"Bu gün Rusiya və Ermənistan arasındakı münasibətlər geridönüşü olmayan neqativ məcraya daxil olub" - AÇIQLAMA
"Ermənistan və Rusiya müttəfiqdirlər, ölkələr arasında ciddi ikitərəfli müqavilələr mövcuddur"- bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzоyan Moskvada rusiyalı həmkarı Sergey Lavrovla birgə mətbuat konfransında bildirib.
"Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlüyə gəlincə, Rusiya ilə aramızda çox ciddi, güclü ikitərəfli müqavilələr var. Biz müttəfiqik", - A.Mirzоyan qeyd edib.
O, Rusiya ilə İran arasında strateji tərəfdaşlıq haqqında müqavilə və onun Ermənistan-İran sərhədinin təhlükəsizliyinə təsiri barədə də danışıb:
"Ermənistan və İran arasındakı sərhəd həmişə çox sakit olub. Orada heç vaxt heç bir problem olmayıb. O, sakit olub və sakit qalacaq".
Bəs görəsən Rusiya və Ermənistan arasında münasibətlərin tez-tez dəyişməsinin səbəbi nədir?
Mövzu ilə bağlı politoloq Tural İsmayılov Sonxeber.az - a açıqlama verib:
"Mən hesab edirəm ki, bu gün Rusiya və Ermənistan arasındakı münasibətlər geridönüşü olmayan neqativ məcraya daxil olub. Düzdür, bu gün Ermənistan Xarici İşlər Naziri Moskvaya səfər edərək öz hakimiyyətlərinin dişsiz və müstəqil olmadıqlarını nümayiş etdirir. Bu, bizim üçün ilk dəfə görülən hadisə deyil. Amma fakt odur ki, bu gün sorosçular Ermənistanda at oynadır. Onların orda mövcudluğu fonunda heç zaman yüksələn xətlə inkişaf edən Rusiya və Ermənistan münasibətlərindən söhbət gedə bilməz. Rusiya tərəfi də onları Moskvaya dəvət edəndə çox yaxşı bilir ki, bu günki Ermənistan hakimiyyəti tamamilə xəyanət bucağının içində boğulur. Bu gün hər hansı formada Ermənistan rəsmilərinin açıqlamalarına güvənmək olmaz. Bu,sadəcə olaraq növbəti manipulyasiya cəhdləridir. Bu gün Ermənistan Xarici İşlər Naziri Rusiyaya səfər edərək, Antoni Blinken ilə imzaladıqları "strateji müttəfiqlik" haqqında xartiyanı onlara izah etməyə çalışır. Rusiya Ermənistanın Amerika ilə imzaladığı xartiya çərçivəsində Amerikanın sərhəd mühafizə dəstələrinin Ermənistana gəlməsini özü üçün ciddi təhdid hesab edir. Buna görə də Ermənistan XİN bu gün yalandan belə bir açıqlama verir. Rusiyadan ciddi iqtisadi asılılıqları mövcuddur. Buna görə, də onlar Rusiya ilə saxta müttəfiqlik bəyənnatları verirlər".
Çiçək Sadatova
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Üzümün faydaları nələrdir və kimlər onu çox yeməməlidir?
Telefonunuzun ekranında "n" hərfi görünür? - Çoxlarının bilmədiyi funksiya
"Laser Beauty CLINIC"də "estetik kosmetoloq" kimi fəaliyyət göstərən Ramilə Əlizadə ilə bağlı iddialar
Jurnalist Əvəz Zeynallının dəfn yeri bilindi
Paltaryuyana 1 qaşıq əlavə edin: Yuyucu vasitə xərcini yarıbayarı azaldır
Bu ərazidə su olmayacaq - Xəbərdarlıq
Prezident bəzi şəxslərə xüsusi və ali hərbi rütbələr verdi - SİYAHI
Sabiq nazir qardaşı oğlunu vəzifədən azad etdi
Bakının bu qəsəbəsi YENİLƏNİR: Göl ətrafında bulvar salınır - VİDEO
Avtomobilinizin təkərinə plastik butulka ilişibsə əsla düşməyin
10 milyonluq əməliyyatın nəticəsi - Ebru Gündeşin son halı gündəm oldu
Səhrada tapılan daş 5,3 milyon dollara satıldı
SON DƏQİQƏ: Kiyev yaxınlığında azərbaycanlıların olduğu bazara DRON HÜCUMU: Ölən və yaralananlar var
Sabunun məişətdə 10 faydalı istifadə üsulu
Azərbaycanda zavodda YANĞIN: Bir neçə rayondan yanğınsöndürənlər çağırıldı