"Mən müqəddəs adamam" - İlhamə Quliyeva

"Mən müqəddəs adamam" - İlhamə QuliyevaXalq artisti İlhamə Quliyeva gün.az saytına müsahibə verib.

Sonxeber.az həmin müsahibəni ixtisarla təqdim edir:

"Sənətimin padşahıyam"

- İlhamə xanım, Moskva Dövlət Universitetinin Hüquq fakültəsində oxumağınızla bağlı yalan söyləməyiniz hansı zərurətdən yarandı?

- Bunu bilərəkdən etmişəm. Müsahibəni verən zaman güldüm, köməkçim Mehribana göz də vurdum. Köməkçimə dedim ki, baxarsan, biz bu söhbətin ətrafında düşmən tapacağıq. Mən Moskva Dövlət Universitetində təhsil almıram. Bilirsiniz ki, Rusiyanın təhsil ocaqları çoxdur.

Onların birində təhsil alıram. Hansı universitetdə oxuduğumu heç kimə deməyəcəyəm. Kiməsə hesabat verən deyiləm. Mən sənətimin padşahıyam və ixtiyarım var ki, fikrimdən keçən yaxşı işləri, fikirləri edim. Bu söhbəti qurdalayıb, çıxaran adamı da tapmışam. Moskvada da bu işlə məşğul olan adamıın kimliyi də mənə məlumdur.

- Bu adamlar kimlərdir və sizinlə nə kimi problemləri var?

- Sizə deyim, artıq pensiya yaşındayam. Buna görə də dövlətim tərəfindən müəyyən məbləğdə pul alıram. Bundan başqa, Prezident təqaüdü də alıram. Həmin adamlar istəyirdilər ki, pensiyaya çıxıb, evdə oturum. Bilirsiniz, indi mədəniyyətdə böyük bir qarışıqlıq var. Nə mədəniyyət naziri bu işə baxır, nə də ki, mədəniyyətə xidmət edən başqa insanlar bu işlə maraqlanmırlar. Meydanda təkəm. Mən onların etmədikləri işləri görürəm. O adamlara ayıb olsun ki, mədəniyyətdə belə qarışıqlıq yaradıblar. Əfsuslar olsun ki, dövlətimizin ətrafında elə insanlar var. Amma onlar mədəniyyətimizə xidmət etmirlər.

"7 ildir ağlayıram"

- Sizin nə kimi təklifləriniz var?

- Boşluqlar çoxdur. Mədəniyyətdə olan böyük xaosu siz də yaxşı görürsünüz. Mən üzdəyəm, varam, sözümü deməyi bacarıram. Heç kimə şər-böhtan atmıram. Mənimlə çox maraqlanırlar. İnandırım sizi, pensiyaya çıxıb, evdə oturub, qarısaydım (gülür), onda heç kimin mənimlə işi olmazdı. Bir nəvəm var, onu özüm qədər çox istəyirəm, Ruslanımın canı üçün buna əminəm. Mən ayaq üstəyəm.

Düzdür, bəzən səhhətimdə pozuntular olur. Biz daşdan, divardan deyilik ki, canlı insanıq. Mən ürək əməliyyatı keçirmişəm. Dərdim, fikrim vardı. Anam Tükəzban xanım dünyadan köçəndən sonra pis hala düşdüm. 7 ildir ki, anam yoxdur, bu illəri ağlayıram.

Görürsünüz ki, mənim o boyda ödüllərim var, 2007-ci ildən Dünya sülh səfiriyəm, başqa rəsmi ödüllərim də var. Onların da rəsmi sorğusunu edə bilərlər.

Mən əməkdar və xalq artisti fəxri adlarını, "Şöhrət" ordenini ulu öndərimizin imzası ilə almışam. Ruhu şad olsun. "Şərəf" ordenini isə ulu öndərimizin şah əsəri İlham Əliyevin imzası ilə qazanmışam. Ona görə də çiyinlərimdə məsuliyyətim çox böyükdür. Bu da bəzi üzdəniraq adamları heç də sevindirmir. Ona görə də mənimlə çox maraqlanırlar.

- Bəlkə həmin adamların adlarını açıqlayasınız?

- Yox, onun zamanı var. Özüm tam əminliklə onların kimliyini bilirəm. Mən onu bilərəkdən eləmişəm ki, özümə sübut edim ki, bunlar mənim düşmənlərimdir.

"Bəziləri varlığımı həzm edə bilmir"

- Düşmənləriniz çoxdur ki?

- Məni bütün Azərbaycan xalqı, dünyada yaşayan bütün azərbaycanlılar sevir. Bu günlərdə mənə Amerikanın şəhərlərindən birində Azərbaycanın diplomatik işlərini öz çiyinlərində daşıyan insanlardan biri zəng vurdu. Dedi ki, biz sizinlə çox maraqlanırıq. Söylədi ki, görəcəksiniz, bu yaxınlarda çox saylı imzalarla, böyük müraciətlər olunacaq, həmin şəxslər sizi rahat buraxacaqlar.

Əlavə etdilər ki, sizə xəyanət edən insanlar öz cəzalarını alacaqlar. Ona görə də bilirəm ki, bəzi adamlar mənim varlığımı həzm edə bilmirlər. Mən şəxsiyyətəm. Nə zamansa həyatda olmayanda deyəcəklər ki, İlhamə Quliyeva kimi sənətkar, insan var idi.

"Mən müqəddəs adamam"

- Niyə son zamanlar adınız qalmaqallarda, məhkəmə çəkişmələrində hallanır?

- Mənim evim məscidə yaxındır. Mən hər azanda ayağa qalxıb, ya dəhlizə çıxıram, ya da pəncərənin önündə Allahdan özümə, bütün insanlara cansağlığı istəyirəm. Kim də mənə pislik edirsə, azan sahibi özü onlara sözünü desin. Mən elə adamam ki, kimsə mənə cüzi toxunsa, pislik etsə, pis nəticəsini görər. Mənə sataşmaq, əl vurmaq olmaz. Vallah, mən müqəddəs adamam.

Heç kimlə işim yoxdur. Mənə daş atırlar, müdafiə olunuram. Heç kimə birinci olaraq daş atmıram, söz atmıram. Çünki bu, nə mənim yaşıma, nə də ki, statusuma yaraşmaz. Hətta dövlətimin layiq gördüyü ödüllərə yaraşmaz.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şou-biznes   Baxılıb: 1870   Tarix: 03 oktyabr 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Aygünlə ona görə dalaşmışdıq ki… - Faiq Ağayev

Bizim yabalaşan zamanlarımız olub. xəbər verir ki, bu sözləri " "a geniş müsahibəsində Xalq artisti Faiq Ağayev Aygün Kazımova ilə münasibətləri ilə bağlı danışarkən deyib. O bildirib ki, 35 ildir səhnədədirlər:. "Bu qədər zamanın cəmi 8-9 ilini dalaşmışıq. Bu da ona görə ki, iki qoçu

27 aprel
.

Faiq Ağayev əlavə qazanc yerlərindən danışdı

Çox təəssüf ki, əlavə qazanc yerlərim, biznesim yoxumdur, yeganə gəlir yerim musiqidir. Bu sözləri -a geniş müsahibəsində xalq artisti Faiq Ağayev deyib. O bildirib ki, biznesinin olmasını çox istəyir:. "Amma bacarmıram, tacirlik damarım yoxdur. Yaxın ətrafım deyir ki, hər şey sənin səs tellərin

26 aprel
.

Müğənninin aylıq gəliri ŞOKA SALDI - VİDEO

ATV-nin "Rəngarəng Səhər" proqramının növbəti qonağı gənc müğənni Camilla olub. xəbər verir ki, maraqlı keçən verilişdə aparıcı gənc müğənniyə "Aylıq gəliriniz nə qədərdir?" sualını ünvanlayıb. Camilla isə buna cavab olaraq "Şou proqramlara getmirəm" deyərək, ayda 10-1

4 may
.

Zeynəb Xanlarovanın yeni fotoları

Xalq artisti Zeynəb Xanlarovanın yeni görüntüləri yayılıb. "Ölkə.az" xəbər verir ki, fotoları stilist Rəşad Əliyev sosial media hesabında paylaşıb. O, sənətçi ilə olan fotolarına "SSR-i Xalq artisti, dünya şöhrətli əfsanə, dəyişilməyən sənətkar! Azərbaycanı dünyada təmsil edən sənət kraliçası

29 aprel
.

Aybəniz Haşımova: "Bir də Maldivə getmərəm, kərtənkələlər məni dəli etmişdi" - VİDEO

Əməkdar artist Aybəniz Haşımova maraqlı açıqlaması ilə diqqət çəkib. xəbər verir ki, sənətçi dünyanın məşhur turizm və kurort zonası olan Maldivə bir daha getmək istəmədiyini bildirib. Buna səbəb adadakı böyük kərtənkələlərin ifaçını qorxutması olub. Haşımova bu barədə qonaq olduğu verilişlərdən birind

4 may
.

Mərdanla Nəzrinin toyuna kimlər gəldi? - Fotolar

Xəbər verdiyimiz kimi, Xalq artisti Mələkxanım Eyubovanın qızı Nəzrinin müğənni Mərdan Kazımovla toyu olub. Axşam.az-ın məlumatına görə, şəhər restoranlarından birində keçirilən məclisə sənət aləminin tanınmış simaları qatılıblar. Gecədə yer alanlar arasında Xalq artistləri Alim Qasımov, Mənsum İbrahimov

23 aprel
.

Hamını aldadıblarmış…

Müğənni Təranə Qumralın qızı Qumral anasının yalan danışdığını etiraf edib. OLAY yazır ki, bu barədə o, "Xəbərin var?" verilişində danışıb. Qumral bildirib ki, anası 4-cü övladını dünyaya gətirməyib və "Rəngarəng səhər" verilişində edilənlər sadəcə şou imiş. O, "Bizim ideyamı

3 may
.

Taleh Yüzbəyov həyat yoldaşını siqaretlə YANDIRDI - VİDEO

Aktyor Taleh Yüzbəyovun bloger həyat yoldaşının başına iş gəlib. xəbər verir ki, bu barədə Xatirə öz sosial şəbəkə hesabında paylaşdığı bildirib. "Bəli, mənim həyat yoldaşım siqaretlə alnımı yandırdı" - deyə o bildirib. Xatırladaq ki, cütlüyün iki övladı var

29 aprel
.

Mələkxanım Eyubovanın qızının toyundan - Video

Xəbər verdiyimiz kimi, bu gün Xalq artisti Mələkxanım Eyubovanın qızı Nəzrinin toydur. Axşam.az xəbər verir ki, xanəndənin övladı müğənni Mərdan Kazımovla ailə qurur. Toy şəhər restoranlarından birində qeyd olunur. Qeyd edək ki, Nəzrin və Mərdanın nişanı ötən ilin oktyabrında olub. Onlar bir müddət əvvə

22 aprel