Ən varlı ərəb şahzadəsinin QIZIL HƏRİSLİYİ: zinət əşyalarına xərclənən MİLYONLAR - FOTO

Ən varlı ərəb şahzadəsinin QIZIL HƏRİSLİYİ: zinət əşyalarına xərclənən MİLYONLAR - FOTOQətərin keçmiş əmirinin həyat yoldaşı və dünyanın ən varlı "ərəb şahzadəsi" kimi tanınan Şeyxa Mozanın 7 milyard dollardan artıq sərvəti və çoxlu sayda bahalı zinət əşayaları kolleksiyasının olduğu bildirilir.

Publika.az bu yazıda modapərəst oxucuları Şeyxa Mozanın bahalı zinət əşyaları kolleksiyası ilə tanış edib.

Şeyxa Moza Qətərın dövlət işlərində iştirak edir və öz ölkəsini dünyanın nüfuzlu tədbirlərində təmsil edir. Şeyx Moza nəinki ictimaiyyət qarşısına hicabsız çıxır, eyni zamanda Şərqin ən yaxşı geyinən qadınlarından biri sayılır və gözəl üslubu ilə hər kəsi heyran qoyur.

İnanmaq çətindir, amma, bu xanım ərinə yeddi uşaq bəxş edib. Buna baxmayaraq, Moza gözəl bədən quruluşunu saxlayıb və əvvəlki kimi qədd-qamətli qalıb. O, artıq neçə illərdir ki, stil ikonası adının ən layiqli münayəndənlərindən biridir. Moza ərəb dünyasının stereotiplərini qırmaqla özündə Şərq və Avropa dəb ənənələrini birləşdirən fərdi üslubunu yaradıb.

Hərçənd ki, Moza özünə istənilən sayda bəzək əşyaları taxmağı rəva görə bilər, amma o, minimumla kifayətlənir. Onun üzərində adətən, bir və ya iki zinət əşyası görmək olar. Zərif zinət əşyaları ərəb şahzadəsinin obrazını ideal tamamlayır.

Bəzək əşyaları

"Bvlgari" zərgərlik evinin "Serpentine" kolleksiyasından məşhur kəmər-boyunbağı

Şeyxa Moza "Bvlgari" zərgərlik evinin "Serpentine" kolleksiyasından məşhur kəmər-boyunbağını çətinliklə əldə edib. Bu bəzək əşyası əvvəllər "Vogue" dəb jurnalının keçmiş redaktoru Diana Vrilanda məxsus idi. O, illər əvvəl mağazada nümayişə çıxarılıb, amma satış üçün deyildi. Moza boyunbağını əldə etmək üçün mağazanın sahibini çox uzun müddət dilə tutmalı olub və nəhayət, işadamını razı sala bilib.

Şərq ənənəsinə uyğun olaraq Mozanın başı həmişə örtülüdür. O, daha çox çalma və əmmamələrə üstünlük verir, onsuz Şeyx Moza demək olar, heç vaxt heç yerdə görünmür. Maddi baxımdan korluq çəkməyən Moza Avropanın ən bahalı geyim brendlərini seçir və onları artıq "vizit kartı"na çevrilmiş çalma və lüks eksklüziv zərgərlik əşyaları ilə uyğunlaşdırır.

Moza əmmamələrini qiymətli sancaqlarla bəzəməyi sevir. Bu şəkildə ağ qızıl, brilyant, bozumtul kvarsdan olan broşu "Cartier"dəndir.

Sırğalar

"David Webb" dan olan sırğalar brilyantlar, qara qızıl və platindən hazırlanıb. Sırğa ar-deko üslubunda hazırlanıb, lakin yaranma tarixi 1974-cü ilə aiddir.

Üzük

Yaxa sancaqları

Boyunbağı

Rəsmi tədbirlər üçün o, daha çox mirvari seçir. Bu, tək sap, həm də çoxqatlı, son dərəcə gözəl və nadir mirvari boyunbağılar ola bilər.

Mozanın zinət əşyaları kolleksiyasının qiymətini isə sadəcə təxmin etmək olar. O, xüsusilə "Сartier" brendinin zərgərlik nümunələrini çox sevir və onlara heç vaxt pul əsirgəmir. Belə ki, 1998-ci ildə zərgərlik evi 150 illik yubileyi ilə bağlı nadir platin boyunbağı - "Eternity" satışa çıxarıb. Bu zinət əşyasının hazırlanmasına çəkisi 205 və 206 karatlıq olan iki çox böyük fantastik zümrüd, eləcə də xırda zümrüdlər və çoxlu brilyant daşlar sərf olunub.

2010-ci ildə Şeyxa Moza ictimaiyyət qarşısına bu boyunbağıda çıxmışdı. Yalnız onun xahişi ilə zinət əşyasının dizaynı dəyişdirilib, kiçik brilyant və zümrüdlər çıxarılıb, iri zümrüdü isə iri brilyantlarla əvəzləyiblər. Şərqin ən gözəl geyinən xanımı haqqında danışdığımız "Eternity Cartier" zinət əşyasını 2010-cu ildə London səfəri zamanı taxıb.

Şeyxa Moza həm də "Cartier"in iki boyunbağı, sırğa və bilərziyin daxil olduğu "Pantera" kolleksiyasının sahibidir. Onlar ağ qızıl, brilyant, oniks və zümrüdlər istifadə etməklə yerinə yetirilib.

Bu kolleksiyanın ən bahalı və məşhur elementi Mozanın 2010-ci ildə Londonda "Sothebys" hərracında aldığı qolbaqdır. Bundan əvvəl qolbağın sahibi sevgilisi naminə taxt-tacdan imtina edən VIII Eduardın həyat yoldaşı Uollis Simpson idi. Hərracda qolbaq üçün Moza fantastik məbləğ (onda qolbağın dəyəri 7 milyon dollar idi) xərcləməyə məcbur olub.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1761   Tarix: 14 may 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Qəbirdən çıxanı gördü, videonu titrəyərək çəkdi - VİDEO

ABŞ sakini tərəfindən çəkilən qorxunc kadrlar hər kəsi heyrətə salıb. -a istinadən xəbər verir ki, qəbiristanlıqdan çıxan saçları çəkən Coel Morrison saçların niyə çıxdığına təəccüblənib və səlahiyyətlilərdən məsələyə baxılmasını istəyib. Qəbirstanlıqda yaxınını ziyarət edən Morrison qəbirdən çıxan saçların

17 sentyabr 2021
.

Rusiyada dəhşət: Məişət münaqişəsi polis şöbəsinə hücum və kütləvi qətllə nəticələndi - FOTO

Rusiyada Voronej vilayətinin Liski şəhərində polis bölməsinə silahlı hücum edilib. Belə ki, naməlum şəxs oxunmayan nömrələri olan "Niva" ilə şöbəyə gəlib, daha sonra avtomatdan atəş açaraq içəri daxil olub və növbətçi bölməni ev şəraitində hazırlanmış bomba ilə partlatmağa çalışıb. Müşahid

16 sentyabr 2021
.

Üç ay əvvəl itkin düşmüşdü - Cəsədi tapıldı

Rusiyanın Oryol bölgəsində üç ay əvvəl itkin düşən 9 yaşlı qızın cəsədi tapılıb. Unikal.org-a istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsi məlumat yayıb. Bildirilib ki, Viktoriya adlı azyaşlının cəsədi çoxmərtəbəli binanın zirzəmisində aşkar edilib. Müstəntiqlər hadis

15 sentyabr 2021
.

Daha bir ölkədə iş yerində COVID-19 pasportu vacib oldu

İtaliyada oktyabrın 15-dən etibarən bütün sakinlər yalnız COVID-19 pasportunun olduğu halda işləyə biləcəklər. Belə bir sənədi ya COVID-19 əleyhinə peyvənd vurdurmaqla, ya yaxın günlərdə koronavirusdan sağalmanı təsdiqləyən sənədlə, ya da testin mənfi cavabı ilə əldə etmək mümkündür. Beləliklə, oktyabrı

17 sentyabr 2021
.

Eyvanda durub arbaletlə atəş açdı: Qurbanlar var - VİDEO

Niderlandın Almelo şəhərində bıçaqlı hücum baş verib. Hadisə nəticəsində iki nəfər ölüb, daha iki nəfər yaralanıb. Bundan başqa eyvanda bir kişinin arbaletdən atəş açdığı barədə kadrlar yayılıb. Polis həmin şəxsə atəş açmaq məcburiyyətində qalıb. Nəticədə o, yaralanıb. Hazırda şübhəli saxlanılıb. Həl

18 sentyabr 2021
.

İnsanları aldadaraq pul yığan şəxs saxlanıldı - 171 manatı ƏLİNDƏN ALINDI

Türkiyə bələdiyyə polisi evinin yandığını deyərək dilənən dilənçini saxlayıb və yığdığı pulu əlindən alıb. "Haber Globa"a istinadən xəbər verir ki, həmin şəxs insanların duyğularından istifadə edərək onlara işləyə bilmədiyini,. evinin yandığını deyib və bu yolla onlardan pul alıb. O insanlar

17 sentyabr 2021
.

Bu ölkədə iki yaşdan yuxarı uşaqların vaksinasiyasına başlanıldı

Kubada 2-10 yaş arasında olan uşaqların vaksinasiyasına başlanılıb. Hazırda Kubada yerli istehsal olan "Abdala" və "Soberana" adlı iki peyvənd var. Hər iki peyvəndin üç dəfə vurulması tələb olunur. Ötən həftə isə hökumət 11-18 yaş arası kubalıların peyvəndləmə prosesinə başlayıb

17 sentyabr 2021
.

Rusiyalı uşaq Türkiyədə VALİDEYNLƏRİNİN GÖZÜ QARŞISINDA qəfildən öldü

Valideynləri ilə Türkiyəyə tətilə gedən 4 yaşlı Rusiya vətəndaşı anidən dünyasını dəyişib. APA-ya istinadən xəbər verir ki, azyaşlı valideynlərinin yanında qəflətən özünü pis hiss edib. Həkimə müraciət etsələr də, uşağın həyatını xilas etmək mümkün olmayıb. Onun hansı səbəbdən öldüyü hələlik dəqiqləşdirilməyib

16 sentyabr 2021
.

18 yaşlı tennisçinin geyimi sosial şəbəkələrdə ajiotaj yaratdı - FOTO

"US Open"in qalibi olan britaniyalı tennisçi Emma Radukanunun Açıq Çempionatda geyindiyi idman komplekti böyük ajiotaja səbəb olub. "Böyük Dəbilqə" turinirinin 18 yaşlı çempionu, "Nike" firmasının dar topunda və yubka-şortda korta çıxıb. Məlumata görə, elə həmin günü şirkəti

15 sentyabr 2021