Məmmədyarov yeni müavinindən daha az xarici dil bilir

Məmmədyarov yeni müavinindən daha az xarici dil bilirLəğv olunmuş Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin keçmiş sədri Ramiz Həsənov xarici işlər nazirinin müavini vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi 20 aprel 2018-ci ildə Azərbaycan prezidentinin fərmanı ilə ləğv edilib.

Yeni nazir müavini Ramiz Həsənov diplomatiya sahəsinə yad deyil. Gürcüstan doğumlu 57 yaşlı Ramiz Həsənov 1978-1983-cü illərdə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda təhsil alıb.

1983-cü ildən 1990-cı ilədək SSRİ Xarici Ticarət Nazirliyində işləyib.

1990-1992-ci illərdə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Xarici İqtisadi Əlaqələr Komissiyasında (1992-ci ildən Komitə) əmək fəaliyyətini davam etdirib.

1993-1997-ci illərdə Azərbaycan Respublikasının Xarici İqtisadi Əlaqələr Nazirliyində çalışıb.

1997-2004-cü illər ərzində Azərbaycan Respublikasının "Azərkontrakt" ASC Sədrinin 1-ci müavini vəzifəsində işləyib.

2004-2005-ci illərdə Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri olub.

2005-2018-ci illərdə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri vəzifəsində çalışıb.

Bununla da xarici işlər naziri Elmar Məmmədyarovun müavinlərinin sayı 6-ya çatıb. İndiyədək onun 5 müavini var idi: Araz Əzimov, Xələf Xələfov, Mahmud Məmmədquliyev, Hafiz Paşayev və Nadir Hüseynov

Beləliklə də, bu təyinatdan sonra xarici işlər naziri Elmar Məmmədyarov müavinlərin sayına görə yalnız fövqəladə hallar naziri Kəmaləddin Heydərovdan geri qalacaq. Belə ki, cənab Heydərovun hazırda 7 müavini var.

Maraqlıdır, bəs hazırda Xarici İşlər Nazirliyinin rəhbərliyindəki rəsmi şəxslərdən kim daha çox əcnəbi dil bilir. Modern.az saytı nazirliyinin rəmi məlumatları əsaslnda bunu araşdırıb.

Məlum olub ki, Elmar Məmmədyarov 3 xarici dil - ingilis, rus və türk dillərini bilir.

Nazir müavini Araz Əzimovun bildiyi 4 xarici dil var - ingilis, fars, rus və türk dilləri.

Nazir müavini Xələf Xələfov iki xarici dil bilir – alman və rus.

Digər 3 müavin Mahmud Məmmədquliyev, Hafiz Paşayev və Nadir Hüseynov da hərəyə iki xarici dil bilir - ingilis, rus dilləri.

Yeni nazir müavini Ramiz Həsənova gəldikdə, o, öz nazirindən daha çox xarici dildə danışır - ingilis, rus, türk və gürcü dilləri.

Modern.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1400   Tarix: 17 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Nazir direktoru işdən çıxardı

Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 1 nömrəli tam orta internat məktəbinin direktoru İsmayıl Əliyev vəzifəsindən azad edilib. "Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. Hələlik direktor vəzifəsinə təyinat yoxdur

25 aprel
.

İlham Əliyev Çinlə əməkdaşlıqdan DANIŞDI

"Bizim "Vahid Çin" siyasətinə yanaşmamız çinli tərəfdaşlarımıza yaxşı məlumdur. Çin isə hər zaman Azərbaycanın ərazi bütövlüyünə dəstək verib. Bu, hər zaman əməkdaşlığımız əsasını təşkil edib". AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də AD

23 aprel
.

"Azərbaycanla Ermənistan arasında delimitasiya prosesinə sürətlə gedir" - Politoloq

Dünən 2024-cü il aprelin 23-də Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesi çərçivəsində ilk sərhəd dirəyi quraşdırılıb. İki ölkənin ekspert qruplarının işi davam edir. Yaxın gələcəkdə hansı əraziləri

24 aprel
.

Azərbaycan-Ermənistan sərhədində koordinatların dəqiqləşdirilməsi prosesi başlayıb

2024-cü il aprelin 23-də ölkələrin ekspert qrupları Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasındakı sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesinə başlayıb. AZƏRTAC xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikası Baş nazirinin müavin

23 aprel
.

Prezident İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var

Ermənistanla Azərbaycan arasında gedən proses nəticəsində sərhədlərin delimitasiyası, hətta demarkasiyası da başlamışdır. 1990-cı və 1992-ci illərdə işğal edilmiş 4 Azərbaycan kəndi bizə qaytarılıb. AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da Berlind

26 aprel
.

"Ermənistanın havadarına çevrilməkdə olan ABŞ açıq şəkildə Azərbaycan ordusunun gücündən narahatdır" - POLİTOLOQ

Xəbər verdiyimiz kimi, ABŞ Konqresi Azərbaycanın bir sıra məmurlarına qarşı sanksiyanı nəzərdə tutan qanun layihəsi təqdim etməyə hazırlaşır. Dina Tinus başda olmaqla, bir qrup konqresmenin təqdim etməyə hazırlaşdığı qanun layihəsində "ölkədə qanunun aliliyinin və insan hüquqlarının pozulması"nd

23 aprel
.

Tavuşdakı gərginliyə görə Paşinyan ittiham edildi

"Noyemberyan rayonunda təxribat törədənlər Ermənistan hakimiyyətinin göstərişi ilə hərəkət ediblər". Bu açıqlama ilə Ermənistan Milli Məclisinin müxalif "Hayastan" blokunun deputatı Qarnik Danielyan çıxış edib. O qeyd edib ki, aksiya zamanı yolda etirazçıları mühasirəyə alan poli

23 aprel
.

İlham Əliyevin Berlində Olaf Şolts ilə geniş tərkibdə görüşü başlayıb

Aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə geniş tərkibdə görüşü başlayıb. Bununla bağlı AZƏRTAC məlumat yayıb

26 aprel
.

Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və Füzuli şəhərinin Baş planı ilə tanış olublar. Bununla bağlı məlumat yayıb

25 aprel