci əri İslam və ikincinin adı isə Atamoğlan idi: "Hər iki evliliyi rəsmi olub. Hər ikisində də qızımın bəxti gətirmədi, həyat yoldaşları yaxşı çıxmadı".

Sonda Gülər Sadıqova bildirib ki, qızı ilə 3-cü dəfə ərə getdiyi üçün mübahisələri düşüb və küsüb: "Elə belə danışdırırdım. Eyibdir dedim, məni saymadı. Ona görə ondan incikliyim olub. Mənə Fərhadı deyəndə, artıq çoxdan bir yerdə yaşayırmışlar".

Gülər Sadıqova söyləyib ki, mərhum qızı Şaqaliyev ilə yaşamağa başlayarkən o, buna etiraz edib.

Səbəb isə Şaqaliyevin ailəli olması olub.

"Mən bilmirdim ki, o ailəlidir. Sonradan bildim. Qızıma dedim ki, bu evlilik baş tutmaz. Rəsmi nikahlarının olmadığını, sadəcə kəbinli olduğunu deyirdi".

Suallara cavab verən Gülər Sadıqova qızının Şaqəliyevlə rəsmi nikaha girməsindən xəbərsiz olduğunu, lakin onların toy şəkillərini gördüyünü söyləyib: "Mən o fotoları görmüşəm. Qızım gəlinlik də geyinib. Amma mən toyda iştirak etməmişəm. İndi həmin fotolar yoxdur. Qızım gəlinlik satışı, kirayəsi ilə məşğul olub. Sonra işdən çıxdı. Daha sonra da xırdavat satışı ilə məşğul olub".

Mərhumun anası suallara cavabında əlavə edib ki, qızı ilə Şaqaliyev arasındakı münasibətlərin pis olmasından xəbəri olmayıb: "Birlikdə yaşayıblar. Münasibətlərinin pis olduğunu görməmişəm. Normal yaşayıblar, yola gediblər. Qızım qan azlığından əziyyət çəkirdi. Bir neçə dəfə də birlikdə İrana müalicəyə gediblər".

Zərərçəkmiş şəxsin anası onu bildirib ki, 30 min manatı versin, qalanı onu maraqlandırmır.

Hakim bildirib ki, cinayət işində borc müqaviləsi var: "Borc müqaviləsində Gülnarə Sadıqova Fərhad Şaqaliyevə 30 min manat borc verdiyini göstərilib".

Proses aprelin 30- a təyin edilib.

Qeyd edək ki, hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində baş verib. F.Şaqaliyev qeyri-rəsmi nikah münasibətlərində olduğu, 1982-ci il təvəllüdlü Sadıqova Gülnarə Tarıs qızını boğaraq öldürüb.

50 yaşlı kişi yerə yıxılmış sevgilisinin boğazına ayağını dirəyib, onun nəfəsini kəsərək öldürüb. Hadisə vaxtı F.Şaqaliyev sərxoş olub.

O bir müddət əvvəl tanış olduğu Şamaxı sakini Gülnarə Sadıqova ilə sevgili həyatı yaşamağa başlayıb və Bakıxanov qəsəbəsində kirayə mənzil tutub.

Ailəli, 2 uşaq atası olan Fərhad tez-tez həmin mənzildə sevgilisi ilə görüşürmüş. Lakin qadın sevgilisinin onunla daha çox vaxt keçirməyini, ona daha çox diqqət ayırmasını tələb edirmiş. Bu səbəbdən də onlar arasında tez-tez münaqişələr yaşanıb. Növbəti dəfə eyni mövzuda mübahisə yaşanıb və F.Şaqaliyev sevgilisini döyüb. Yerə yıxılan qadının onu söydüyünü görən kişi ayağını onun boğazına dirəyərək boğub.

Xatırladaq ki, qətlə yetirilən qadın əvvəllər ailəli olub. Hadisəni törədən F.Şaqaliyev isə kiçik sahibkardır.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 2047   Tarix: 25 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Şirvanda narkoman avtomobili oğurlayaraq yandırdı – FOTO

Şirvan sakini oğurladığı avtomobili yandırıb, saxlanılan zaman onun üzərində narkotik vasitə olan heroin aşkar edilib. xəbər verir ki, avqustun 20-də əvvəllər məhkum olunan Şirvan sakini, 1997-ci il təvəllüdlü Qasımzadə Sakit Qasım oğlu saat 5.00 radələrində avtomobil təmiri sexindən Şirvan sakini, F.Namazov

22 avqust 2021
.

Azərbaycanda yeniyetmə 53 yaşlı kişini öldürdü - YENİLƏNİB

Sentyabrın 10-u saat 06:00 radələrində 1968-ci il təvəllüdlü Əli Əliyevin bıçaqlanaraq xəsarət alması nəticəsində ağır vəziyyətdə Göyçay Rayon Mərkəzi Xəstəxanasına daxil olması və orada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Göyçay Rayon Prokurorluğunda aparılan araşdırmalarla zərərçəkmişi

10 sentyabr 2021
.

Gəncədə qadın qətlinin detalları: Hadisə yun çırpmaq üstündə olub - YENİLƏNİB

Ötən gün Gəncə şəhərində baş verən qətllə bağlı bəzi detallar məlum olub. Hüquq-mühafizə orqanlarından -a bildirilib ki, iki qonşu arasında baş verən mübahisə yun təmizləmək üstündə olub. Belə ki, Gəncə şəhər sakini, 1963-cü il təvəllüdlü Sücayət Məmmədova yaşadığı binanın qarşısında yun çırpırmış. B

1 sentyabr 2021
.

İsmayıllıda ƏMƏLİYYAT - Heroin alverçisi saxlanıldı - FOTO

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı əməliyyat tədbiri keçirilib. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan  -a verilən məlumata görə, keçirilən əməliyyat zamanı üzərində narkotik vasit

22 avqust 2021
.

Bakıda ər qrup şəklində cinsi əlaqə təklif edən arvadına 18 bıçaq zərbəsi vurub – İSTİNTAQ MATERİALLARI

Boşanmış şəxslərin və ya boşanmaq istəyən insanların bir-birinə ədavətinin davam etməsi, bunun qanlı nəticələri haqqında kriminal təcrübədə sonsuz sayda nümunələr var. Xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla adam öldürmə ilə nəticələnən belə bir nümunə ilə sizi tanış edəcəyik. Mətbuatda bununl

13 sentyabr 2021
.

Azərbaycanda oğul atasını baltayla öldürdü

2021-ci il iyunun 9-da Quba rayonu Sofikənd kənd sakini Sadıq Ramazanovun qəsdən öldürülməsi faktı əsasında rayon prokurorluğunda istintaq aparılıb. Quba Rayon Prokurorluğunda aparılan istintaqla müəyyən edilib ki, zərərçəkmişin oğlu Rəvan Ramazanov yaşadıqları evin həyətində şəxsi münasibətlər zəminind

1 sentyabr 2021
.

Qaxda meşəlik ərazidə yanğın BAŞLADI

Bu gün səhər saat 07 radələrində Qax rayonu Güllük kənd inzibati ərazisində, yüksək dağlıq-meşəlik ərazidə yanğın qeydə alınıb. xəbər verir ki, yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Qax və Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissələrinin texnikaları və şəxsi heyətləri

25 avqust 2021
.

Övladını və gəlinini baltalayan 70 yaşlı kişi: "Oğlanı zorlamışdı..."

Bakıda oğlunu və gəlinini öldürməyə cəhddə təqsirləndirilən Mehdi İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 70 yaşlı Mehdi İsmayılovun oğlunu və gəlinini niyə baltalaması müəmma kimi qalıb. həmin cinayət işi üzrə materialları əldə edib. İttihama görə, hadisə ötən il dekabrın 5-də saa

30 avqust 2021
.

Azərbaycanda qadın qonşusunu bıçaqla öldürdü

Prokurorluq Gəncə şəhərində qadının qətli ilə bağlı məlumat yayıb. Şəhər Prokurorluğundan -a daxil olan məlumatda deyilir:. "Avqustun 31-i saat 17 radələrində Gəncə şəhər sakini, 1963-cü il təvəllüdlü Sücayət Məmmədovanın öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olmuşdur. Aparılmı

1 sentyabr 2021