"Azərbaycan iqtisadiyyatında azalma olacaq"

"Azərbaycan iqtisadiyyatında azalma olacaq""2016-cı ilin dövlət büdcəsinin gəlirləri 14 milyard 566 milyon manat nəzərdə tutulub ki, bu da 2015-ci illə müqayisədə 4 milyard 872 milyon manat az vəsait deməkdir".

Sonxeber.az-ın məlumatına görə, bunu parlamentin beş komitəsinin 2016-cı ilin dövlət büdcəsi zərfinə həsr olunmuş birgə iclasında maliyyə naziri Samir Şərifov deyib. Nazir 2015-ci illə müqayisdə 2016-cı il dövlət büdcəsinin gəlirlərinin və xərclərinin azalmasının səbəblərini dünyada baş verən qlobal proseslər, həmçinin neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi ilə əlaqələndirib. Onun sözlərinə görə, bu baxımdan, 2016-cı ilin dövlət büdcəsində neftin bir barelinin qiyməti 50 dollar həcmində nəzərdə tutulub.

Nazir qeyd edib ki, optimist variant kimi neftin bir barelinin qiyməti 60, pessimist variant kimi isə 40 dollar nəzərdə tutulur.

"Odur ki, 2016-cı ildən 2019-cu ilə kimi Azərbaycan iqtisadiyyatının inkişafında azalma müşahidə olunacaq"- deyə, S.Şərifov sözlərinə əlavə edib.

"2016-cı ildə yaşayış minimunun həddi 136 manat nəzərdə tutulur".

Bunu da iqtisadiyyat və sənayə nazirinin müavini Sevinc Həsənova dilə gətirib. Onun bildirdiyinə görə, 2016-cı ildə inflyasiyanın səviyyəsi 3,3 faiz proqnozlaşdırılır. Bununla yanaşı, 2016-cı ildə neftin hasilatının 40,7 milyon ton təşkil edəcəyi nəzərdə tutulur. Nazir müavini sonra qeyd edib ki, tikinti sektoru nəzərə alınmamaqla, qeyri-neft sektorunda 5,3 faiz artım gözlənilir.

"Həmçinin 2016-cı ildə qeyri-neft sənayesində 9 faiz, xidmət sektorunda 4,8 faiz artım nəzərdə tutulur" - deyə, S.Həsənova vurğulayıb.

Müzakirələr zamanı çıxış edən millət vəkili Vahid Əhmədov isə "Maliyyə nəzarəti haqqında" qanun layihəsinin vacibliyini dilə gətirib. Deputat qeyd edib ki, ölkənin bütün strukturlarında maliyyə nəzarətinin gücləndirilməsinə ehtiyac var:

"Çünki yerlərdə faktiki olaraq, maliyyə idarələri icra başçılarının tapşırıqlarını yerinə yetirirlər. Yəni maliyyə bölgüsü icra başçılarının az qala kefindən asılı olur. Düzdür, maliyyə naziri tərəfindən dəfələrlə bu məsələyə münasibət bildirilib, yerli maliyyə şöbələrinə ciddi tapşırıqlar verilir, amma fakt faktlığında qalır. Odur ki, nəhayət, parlamentdə bu istiqamətdə qanunun qəbuluna, başdan tutmuş ayağa qədər bütün strukturlarda maliyyə şəffaflığının təmin olunmasına, maliyyə nəzarətinin gücləndirilməsinə ehtiyac var".

V. Əhmədov bununla belə deyib ki, Azərbaycan manatın yumşaq devalvasiyası prosesinə keçmək lazımdır. V. Əhmədovun sözlərinə görə, gələn ilin dövlət büdcəsinin layihəsində manatın dollara qarşı məzənnəsi 1,05 manat səviyyəsində müəyyənləşib.

Deputat deyib ki, cari ilin fevralın 21-də baş verən devalvasiyadan sonra manat təxminən 35% ucuzlaşdı:

"Nəticədə əhali narahat olmağa başladı. İndi vəziyyət düzəlibmi? Azərbaycan Mərkəzi Bankı valyuta bazarına hələ də müdaxilə edir, intervensiya aparır. Devalvasiyadan qabaq Mərkəzi Bankın valyuta ehtiyatları 15 milyard manat idisə, hazırda 7,4 milyard manata enib. Ötən müddət ərzində Mərkəzi Bankın valyuta ehtiyatları kəskin azalıb. Aparılan intervensiya valyuta ehtiyatlarının kəskin azalmasına səbəb olur. Hesab edirəm ki, manatın məzənnəsinin bazar qiymətləri əsasında tənzimlənməsinə başlanılmalıdır. Əgər bu addım atılmasa, ciddi problemlərlə üzləşə bilərik" .

Sonda büdcə zərfi parlamentin plenar iclasına tövsiyə olunub.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 962   Tarix: 03 oktyabr 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan neftinin qiyməti 92 dollara düşüb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,82 ABŞ dolları, yaxud 0,9 % azalaraq 92,26 ABŞ dolları təşkil edib. Bu barədə "Report"a neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, "Brent" markalı neftin iyun fyuçerslərini

11 aprel
.

Bakıda yanacaqdoldurma məntəqəsində benzinə su qatılıb? - İDDİA + RƏSMİ CAVAB

Vətəndaşlar ölkədə fəaliyyət göstərən "İST Petrol" yanacaqdoldurma məntəqəsindəki yanacağın keyfiyyətsiz olduğunu və benzinə su qatıldığını iddia edirlər. Ölkə.Az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. . Belə ki, videogörüntülərdə "İST Petrol" yanacaqdoldurm

11 aprel
.

Zeytun yağı niyə BAHALAŞIB?

Son günlər Azərbaycan istehsalı olan zeytun yağlarının qiymətində kəskin artım müşahidə olunur. Bu da özünü əsasən yarımlitrlik və birlitrlik qablaşdırmalarda göstərir. Belə ki, bir müddət əvvəl qiyməti orta hesabla 6,20-7,40 manat olan yarımlitrlik zeytun yağları hazırda 9,0 manatdan baha satılır. 8,50-10,5

8 mart
.

Balın qiymətinin artacağı gözlənilir - SƏBƏB - VİDEO

Bu il Astarada arıçılıq məhsullarının qiymətində artım gözlənilir. xəbər verir ki, buna səbəb olaraq məhsuldarlığın aşağı düşməsi və arıların xəstəliklərə yoluxaraq tələf olması göstərilir. Arıçılar bildiriblər ki, arı ailələrində 50 faizə yaxın itki var. "İtkilər balın qiymətinə təsir edəcək. Arıçıla

12 aprel
.

Taleh Yüzbəyov Rasim Balayevə "tərbiyəsiz" dedi

"İctimai TV"də yayımlanan "Alatava" serialı müzakirələrə səbəb olub. Bir sıra mədəniyyət xadimləri serialın məzmunu ilə bağlı narazılıq ifadə edib. xəbər verir ki, serialın ssenari müəlliflərindən olan aktyor Taleh Yüzbəyov tənqidlərə cavab verib. O bildirib ki, səsləndirilən fikirlər

25 aprel
.

Bitkoin kəskin ucuzlaşıb

Bitkoinin məzənnəsi "Coinbase" birjasında hərrac zamanı 63 min dollardan aşağı düşüb. "Report" xəbər verir ki, bu barədə birjanın verilənlərindən məlum olub. Dünyanın ən məşhur kriptovalyutası, demək olar, beş faiz ucuzlaşıb. Bitkoinin dəyəri 62,7 min dollara düşüb. Kriptovalyutad

22 mart
.

Azərbaycanda daha bir bank bağlanır - RƏSMİ AÇIQLAMA

"Naxçıvan Bank" ASC bu ilin ilk rübündə 12 milyon manata yaxın kiçilib. Bankın aktivləri 1 aprel 2024-cü il tarixinə 194,6 milyon manat təşkil edib. Bu isə 2023-ci ilin sonu ilə müqayisədə 11,6 milyon manat, yaxud 5,6% azdır. Bankın əsas gəlir mənbəyi olan kredit portfeli isə bu dövrdə 27,

20 aprel
.

Azərbaycanda hotellər üzrə orta qiymət azalıb

Cari ilin aprel ayında Azərbaycanda bütün ulduz təsnifatları üzrə hotellərdə üzrə orta qiymət öncəki ayla müqayisədə bir qədər azalaraq 131,67 manat təşkil edib. -ın xəbərinə görə, yanvarda Azərbaycanda bütün ulduz təsnifatları üzrə hotellərdə üzrə orta qiymət 87,50, fevralda 102,67, ötən ay isə 134,3

6 aprel
.

Mərkəzi Bank sərt pul siyasəti həyata keçirir

Hesablamalar onu göstərir ki, bizim neytral uçot faiz dərəcəmiz 6-7 faiz aralığındadır. Həmin məntiqlə getsək görərik ki, biz hələ sərt pul siyasəti həyata keçiririk çünki, ölkədə uçot faiz dərəcəsi 7.25% dir. apa-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov deyib

1 may