Bakıda yumurtanı KİLO İLƏ SATIRLAR – KİLOSU GÖRÜN NEÇƏYƏDİR

Bakıda yumurtanı KİLO İLƏ SATIRLAR – KİLOSU GÖRÜN NEÇƏYƏDİRBakıda bəzi mağazalarda yumurtanın kiloqramla satışına başlanılıb.

Bu barədə oxucular bildiriblər. Vurğulanıb ki, yumurtanın kiloqramını 2,89 AZN-ə satışa çıxarılıb. Bununla da, yumurtanın ədədi 0,19 AZN təşkil edir.

Mütəxəssislərin fikrincə isə yumurtanın kiloqramla satışı onun qiymətinin artımı ilə nəticələnə bilər. Millət vəkili, Parlamentin İqtisadi Siyasət Komitəsinin üzvü Vahid Əhmədov BAKU.WS-ə açıqlamasında bildirib ki, yumurtanın kiloqramla satışına başlanılması alıcıların xəbəri olmadan qiyməti artırmağa xidmət edə bilər. Onun sözlərinə görə, məhsulun kiloqramla satılması yumurtanın qiymətinin artımını dərhal biruzə verməyəcək.

"Azərbaycanda yumurta həmişə ədədlə satılıb. Heç vaxt kiloqramla yumurta satılmayıb. Hazırda bu məhsulun kiloqramla satışına başlanılması sual doğuran məsələlərdəndir. Çünki yumurtanın ədədlə satışı zamanı onun qiymətinin artımını dərhal görmək olur. Lakin kiloqramla satılan zaman qiyməti birdən müəyyən etmək çox çətin olur. Bəzi işbazlar bundan istifadə edərək yumurtanın kiloqramının qiymətini qaldıra bilərlər", - deyə Vahid Əhmədov bildirib.

İqtisadçı ekspert Rəşad Həsənov isə açıqlamasında bildirib ki, istehlak bazarında yumurtanın satışı ilə bağlı fərqli məqamlar var:

"Yumurta ölçülərinə görə kəskin fərqlənən əmtəə növü sayılır. Bəzi hallarda pərakəndə satışla məşğul olan sahibkarlar bundan məharətlə fərqlənərək daha çox pul qazanmağa çalışırlar. Daha kiçik ölçülü yumurtalar baha qiymətə satılır. Əslində yumurtanın kiloqramla satışının təşkil edilməsi yaranmış ziddiyətin aradan qaldırılmasına səbəb ola bilər", - deyə ekspert bildirib.

Rəşad Həsənov deyir ki, əsas diqqət cəlb edən məqam yumurtanın çəki ilə satışı zamanı onun qiyməti olmalıdır: "Məhsula bazara uyğun olmayan qiymətlərin qoyulması uğursuzluqla nəticələnə bilər. Çünki hazırda insanlar seçim imkanına malikdirlər. Belə olan halda istehlakçını aldatmağa çalışa bilərlər".//bakuws


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 7565   Tarix: 15 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Daha bir alim Ali Attestasiya Komissiyasına qarşı

Fəlsəfə üzrə elmlər doktoru, dosent Aydın Əlizadə Ali Attestasiya Komissiyası arasında məhkəmə çəkişməsi gedir. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, iş hazırda Ali Məhkəmədədir. Aydın Əlizadə məhkəmə çəkişməsində iddiaçı qismində çıxış edir. Birinci məhkəmə instansiyası onun iddiasını təmnin etməyib

26 aprel
.

DİQQƏT: Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI

Havaların qızmasına baxmayaraq, son zamanlarda uşaqlar arasında yeni virus yayılıb. Bu virus özünü yüksək hərarət, səpkilərlə biruzə verir. Bəziləri isə bu virusun rozeola xəstəliyi olduğunu iddia edir. Maraqlıdır, görəsən, uşaqlar arasında yayılan bu viruslar hansılardır?. Məsələ ilə bağlı pediatr Elşə

25 aprel
.

Qubada qəzalı durumda olan elektrik dirəkləri nə zaman yenilənəcək? - RƏSMİ AÇIQLAMA + VİDEO

Quba rayonunun Dalıqaya kəndində elektrik xətləri və dirəkləri qəzalı vəziyyətdədir. Bu barədə Bizim.media-ya kənd sakini Ramin İsmixanov məlumat verib. Bildirib ki, elektrik dirəkləri qəzalı və istifadəyə yararsızdır. Elektrik dirəklərindən biri də onun həyətində yerləşir. Külək olan kimi təhlükəl

25 aprel
.

Polisin "saxla" əmrinə tabe olmadı, hadisə yerindən qaçdı - VİDEO

Bakıda magistral yolda motosiklet sürücüsü Yol Patrul Xidmətinin "saxla" əmrinə tabe olmayıb. Bu barədə görüntülər sosial şəbəkədə yayılıb. Görüntülərdə YPX maşını motosiklet sürücüsünü saxlamağa cəhd etsə də sonuncunun hadisə yerindən qaçması öz əksini tapıb. Hadisə "Koroğlu" körpüsünü

26 aprel
.

Sabah 32 dərəcə isti olacaq

Aprelin 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-1

26 aprel
.

Elmira Süleymanovanın dəfn olunacağı yer BİLİNDİ - YENİLƏNİR

Bu gün vəfat edən Azərbaycanın ilk Ombudsmanı Elmira Süleymanovanın dəfn olunacağı yer bilinib. xəbər verir ki, E.Süleymanova İkinci Fəxri xiyabanda dəfn olunacaq. 14:27. Bu gün vəfat edən Azərbaycanın ilk Ombudsmanı Elmira Süleymanova ilə vida mərasimi keçirilir. xəbər verir ki, mərasim Təzəpir məscidind

25 aprel
.

"Avropa Parlamentinin qəbul etdiyi qətnamə yalan üzərində qurulmuş ağlaşmadır" - DEPUTAT

"Avropa Parlamentinin Azərbaycanda vətəndaş cəmiyyəti və insan hüquqları məsələsinə dair obyektivlikdən uzaq qətnamə qəbul etməsini ölkəmizə qarşı qərəzin növbəti nümayişidir". Bunu -a danışan deputat Azər Badamov bildirib. Deputat qeyd edib ki, Avropa Parlamentinin Azərbaycana qarşı qətnamələri

26 aprel
.

Övladlarını məktəbə göndərməyən valideynləri hansı cəza gözləyir?

Azərbaycan Respublikasının Konstitusiyasına görə, hər bir Azərbaycan vətəndaşının təhsil almaq hüququ var. Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. Ölkəmizdə I və IX siniflərdə təhsil almaq məcburi olsa da, bəzən təhsildən yayınan və ya yayındırılan şagirdlərə rast gəlinir. Bəzə

26 aprel
.

Elmira Süleymanova dəfn olundu

Azərbaycanın İnsan Hüquqları üzrə sabiq müvəkkili (Ombudsman) Elmira Süleymanova dəfn edilib. xəbər verir ki, mərhumun nəşi II Fəxri xiyabanda torpağa tapşırılıb

25 aprel