Müəllimlərin intim görüntülərinin yayıldığı Bakı məktəbində nə baş verir? - TƏFƏRRÜAT

Müəllimlərin intim görüntülərinin yayıldığı Bakı məktəbində nə baş verir? - TƏFƏRRÜATSuraxanı rayonu 281 saylı məktəbdə müəllim S.H. qadın alverində və şantajda ittiham olunur. İddia edilir ki, S.H. həmin məktəbdə riyaziyyat müəllimi kimi çalışan qadın X.R.-nın müxtəlif şəxslərlə cinsi əlaqədə olduğu zaman videogörüntülərini çəkib. İddia edilir ki, S.H. sevgilisi olan Zalovla əlbir olub X.R.-nı intim videogörüntüləri ilə şantaj edərək pul tələb edib.

İddiaya görə, Zalovla S.H. X.R.-dan müxtəlif vaxtlarda ayrı-ayrı məbləğlərdə pul alıb. Nəhayət, X.R. tələb olunan pulunu verməyə imkanı çatmayıb və hüquq-mühafizə orqanlarına hadisə barədə məlumat verib. Nəticədə Zalovun həbs olunduğu deyilir. S.H.-nın isə 3 gün polis bölməsində saxlanıldıqdan sonra evə buraxıldığı gələn xəbərlər arasındadır.

Bu hadisədən sonra məktəbin direktoru tərəfindən adıçəkilən müəllimlər barəsində heç bir tədbir görülməyib. Bunun da səbəbi kimi direktorla S.H. arasında möhkəm dostluq əlaqələrinin olması göstərilir. Valideynlər belə müəllimlərin övladlarına dərs keçməsindən olduqca narahatdırlar. Yayılan bu məlumatla bağlı direktor Gülşən Əliyeva açıqlamasında işin Bakı baş polis idarəsində araşdırıldığını deyib.

Təkrar Gülşən Əliyeva ilə əlaqə saxlayaraq yayılan məlumatlardan sonra məktəb rəhbəri olaraq hansı addımlar atdığını öyrənmək istədik. Təəssüf ki, direktor məktəbdən kənarda olduğundan danışa bilmədik. Zəngimizə cavab verən məktəbin Azərbaycan dili müəllimi Vaqif Əlisoy Publika.az-a bildirdi ki, bu məlumatlar şantaj xarakterlidir:

"Bu məlumat ilk dəfə faktor.az saytında yayımlanıb. Adıçəkilən Səkinə müəllimə redaksiyaya zəng edərək açıqlama vermək istədiyini deyib. Məlumatı yazan müxbir isə müəllimənin onu hədələdiyini deyib. Biz həmin redaksiya ilə də əlaqə saxladıq. Bu məlumatın yalan olduğunu dedik. Bu məktəbdə elə bir hadisə ola bilməz. Bu şantaj xarakterlidir. Ancaq bu məlumatın nə üçün yayıldığını deyə bilmərəm".

Direktorun xəbərdar olmasına gəldikdə, V.Əlisoy bildirdi ki, direktor Gülşən Əliyevanın şayiələrdən xəbərdar olduğunu deyib:

"Bu şayiədirsə, direktor ona görə müəllimlərə qarşı hansı addım ata bilər?".

Hadisədə adı çəkilən S.H. yayılan məlumatın yalan olduğunu dedi:

"Mənim haqqımda kim, nə üçün belə məlumat yayıb, bilmirəm. Münaqişəli olduğum adam yoxdur. Özümü öldürərəm, çox pis haldayam".

Təhsil eksperti Kamran Əsədov Publika.az-a açıqlamasında bu gün səhər saatlarından bir neçə mənbədən ona hadisə barədə müraciət olduğunu dedi:

"Həmin məktəbin əməkdaşları, valideyn olduğunu iddia edən şəxslərdən mənə məlumatlar verilib. Həmin şəxslər iddia edir ki, bu hadisə baş verib. Lakin məktəbdən kənarda olub. Hadisənin məktəbdə və ya məktəbdənkənarda olmasından asılı olmayaraq müəllim hər yerdə nümunəvi olmalıdır. Məlumatı mənə göndərənlər də faktın polis tərəfindən araşdırıldığını deyiblər. Mən də hüquq mühafizə orqanlarının açıqlamasını gözləyirəm. Məlumatı mənə təqdim edən şəxslər bu barədə əllərində hər hansı görüntü olmadığını, sadəcə eşitdiklərini deyiblər. Eşitmə ilə fakt olmur. Bundan başqa, şantaj edən də, şantaja məruz qalanla bağlı olan iddialara qarşı görülməli olan tədbirlər qanunvericilikdə açıq şəkildə göstərilib. Məktəb rəhbərləri bir məsələni unudur ki, bu məlumat yalan olsa belə, araşdırma dövründə iddiada adıçəkilən müəllimləri təhsildən uzaqlaşdırmaq səlahiyyətləri var. Əmək Məcəlləsinin 67, 70 və 72-ci maddələrinə əsasən, cinsi qısnamaya məruz qalma ilə bağlı ittiham varsa, həmin müəllimlə imzalanmış müqaviləyə xitam verilməlidir. Araşdırma hüquqi müstəvidə həllini tapana qədər həmin müəllimlər tədris müəssisəsindən uzaqlaşdırılmalıdır".

Ekspert hesab edir ki, qısa zamanda aidiyyəti qurumları reaksiya verməlidir:

"Məktəblərdə dərs bölgüsü, repititor kimi uşaq cəlb etmə ilə bağlı məktəblərdə müəllimlər arasında problemlər var. Lakin o müəllimlərin hansı siyasi əhəmiyyətli şəxsdir ki, onlar şantaja, təzyiqə məruz qalsın. Bundan başqa, Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi qısa zamanda məsələyə reaksiya verməli idi, hətta media nümayəndələri ilə birlikdə həmin məktəbdə olmalı idi. Adıçəkilən şəxslər də media qarşısına çıxaraq açıqlama verməli idi. Bu şər, böhtan, hətta yeni təhsil nazirinə qarşı kampaniya da ola bilər. Amma bunun böhtan, yoxsa reallıq olması, yalnız araşdırıldıqdan sonra bəlli olar. Hər gün yayılan bu cür məlumatlar cəmiyyətdə təhsilə olan inamı itirir. Bu gün yayılan məlumat təhsilə vurulan zərbədir. Baş verən neqativ halların hamısı dövlət təhsil müəssisələrində baş verir. Özəl təhsil müəssisələrində belə hal baş vermir. Belə halları törədənlər cəzalandırılmasa, proses davam edəcək. Bu hal adiləşəcək".

İddianın araşdırıldığı Bakı Şəhər Baş Polis İdarəsi ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Qalib Rəhimov Publika.az-a yayılan məlumatdan xəbərsiz olduğunu dedi:

"Bu cür sensasiya doğuran məsələlərlə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə müraciət edin. Bu barədə onlar məlumat verə bilər".

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəisi, polkovnik Ehsan Zahidov və mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə dəfələrlə əlaqə saxlamağımıza baxmayaraq zənglərimizə cavab vermədi.

Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinə göndərdiyimiz sorğuya hələ ki, cavab verilməyib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 7811   Tarix: 27 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bu şəxslər Prezidentin fərdi təqaüdünü alacaq - Siyahı

Azərbaycan mədəniyyət xadimlərinə Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Prezidentinin fərd

7 may
.

"Məktəb bufetlərində qida təhlükəsizliyi üçün vahid və sərt nəzarət sistemi vacibdir" - Təhsil eksperti

Məktəblərdə şagirdlərin qidalanması məsələsi yenidən müzakirə mövzusuna çevrilib. Son vaxtlar bəzi təhsil müəssisələrində bufet məhsullarından zəhərlənmə halları ilə bağlı yayılan məlumatlar valideynlərin narahatlığını artırıb. Bu problem məktəb bufetlərində qida təhlükəsizliyi və nəzarət məsələlərini

7 may
.

Hava kəskin dəyişəcək, yağıntı intensivləşəcək

Bakıda və Abşeron yarımadasında mayın 8-i səhər və gündüz saatlarında arabir yağış yağacağı gözlənilir, yarımadanın bəzi yerlərində isə yağışın qısa müddətə intensivləşəcəyi ehtimal olunur. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Azərbaycanın rayonlarınd

7 may
.

Akif İslamzadə ürək əməliyyatı keçirdi: Vəziyyəti necədir?

Xalq artisti Akif İslamzadə Mərkəzi Gömrük Hospitalına yerləşdirilib. xəbər verir ki, bu barədə "Teleqraf"a sənətkarın oğlu Ayxan İslamzadə məlumat verib. O bildirib ki, atası təxminən yarım saat əvvəl ürək əməliyyatı olunub:. "Atamın ürəyinə stent qoyulub. Hazırda xəstəxananın reanimasiy

8 may
.

Sabah 22 dərəcə isti olacaq

Mayın 8-də gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər və gündüz saatlarında bəzi yerlərdə yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərind

7 may
.

Əmisi tərəfindən cinsi istismar olunduğunu iddia edən qızla bağlı SON XƏBƏR

Cinsi istismara və yaxınları tərəfindən təhdidlərə məruz qaldığını iddia edən Nizami rayon sakini - 2004-cü il təvəllüdlü Nərmin Daşqın qızı Şirəliyeva ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən aidiyyəti qurumlara (Daxili İşlər Nazirliyinə, Baş Prokurorluğa, həmçinin müvafi

8 may
.

Şabranlı ailənin müraciətinə nazirlikdən müsbət cavab - VİDEO

Baku TV-nin qaynar xəttinə müraciət edən Şabran rayonunun Padar kəndinin sakini olan İsmixanovlar ailəsi ağır sosial şəraitdə yaşadıqlarını bildirərək aidiyyəti qurumlardan kömək istəyib. Fəhlə kimi çalışan Tural İsmixanov bildirib ki, aldığı maaş ailənin dolanışığına kifayət etmir:. "Fermada işləyirəm

7 may
.

Ramiz Tahirovun müavini 1 milyonluq mənimsəmədə ittiham edilir - Ölümündən sonra

Hərbi Hava Qüvvələrinin sabiq komandan müavini mərhum polkovnik Mayis Orucəliyevin cinayət əməli ortaya çıxıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, polkovnik xüsusilə külli miqdarda mənimsəmədə ittiham olunur. Cinayət işinin istintaqı Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstinta

7 may
.

Avtomobil 1-ci sinif şagirdini vurub öldürdü

Yevlaxda azyaşlının ölümü ilə nəticələnən yol qəzası baş verib. qafqazinfo-ya istinadən xəbər verir ki, V. Mustafayev idarə etdiyi "Toyota Corolla" markalı avtomobillə Yevlax şəhəri ərazisində hərəkətdə olarkən 2019-cu il təvəllüdlü piyada Misirxan Murad oğlu Rəsulovu vurub. Orta məktəbin 1-c

8 may