Himnimizin sözləri belə olmalı idi - MƏTN

Himnimizin sözləri belə olmalı idi - MƏTNAzərbaycanın yeni müstəqillik qazandığı illərdə parlamentdə dövlət atributları müzakirə olunarkən fikrimiz belə idi ki, Üzeyir Hacıbəyovun bəstələdiyi Azərbaycan Sovet Respublikasının himninin musiqisi qalsın, amma sözləri dəyişilsin.

Bu sözləri millət vəkili Rafael Hüseynovun "himnin sözləri dəyişdirilməlidir" fikrini Kult.az-a şərh edən xalq şairi Sabir Rüstəmxanlı deyib. O bildirib ki, həmin himnin musiqisi son dərəcə gözəl idi:

"Çox maraqlı, gözəl musiqisi var idi. Hətta mən o vaxt - 1991-ci ildə bu himnin musiqisinə söz də yazmışdım. Mənim hazırladığım himnin sözləri belə idi:

Tarix bizə pay ayırıb: Odlar Yurdu, Gözəl vətən,

Damarımda qanım coşur Azərbaycan kəlməsindən.

Dahilərin ölməz eşqi milyonların dodağında

Biz gedirik gələcəyə İstiqlalın sorağında.

Millətimiz haqq yolçusu, haqqın özü dönən deyil,

Bayrağımız üçrənglidir, yüksəldisə enən deyil.

Bu bayraqda ölməz ruhum - həm keçmişdi, həm gələcək,

Yurdumuzun hər nəğməsi Ay-Ulduzla yüksələcək.

Azadlığın yollarında ağarıbdır məğrur başın,

Şəhidlərin al qanıyla yoğrulubdur hər qarışın.

Övladların haray çəkir: "Ucal, ucal, Azərbaycan!

Ey dünyanın özü kimi müdrik qoca, Azərbaycan!"

Yağı düşmən tarix boyu tor qurubdu millətimə,

Əl atıbdı, göz dikibdi göydən gələn qüdrətimə!

Min illərlə yanan ocaq hər rüzgara sönən deyil,

Azadlığa könül verən bu sevdadan dönən deyil!

Qeyd edək ki, millət vəkili Rəfael Hüseynov Milli Məclisdə himnimizin sözlərinin təhrif olunduğunu, "hüququnu dərk edən əsgər" əvəzinə, "hüququndan keçən əsgər" kimi mənası bəlli olmayan misra işlədildiyini bildirib və bunun aradan qaldırılmasının vacibliyini deyib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1497   Tarix: 03 may 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Bu şəxslərin pensiyaları ilə bağlı AÇIQLAMA: 6 aylıq maaş həcmində...

Diplomatlara yeni güzəştlər: Pensiyada 6 aylıq maaş həcmində birdəfəlik ödəniş veriləcək. Milli Məclisdə müzakirə olunan "Diplomatik xidmət haqqında" qanun layihəsinə təklif edilən yeni dəyişikliklər ölkənin xarici siyasət idarəçiliyində mühüm mərhələnin əsasını qoyur. Layihəyə əsasən, diplomatlar

14 iyun
.

Bakı-Naxçıvan reysləri bərpa olundu

"Azərbaycan Hava Yolları"nın (AZAL) Bakı-Naxçıvan marşrutu üzrə reysləri bərpa olunub. xəbər verir ki, bununla bağlı AZAL məlumat yayıb. Bildirilib ki, uçuşlar hazırda cədvələ uyğun şəkildə icra edilir. Qeyd olunub ki, bölgədə hava şəraitinin sabitləşməsindən sonra reyslərin yerinə yetirilməs

13 iyun
.

Bu ərzaqların qiyməti qalxdı

Bu ilin may ayında Azərbaycanda ən çox meyvə bahalaşıb, tərəvəzlər isə ucuzlaşıb. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ay meyvələrin qiyməti əvvəlki ayla müqayisədə 1% artıb. Bununla yanaşı, mineral sular, sərinləşdirici içkilər və şirələr 0,8%, ət və ət məhsulları 0,5% bahalaşıb

14 iyun
.

Çimərliklərdə tullantı problemi: Sahillərdəki antisanitariya sağlamlığa necə təsir edir? - VİDEO

Paytaxt sakinlərinin və turistlərin yay mövsümündə ən çox üz tutduğu məkanlardan biri çimərliklərdir. Baku TV-nin məlumatına görə, bəzi sahillərdə müxtəlif məişət tullantılarına rast gəlinir ki, bu da xoşagəlməz mənzərə yaradır. Vətəndaşların sözlərinə görə, bəzi insanlar istirahətdən sonra tullantıların

14 iyun
.

Azərbaycan Qazaxıstan ilə maliyyə nəzarətində süni intellektin tətbiqini müzakirə edib

Azərbaycan Mərkəzi Bankı (AMB) Qazaxıstan Maliyyə Bazarının Tənzimlənməsi və İnkişafı Agentliyi (ARDFM) ilə maliyyə sektoruna nəzarət prosesində süni intellekt texnologiyalarının tətbiqi və qabaqcıl rəqəmsal həllərin istifadəsini müzakirə edib. "Report"un AMB-yə istinadən verdiyi xəbərə görə

13 iyun
.

Uşaqların sosial mediada nümayişi: Valideynlər nələrə diqqət etməlidirlər?

Valideynlərin övladlarının fotolarını, videolarını virtual məkanda nümayiş etdirmələri artıq adi hal alıb. Sadə bir sevincin bölüşülməsi kimi görünən bu paylaşımlar, əslində uşaqların ləyaqətinin qorunması, hüquqi məsuliyyət və kibertəhlükəsizlik kimi problemləri də özü ilə gətirir. Müasir rəqəmsal dövrü

13 iyun
.

Çimərlikdə bunları etmək qadağandır! - Nazirlikdən çağırış

Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, təəssüflə qeyd edilməlidir ki, bəzi vətəndaşlar tərəfindən su hövzələrində təhlükəsizlik qaydalarına əməl olunmaması sonda acı nəticələrə səbəb olur. "Qafqazinfo"nun məlumatına görə, qeyd olunanları nəzər

13 iyun
.

XƏBƏRDARLIQ! Yağış, şimşək, dolu... - SABAHIN HAVASI

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi səhər cənub-şərq küləyi il

13 iyun
.

Cari ildə tədris prosesində iştirak edən müəllimlərin sayı açıqlanıb

2025-2026-cı tədris ilində ölkənin ümumi təhsil müəssisələrində işləyən müəllimlərin sayı açıqlanıb. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Agentliyin verdiyi məlumata görə ümumi təhsil müəssisələrində132 min 178 nəfər müəllim işləyib

13 iyun