İşdən çıxarılan Əli Həsənovdan barəsində yayılan xəbərlərə münasibət
Baş nazirin müavini Əli Həsənov mətbuatda barəsində yayılan xəbərlərə münasibət bildirib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən Sonxeber.az-a verilən məlumata görə, "Yeni Müsavat" qəzetinin 16 may tarixli sayında dərc olunan "Əli Həsənov qaçqınları xələfinin üstünə qaldırdı" başlıqlı yazı ilə əlaqədar mövqeyini açıqlayan Ə.Həsənov deyib ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində adətən hər ayın 15-i qəbul günüdür.
O vurğulayıb ki, Dövlət Komitəsi məcburi köçkün soydaşlarımızın rəsmi müraciət yeri olduğu üçün həmin günlərdə iştirakçıların çox sayda olması normal haldır və bu proses 20 ildən artıq bir müddətdə mütəmadi davam edib: "Görünür qəzetin müxbiri yalnız 20 ildən sonra komitənin qəbul günləri ilə maraqlanmağa başlayıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Nazirlər Kabinetinin yeni tərkibini formalaşdırarkən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə yeni sədr təyin edib və hamı kimi mən də bu təyinatı çox uğurlu sayaraq ona hörmətlə yanaşıram. Yeni sədrə bildirmişəm ki, nə vaxt mənim məsləhətimə və yardımıma ehtiyacı olsa, hər zaman ona kömək etməyə hazıram.
O ki qaldı "Yeni Müsavat"da yazılan "köçkünlərin "Qaçqınkom"un qarşısına toplaşmasının təşkil edildiyi" iddiasına, qəzetin özünün də "bu iddiaların nə dərəcədə doğru olmasına" şübhə ilə yanaşdığı kimi, tam məsuliyyətlə və qətiyyətlə bildirirəm ki, bütün bunlar həqiqətən də reallıqdan uzaq olan uydurmalardır".
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 6779 Tarix: 16 may 2018
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş
Putinin Pezeşkianla görüşü başlayıb
Rusiya və İran prezidentləri Vladimir Putin və Məsud Pezeşkian arasında görüş başlayıb. Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verib. Məlumata görə, Rusiya Prezidenti Vladimir Putinlə görüş zamanı bildirib ki, İran və Rusiya arasında hərtərəfli strateji əməkdaşlıq sazişini
17 yanvarXİN ABŞ-yə başsağlığı verdi
Azərbaycan Xarici İşlər Nazirliyi Kaliforniyada meşə yanğınlarında həlak olanlarla bağlı ABŞ hökümətinə və xalqına başsağlığı verib. xəbər verir ki, bu barədə XİN-in "X" hesabında paylaşım edilib. "ABŞ-nin Kaliforniya ştatında meşə yanğınlarının törətdiyi geniş dağıntılar bizi dərində
11 yanvarPrezident İlham Əliyev Kayrat Sarıbayı qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 15-də Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin baş katibi Kayrat Sarıbayı qəbul edib. bildirir ki, bu barədə xəbər verir
15 yanvarPrezident İlham Əliyev Davosda latviyalı həmkarı ilə görüşüb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda qarşı tərəfin müraciəti əsasında Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçs ilə görüşüb. AZƏRTAC-a istinadən xəbər verir ki, Edqars Rinkeviçs dövlətimizin başçısı ilə bundan əvvəlki görüşlərini məmnunluqla xatırlayıb
21 yanvarİlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanlayıb. -a istinadən bildirir ki, məktubda deyilir:. "Hörmətli cənab Prezident, əziz Qardaşım. Bolu vilayətinin Kartalkaya dağ-xizək mərkəzinin hotelində baş vermiş yanğın nəticəsind
21 yanvarPrezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 18-də Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidanı qəbul edib. AZƏRTAC-a istinadən xəbər verir ki, Hakan Fidan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırıb. Prezident İlham Əliyev salamlar
18 yanvarİlham Əliyev Əbu-Dabi Dayanıqlılıq Həftəsinin açılış mərasimində iştirak edib
Yanvarın 14-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılışı və Zayed Dayanıqlılıq Mükafatının təqdimat mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib. 10:35. Yanvarın 14-də Birləşmiş Ərə
14 yanvar