AMEA prezidenti: "Alimlərimizin aylıq məvacibləri yüksək olmalıdır"

AMEA prezidenti: "Alimlərimizin aylıq məvacibləri yüksək olmalıdır""Alimlərimizin aylıq məvacibləri yüksək olmalıdır".

Sonxeber.az-ın "Report"a istinadən verdiyi məlumata görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə "Xalq qəzeti"nə müsahibəsində deyib.

O bildirib ki, akademiyaya rəhbərlik etməyə başladığı ilk günlərindən büdcə hesabına maaş artımına, investisiyaya arxayın olmağın bir o qədər doğru olmadığını əsas götürüb: "Dövlət onsuz da himayə edir, diqqət göstərir. Amma akademiya özü əlavə maliyyə qazanmağa çalışmalıdır. Baxın, Qərbdə, Amerikada bütün akademiyalar, demək olar ki, büdcədən yalnız 40 faiz maliyyələşir, qalan 60 faizini mütləq bizneslə əlaqəli işlərlə, elmi tədqiqatlar, müxtəlif mövzular üzrə sifarişlərin icrası yolu ilə əldə edirlər. Ümid edirəm ki, Azərbaycan biznesi də yaxın zamanlarda üzünü elmə tərəf çevirəcək".

AMEA prezidenti Azərbaycanda aparılan geoloji tədqiqatlara da toxunub. A.Əlizadə vurğulayıb ki, alimlər 5-8 km dərinliyə qədər geoloji quruluşu artıq tam təsəvvür edirlər: "İndi başlıca vəzifə, ilk növbədə, Azərbaycanın dərinlik geoloji quruluşunu öyrənmək, sonra ölkə ərazisindən kənarda müqayisəli tədqiqatlar aparıb geologiya elmini Qafqaz regionu istiqamətinə yönəldərək bu ərazinin geologiyasının inkişafına töhvələrimizi verməkdir. Üçüncü istiqamət Xəzər dənizinin öyrənilməsidir. Xəzər bu gün geoloqların böyük tədqiqat arzusu olan istiqamətdir. Dəniz təkinin geologiyası, neft-qaz yataqlarının inkişafı, onların quruluşu, sistemləşdirilməsi, axtarışı, kəşfi kimi məsələlər olduqca aktualdır. Əvvəlki dövrlərdən fərqli olaraq indi geoloqlarımız digər sahələrdəki həmkarları ilə - bioloqlarla, botaniklərlə, zooloqlarla təmasda işləyəcəklər. Yalnız bu halda alimlərimiz mühüm nəticələr əldə edə biləcəklər".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 541   Tarix: 15 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İcra başçısının qəbuluna gələn fermer niyə cəzalandırıldı? - RƏSMİ AÇIQLAMA + FOTO

İmişli rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayevin Muradxanlı kəndində keçirilən qəbulundan sonra iştirakçılardan (yerli sakin - red.) biri saxlanılıb. Qəbulda iştirak etmiş 1961-ci il təvəllüdlü fermer İmişli rayon Su kanal İdarəsinin direktoru Dəyanət Kazımovun onu hədələdiyini iddia edib. Ferme

3 may
.

Altı gündür axtarışda olan Nigar tapıldı: "Anamın telefonunu qırıb, suya atdım" - VİDEO

Tərtərdə itkin düşən və altı gündür axtarışda olan Nigar tapılıb. Bu barədə Xəzər TV-də yayımlanan "Təsir dairəsi" verilişində məlumat verilib. Nigar barəsində yayılan iddialar barədə danışıb. O bildirib ki, evdən qaçaraq Tərtərdən Bərdəyə getmək istəyib:. "Anamın telefonunu qırıb, suy

3 may
.

Rütbəsindən asılı olmayaraq bütün polis və hərbçilərin maaşı 2 dəfə ARTIRILSIN - TƏKLİF

Azərbaycan Silahlı Qüvvələrində xidmət edən hərbçilərin maaşları təkcə rütbəyə görə deyil, həm də staj, təzminat, sinif, vəzifə və sosial-ailə vəziyyəti kimi müxtəlif amillərdən asılı olaraq dəyişir. Hərbi xidmət müəyyən bir yaşdan sonra həqiqətən çətin vəzifədir. Verilən vəzifələr və döyüş tapşırıqlarını

3 may
.

Aparıcı Turan Məmmədli ana oldu - FOTO

Baku TV-nin aparıcısı Turan Məmmədli ana olub. xəbər verir ki, o, bu barədə özü məlumat yayıb. Aparıcı bildirib ki, qızı Sofiya dünyaya gəlib:. "Xoş gəldin bu dünyaya, may gülüm Sofiya Cəfərova". Qeyd edək ki, Turan futbolçu Ruslan Cəfərov ilə evlidir

3 may
.

Yasamalda azyaşlı azdı, polis hərəkətə keçdi

Bu gün səhər saatlarında azyaşlının valideynlərdən xəbərsiz evlərindən çıxması, azaraq başqa ünvana getməsi ilə bağlı sosial şəbəkədə videogörüntü yayımlanıb. Qeyd olunub ki, uşaq yataq paltarında məhəllə sakinlərinin diqqətini çəkib və onun valideynləri axtarılır. Hadisə ilə bağlı Daxili İşlər Nazirliyin

3 may
.

Mayın ilk bazar günü hava necə olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında mayın 5-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, əsasən səhər və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim cənub küləyi gecəyə doğru arabir güclənən şimal-qər

4 may
.

Azərbaycanda zəlzələ olub

Tovuzda zəlzələ olub. Bu barədə AMEA-nın nəzdindəki Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib. Zəlzələnin gücü 3,1 bal, dərinliyi isə 8 kilometr olub. Seysmik təkanlar yerli vaxtla 13:46-da qeydə alınıb

4 may
.

COP29 zamanı fəaliyyət göstərəcək dövlət və özəl xəstəxanaların ilkin siyahısı müəyyənləşib

COP29 zamanı tibbi xidmətin təminatçısı qismində cəlb olunacaq dövlət və özəl tibb müəssisələrinin ilkin siyahısı müəyyənləşib. "Report" xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29

4 may
.

Azərbaycanda vəzifəli şəxs vəfat edib

"Suraxanı" gəmi-muzeyinin ilk kapitanı vəfat edib. -a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bildirilib ki, Qasım Alacov bu gün vəfat edib. Qasım Alacov 18 iyul 1959-cu ildə Füzuli rayonunun Horadiz kəndində anadan olub. O, 1980-ci ildən üzən heyətin sıraların

3 may