Azərbaycanlı aktrisa: "Belə məqsədim olsaydı, çoxdan ölkədən getmişdim" - FOTO

Azərbaycanlı aktrisa: "Belə məqsədim olsaydı, çoxdan ölkədən getmişdim" - FOTOAktrisa Günəş Mehdizadənin milli.Az-a müsahibəsi.

- Günəş xanım, niyə məhz bu sənəti seçdiniz?

- Çünki aktrisa olmaq istəyirdim. Ona görə də sevib sənətə gəldim. Heç kim məni aktrisa olmağa sövq etməyib.

- Nə vaxtdan bildiniz ki, bu sənəti sevirsiniz?

- Özümü tanıyandan. Təxminən 6 yaşımdan.

- Ailə, yoxsa sənət? Tərəzidə hansı ağır gələr?

- Əlbəttə ki, ailə.

- Hansı yerli aktyor və aktrisaları bəyənirsiniz?

- Bizim istedadlı aktyorlarımız çoxdur. Məsələn, Qurban İsmayılov, Fəxrəddin Manafov, Rasim Cəfər, Abbas Qəhrəmanov və s. Qadınlardan isə...

- Nədənsə qadın aktrisaların adlarını çəkməkdə çətinlik çəkdiniz...

- Əslində, danılmaz faktdır ki, bizdə aktyorlara nisbətən aktrisalar azlıq təşkil edir.

- Günəş Mehdizadə o pillədə neçənci yerdədir?

- Əlbəttə ki, birinci yerdə (gülür).

- Bəs sizdən sonra kimlər gəlir?

- Məndən sonra qalanlar (gülür).

- Serialdan qazandığınız qonorar sizi qane edir?

- Əlbəttə ki, Azərbaycan çəçivəsində baxsaq, qane edir. Kənara çıxanda isə, əlbəttə ki, yox.

- Maddiyat oynadığınız rolun keyfiyyətinə təsir edib?

- Xeyr, ümumiyyətlə, aktyor pula görə oynamamalıdır. Aktyor elə bir insandır ki, ona həvalə olunan obrazı oynayanda düşünmür ki, mən burdan az pul alacağam, yoxsa çox! Nəticədə bu aktyorun adıdır.

- Hissinizlə oynayırsınız, yoxsa texnika ilə?

- Xeyr, texnika ilə oynamıram.

- Son zamanlar müğənnilərin, aparıcıların film və seriallara çəkilməsi sizi narahat etmir ki?

- Xeyr, bu piyar xarakerlidir. Müğənni və yaxud aparıcıları kütləsinə görə seriala çəkirlər. Bu, yeni başlayan ekran işinin piyarı üçün çox gözəl effektdir.

- Xarici serial bazarı daha gəlirlidir. Ölkə hüdudlarından kənarda çəkilmək istərdiniz?

- Əgər belə istəyim olsaydı, çoxdan ölkədən getmişdim. Amma heç vaxt istəməmişəm. Özümə güvənim çoxdur, getsəydim, orada məşhur aktrisa da olardım, nailiyyətlərim də olardı.

- Özünüzü məşhur aktrisa hesab edirsiniz?

- Heç vaxt bu cür məqsədim olmayıb. Mənim üçün sənətin zirvəsi yoxdur. Əgər mən özümü məşhur insan hesab etsəm, özümü zirvədə görəcəyəm. Bundan sonra mənim üçün sənət çökə bilər.

- Çəkiləndən sonra "kaş çəkilməzdim" dediyiniz ekran işi olub?

- Bəli, olub.

- Hansıdır?

- Onu deməyəcəyəm.

- Heç sənətin daşını atmaq istəmisiz?

- Xeyr, incəsənət sahəsinə baş vuran insanlar, bir müddət sonra bu sahədən ayrılsalar da, özlərini digər sahələrdə tapmaqda çətinlik çəkirlər. Hər bir insan sevdiyi işlə məşğul olmalıdır. Sevdiyin işlə məşğul olsan, sən də sevib-seviləcəksən.


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 1769   Tarix: 27 may 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sevil və Sevincin biznesi batdı

Müğənnilər Sevil və Sevinc Səfərovalar bizneslərini bağlayıb. Bu barədə onlar "Qonaqcanlı"da danışıb. Bildirilib ki, mağaza və gözəllik salonlarının fəaliyyəti illər öncə dayandırılıb. Bacılar müəyyən bir məbləğ itirdiklərini də əlavə ediblər. (Bizim.Media)

19 dekabr
.

İlqarə uzun zaman sonra GÖRÜNTÜLƏNDİ: Geyimi ilə diqqət çəkdi - VİDEO

Müğənni İlqarə Kazımovanın səhnə aldığı məkandan çəkilən görüntülər sosial şəbəkələrdə geniş yayılıb. xəbər verir ki, kadrlarda İlqarə Kazımova səhnədə həm öz ifalarını səsləndirib, həm də anası, pop kraliça Aygün Kazımovanın repertuarına daxil olan mahnıları təqdim edib. Sənətçinin çıxışı və səhnə tərz

15 dekabr
.

"Xüsusi yediyim konfet vardı, Oktay alırdı"

Əməkdar artist Dilarə Əliyeva mərhum həyat yoldaşı Oktay Əliyevi xatırlayaraq kövrək anlar yaşayıb. Aktrisa açıqlamasında bildirib ki, Oktay onun üçün təkcə həyat yoldaşı deyil, eyni zamanda bir növ həyat müəllimi olub: "Oktaydan çox şey öyrənmişəm. Demək olar ki, həyat müəllimim idi". Dilar

17 dekabr
.

Aysundan Rəqsanəyə İRAD: "Səhv deyirsən" - VİDEO

Xəbər verdiyimiz kimi, müğənni Rəqsanə İsmayılova bir neçə gün əvvəl paytaxt məkanlarından birində qızları ilə birlikdə mini-konsert proqramı ilə çıxış edib. xəbər verir ki, konsertdən öncə sənətçinin qızı Aysunla birgə məşq etdiyi anlara aid görüntülər sosial şəbəkələrdə yayılıb. Kadrlarda Aysunun Rəqsanəni

18 dekabr
.

"Övladımı bu cəmiyyətdə böyütmək…"

Xəbər verdiyimiz kimi, Türkiyədə yaşayan model Günay Musayeva oğlu Cahangirin atası, aktyor Tolqa Karelə səslənərək, övladını xaricə aparmasına icazə verməsini istəyib. Tolqa isə ona cavab olaraq, övladının türkiyədə qalmasını istədiyini, icazə kağızını imzalamayacağını deyib. O, Günayı narkotik istifad

20 dekabr
.

"Səkkiz" serialının qala gecəsi keçiriləcək!

Azərbaycanda kino ictimaiyyətinin diqqətini cəlb edəcək qanlı və sarsıdıcı filmin qala gecəsi baş tutacaq. məlumat verir ki, Quruluşçu rejisorunun Hikmət Rəhimov olduğu - məktəbli qızının intiharından sonra həyat ruhunu tamamilə itirən bir atanın qanla yazılan qisas hekayəsindən bəhs edən "Səkkiz"

19 dekabr
.

Məşhur aktyordan keçmiş həyat yoldaşına sərt reaksiya verdi: "Haqqımı halal etmirəm" - FOTO

Aktyorluq karyerasını bitirərək ABŞ-yə köçən Tolqa Karel yenidən gündəmə gəlib. Bir müddət Günay Musayeva ilə evli olan Karel bu nikahdan Cahangir adlı bir oğul sahibi olub. türk mediasına istinadən xəbər verir ki, boşandıqdan sonra ABŞ-da yeni həyat quran Tolqa Karel, keçmiş həyat yoldaşının açıqlamalarında

17 dekabr
.

Röya Ayxandan Aygün Kazımovanın qızı ilə bağlı PAYLAŞIM - VİDEO

Xalq artisti Röya Ayxan Xalq artisti Aygün kazımovanın qızı İlqarə Kazımova ilə bağlı paylaşım edib. xəbər verir ki, Ayxan İlqarənin səhnədən videosunu instaqram izləyiciləri ilə bölüşüb. Estrada ulduzu sözügedən kadrları ürək emojisi ilə paylaşıb

20 dekabr
.

Röya Ayxan və Elçin Cəfərovdan yeni duet - "Can" klipi çəkildi

Xalq artisti Röya Ayxan müğənni Elçin Cəfərovla növbəti uğurlu yaradıcılıq layihəsində bir araya gəlib. İki sevilən sənətçi "Can" adlı mahnının klip çəkilişi üçün kameralar qarşısına keçərək tamaşaçılara duyğusal və yadda qalan ekran işi vəd ediblər. Mahnının söz və musiqisi Rafael Şabanova

19 dekabr