Atasız qalan aktyordan Fuad Poladovla bağlı ÜRƏKDAĞLAYAN SÖZLƏR: əlimi bərk-bərk sıxdı... - VİDEO

Atasız qalan aktyordan Fuad Poladovla bağlı ÜRƏKDAĞLAYAN SÖZLƏR: əlimi bərk-bərk sıxdı... - VİDEO"Xoşbəxtəm ki, o insanla Akademik Milli Dram Teatrında eyni səhnəni bölüşmək mənə nəsib olub".

Bu sözləri publika.az-a açıqlamasında Fuad Poladovun Akademik Milli Dram Teatrında sonuncu oynadığı "Müsyö İbrahim və Quran çiçəyi" tamaşasında tərəf müqabili olan Murad İsmayıl deyib.

O, ustadının ölümündən sarsıldığını bildirib:

"Biz bilirdik ki, o, ağır xəstəlikdən əziyyət çəkir, amma yenə də inanırdıq ki, Fuad bəy kimi güclü insan buna qalib gələcək və tezliklə sağalacaq. Aktyorun səsinin xəstəlikdən batdığını biləndə də şok keçirmişdik.

Xoşbəxtəm ki, o insanla Akademik Milli Dram Teatrında eyni səhnəni bölüşmək mənə nəsib olub. Böyük şəxsiyyət idi, ona həmişə ustadım demişəm. Ümumiyyətlə, aktyor kimi ondan çox şey öyrənmişəm. Sonuncu tamaşada bilirdik ki, Akademik Milli Dram Teatrından gedir. Mehriban xanımla danışmışdıq ki, tamaşa bitəndə biz kənara çəkilək, o, tək qalsın. Amma icazə vermədi, əlimi bərk-bərk sıxdı. O qədər qürurlu insan idi, teatrdan getmək istəməsə də, qalmağı özünə sığışdırmadı".

Aktyor F.Poladovla tez-tez telefonla danışdığını deyib: "Xəstəliyi və ağrıları ilə oynamağı, zarafat etməyi bacarırdı. Tanıdığım ideal aktyor idi. Məncə, aktyorlar atasız qaldı. Azərbaycan kino və teatrına bir də onun kimi dahi şəxsiyyət gələcəkmi? Bax, bu sual məni düşündürür... Allah ona rəhmət eləsin".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Mədəniyyət   Baxılıb: 2507   Tarix: 06 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sayı 100-dən artıq Gəncə bəy evləri – VİDEO

Gəncə bəylərinin evinin yaşı XVII əsrin əvvəllərinə təsadüf edir. XVII əsrin ortaları və XIX əsrin əvvəllərində xüsusi memarlıq üslubunda tikilən belə evlərin sayı daha da artıb. Buna səbəb XVII əsrdən başlayaraq Gəncədə yaşayan və əsasən ticarətlə məşğul olan insanların digər ölkələrlə ticarət əlaqələr

12 sentyabr 2021
.

Vaqif Gərayzadədən ÜZÜCÜ XƏBƏR

Bəstəkar Vaqif Gərayzadə koronavirusa yoluxub. xəbər verir ki, bəstəkar ev şəraitində müalicə olur. V.Gərayzadənin səhhətində ciddi bir şey yoxdur, vəziyyəti yaxşıdır

27 avqust 2021
.

Muzasız mümkün deyil: Məşhur yazıçıların "ilham pərisi" kim olub?

Yaradıcı adamların həyatında "ilham pərisi"nin xüsusi əhəmiyyəti var. Kiminin düşüncəsində bu, elə doğrudan da, gözəgörünməz, ilahi bir varlıq, kimi üçünsə də adi, sıradan bir insandır - yaradıcı adama sevgi verən, ruh verən bir insan. Yaratdığı həyəcandan yaradıcı qələmini hərəkətə gətirə

31 iyul 2021
.

Rusiya və Türkiyə nümayəndələri Şahbulaq qalasında

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə işğaldan azad edilmiş Ağdam rayonuna səfər edən Türkiyə və Rusiya nümayəndə heyətləri Şahbulaq qalasında olublar.  xəbər verir ki, qonaqlara Şahbulaq qalası haqqında məlumat verilib. Bildirilib ki, XVII əsrə aid bu qala Qarabağ ərazisindək

27 iyun 2021
.

Beşinci əsrə aid qədim Qum məbədi necə qorunur? – VİDEO

Azərbaycanın hər daşında bir tarix var. Qaxda yerləşən Qum məbədi də tariximiz üçün ən dəyərli abidələrdən hesab olunur. Bu tikili qədim albanların şimal-qərb bölgəsindəki dini məbədlərinin mərkəzi kimi bilinir. Ancaq, Baku TV-nin qaynar xəttinə məbəddə mühafizəçinin olmadığı, məbədin həyətində hasarı

18 iyul 2021
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevin fərman

18 sentyabr 2021
.

Alim Qasımov nəvəsi üçün qonaqlıq verdi - VİDEO

Xalq artisti Alim Qasımovun ailəsi ilə birlikdə yollandığı şam yeməyindən görüntülər yayılıb. xəbər verir ki, xanəndə nəvəsinin ad günü və universitetə daxil olmasını qeyd edib. Gecədə mahnılar səsləndirən ifaçıya qızı, Əməkdar artist Fərqanə Qasımova, nəvələri də qoşulublar

19 iyun 2021
.

Qaxın möhtəşəm Kürmük məbədi - VİDEO

Erkən orta əsrə aid qədim Alban məbədinin izlərini daşıyan Qax rayonundakı Kürmük məbədi müxtəlif dinlərdən olan minlərlə insanın axışdığı ibadətgah yeridir. Bu məbəd xristianlıq və İslam dininin qəbulundan sonra belə yerli əhalinin qədim inanclar sistemini yaddaşlarda saxladığını göstərir. Arxeoloj

26 avqust 2021
.

"Bizim Cəbiş müəllim"in Makedonu - Tanya ilə öpüş səhnəsində qəsdən səhvə yol verən kababçı Aqil

1969-cu ildə "Azərbaycanfilm" kinostudiyasında istehsal olunmuş "Bizim Cəbiş müəllim" Azərbaycan kino sənətinin incilərindəndir. Filmin ekrana çıxmasından illər ötsə də, bu gün də ona sevə-sevə baxılır və Azərbaycan tamaşaçısı heç vaxt "yoruldum" demir. Hərbi kinopovestdək

22 avqust 2021