Səudiyyə kralının oğlu Putinə 300 milyard rüşvət təklif edib

Səudiyyə kralının oğlu Putinə 300 milyard rüşvət təklif edibLivanın "Ad-Diyar" qəzetinin verdiyi məlumata görə, Rusiyanın Suriyada ötən həftədən başladığı anti-terror əməliyyatı, bu ölkədə terroru dəstəkləyən ölkələrin ciddi narahatlığına səbəb olub.

Buna görə də keçən həftə Səudiyyə Ərəbistanının müdafiə naziri Məhəmməd bin Salman Rusiyaya səfər edərək, Putinlə görüş keçirdi.

Əd-Diyar qəzetinin yazdığı məlumata əsasən Səudiyyə kralının oğlu görüş zamanı Putinə nə az, nə çox, 300 milyard dollar rüşvət təklif edib. O, Rusiya prezidentindən istəyib ki, Bəşşar Əsədi devirməkdə onlara yardımçı olsun, bunun qarşılığında isə Səudiyyə Ərəbistanı ilə Qətər rejimi deyilən məbləği Moskavaya ödəyəcək.

Rusiya prezidenti Vladimir Putin isə Məhəmməd bin Salmanın cavabında belə deyib: "Biz mafia deyilik ki, pul alaraq dostumuz və ya düşmənimizi aradan götürək. Bizim pul ilə dəyişməyəcək strateji və dövlət maraqlarımız var. O maraqlar qarşısında isə deyilən məbləğin heç bir qiyməti yoxdur."

Vəziyyəti belə görən Səudiyyə kralının oğlu daha sonra deyib: "Bu təklif təkcə 300 milyard dollar ilə xülasələşməyəcək. Əlavə olaraq Rusiyada yüz milyardlarla dollar sərmayə də yatırılacaq." Rusiya prezidenti isə mövzunu dəyişmək üçün deyib: "İdmanı xoşlayırsınızmı?!"

Qəzetin yazdığına görə, Rusiya prezidenti (vəhhabi) müftilərinin Rusiyaya qarşı çağırışlarının durdurulmasını karlın oğlundan tələb edib.//Faktxeber


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 3565   Tarix: 13 oktyabr 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

ABŞ səfirinin bir qrup şəxslə görüşünün media azadlığı ilə heç bir əlaqəsi yoxdur - RƏY

ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbinin 3 may - Ümumdünya Mətbuat Azadlığı Günü adı altında pərdələnərək bir qrup şəxsi "mətbuat azadlığına sadiq olan istedadlı jurnalist" kimi təqdim edərək görüşməsinin media azadlığı ilə heç bir əlaqəsi yoxdur. Bunu "Report"a açıqlamasında Mill

5 may
.

Bella Hadiddən gözlənilməz addım - 10 illik karyerasını ... - FOTO

Məşhur model Bella Hadid karyerasına son qoyub. xəbər verir ki, model ona edilən təzyiqlərə tab gətirməyərək bu addımı atıb. O Fələstinə dəstək verdiyi üçün dəfələrlə ölümlə şantaj olunub. Bundan əlavə onun bir çox məşhur markalarla bağladığı müqavilələri ləğv edilib. Belə ki, "Dior" onunl

3 may
.

CBS: İsraillə HƏMAS arasında aparılan danışıqlar nəticə verməyib

İsraillə Fələstinin HƏMAS radikal qruplaşması arasında aparılan danışıqlar nəticəsiz başa çatıb. "Report" xəbər verir ki, bu barədə mənbələrə istinadən "CBS News" məlumat yayıb. Bundan əvvəl tərəflər atəşkəslə bağlı Qahirədə görüşsələr də, sonda razılığa gələ bilməyiblər. Eyni zamanda

5 may
.

Braziliyada daşqın nəticəsində ölənlərin sayı 56-ya çatıb

Braziliyanın cənubunda daşqın nəticəsində ölənlərin sayı 39-dan 56-ya yüksəlib. "Report" xəbər verir ki, bu barədə "CNN Brasil" telekanalı Uruqvayla sərhəddə yerləşən Rio Qrande-du-Sul ştatının Mülki Müdafiə Xidmətinə istinadən məlumat yayıb. Məlumata görə, 74 nəfər yaralanıb, 6

5 may
.

Borreldən etiraf: "ABŞ hegemon statusunu itirib"

"ABŞ hegemon statusunu itirib". Bu fikri Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Jozep Borrel Böyük Britaniyada mühazirə ilə çıxış edərkən deyib. Borrel Soyuq Müharibə dövründən sonra yaranan beynəlxalq sistemin indi praktiki olaraq mövcudluğunu dayandırdığın

5 may
.

ABŞ institutu: Ukrayna müharibənin yeni mərhələsi ilə üz-üzədir

Ukrayna müharibənin yeni mərhələsi ilə üz-üzədir. "Report" xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun son hesabatında yazılıb. Qeyd olunub ki, Ukraynanın ciddi sursat çatışmazlığı var: "Amma Kiyev hələ ki, cəbhə xəttini qorumağı bacaracaq. Ukrayna rəsmiləri bildiriblə

5 may
.

Putinin Çinə səfərinin mümkün tarixləri məlum olub

Rusiya prezidenti Vladimir Putinin Çinə səfəri mayın 15-16-da baş tutacaq. "Bloomberg" agentliyi Rusiya liderinin səfərinin mümkün tarixlərini açıqlayıb. "Tarixlər bir qədər dəyişə bilər. Lakin Çin prezidenti Si Tsinpinlə görüş Putinin mayın 7-də Kremldə andiçmə mərasimindən sonra il

3 may
.

İtaliya Ukraynadakı münaqişədə birbaşa iştirak edəcək?

"İtaliya Uraynadakı münaqişədə öz hərbçilərinin birbaşa iştirakını hər zaman istisna edib". Bu barədə İtaliya Müdafiə Nazirliyinin rəhbəri Quido Krozetto "Corriere della Sera" nəşrinə müsahibəsində bildirib. "Bununla belə biz həmişə Ukraynaya hər cür köməklik göstərilməli olduğun

4 may
.

Erməni diasporu Paşinyanı hədələdi

Almaniyadakı Ermənilərin Mərkəzi Şurası Tavuşda (Tovuzqala) həyata keçirilən sərhədin "qanunsuz" demarkasiyası və delimitasiyası ilə bağlı narahatlığını bildirir. Bu barədə Ermənistan KİV məlumat yayıb. "Paşinyan hakimiyyəti bu dağıdıcı siyasəti davam etdirsə və narahatlığımıza məhəl qoymasa

4 may