Məhərrəm ayında nələr qadağandır?

Məhərrəm ayında nələr qadağandır?Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası Məhərrəm ayı ilə bağlı fətva verib.

Məhərrəm ayı Hicri-qəməri ilinin ayları arasında müqəddəs aylardan biridir. Bu ay Həzrət Peyğəmbərin (s) buyurduğu kimi, müharibələrin qadağan olunduğu aylardan biri olmasına baxmayaraq, Aşura günü İslam tarixinə İmam Hüseyn əleyhissəlam və Əhli-Beyt (ə) tərəfdarlarının haqq uğrunda şəhadətə yetişdiyi gün kimi daxil olub. Miladi təqvimlə məhərrəm ayının 1-i oktyabrın 15, Aşura günü isə 24-nə təsadüf edir.

Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Hacı Surxay Məmmədli bildirib ki, Məhərrəmlik ayı haram aylardan hesab olunur: "Bu aylarda vuruşlar, savaşlar qadağan olunub. Bu ayda bir mənalı olaraq, toy məclislərinin olması yasaq və qadağandır. Bundan əlavə həm də böyük günahdır. Bu ayda toy etmək olmaz. Hər bir insan düşünməlidir ki, onun yaxını və əzizi dünyasını dəyişib. Ölən insanın yası və matəmi saxlanılmalıdır. Bunun fonunda insan qəm, kədəri atmalıdır".

Hacı Surxay Məmmədli AzNews.az-a açıqlamasında qeyd edib ki, insanlar məhərrəmlik ayında yaxşılıqlara dəvət olunmalıdır: "Pisliklərdən qorunmalıdır. Məhz İmam Hüseynin Kərbəla şüarı bu olub-kin-kudurət olmaz. Bu ayda insanlar mənəviyyatını təmizləməlidir. Xəstələr baş çəkməli, ehtiyacı olan insanların ehtiyacları təmin olunmalıdır".

QMİ nümayəndəsi hesab edir ki, Məhərrəmlik ayı hüzn olduğuna görə, elçilikdən söhbət gedə bilməz: "Elçilik etmək həm əxlaqi, həm də dini baxımdan bu ayla ziddiyyət təşkil edir. Kəbin kəsilməsi üçün bir istisna hal var - ola bilər ki, ailə qurulub, lakin tərəflərin arasında kəbin kəsilməyib. Yalnız belə halda məhərrəmlik ayında kəbin kəsilə bilər".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3447   Tarix: 15 oktyabr 2015  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda orta maaşla ev almaq real şəraitdə neçə il çəkir ? - Hesablama

Bakıda mənzil sahibi olmaq minlərlə ailənin əsas məqsədlərindən biri olsa da, son illərdə daşınmaz əmlak bazarında müşahidə olunan qiymət artımları bu hədəfə çatmağı xeyli çətinləşdirib. 2026-cı ilin yanvar-aprel aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 1172,1 mana

20 iyun
.

Ötən il neçə saxta diplom aşkarlanıb?

Ötən il 58 saxta diplom aşkarlanıb. Bunu Dövlət İmtahan Mərkəzinin "Abituriyent" jurnalının 12-ci sayı əsasında müxbiri müəyyən edib. "2025-ci ildə ümumilikdə 156 nəfərə (o cümlədən 108 bakalavr və 48 orta ixtisas) aid diplomların həqiqiliyinin yoxlanılması üçün Elm və Təhsil Nazirliyin

20 iyun
.

Azərbaycanda məktəblər sürətlə bağlanır! SƏBƏB BƏLLİ OLDU...

"Son illərdə Azərbaycanda ümumi təhsil müəssisələrin sayı sürətlə azalır. Rəsmi statistikaya görə, 2023-cü ildə ölkədə 4422 məktəb fəaliyyət göstərdiyi halda, hazırda bu rəqəm 4194-ə enib. Başqa sözlə, son üç il ərzində 226 məktəb fəaliyyətini dayandırıb. Təkcə 2024-2025-ci tədris ili ərzində məktəbləri

21 iyun
.

Bakıda uçan qarışqalar niyə çoxalıb? - Səbəb məlum oldu - VİDEO

Son vaxtlar paytaxtda qanadlı qarışqaların kütləvi şəkildə artımı müşahidə olunur. Sosial şəbəkələrdə yayılan görüntülərdə saysız həşəratın işığın ətrafına yığılması görünür. Xəzər TV-yə istinadən xəbər verir ki, ekoloq Ənvər Əliyev bildirib ki, bu həşəratlar həqiqətən də uçan qarışqalardı. Səbəb d

20 iyun
.

Ayın 22-də ölkədə qısamüddətli yağış və külək gözlənilir - PROQNOZ

İyunun 22-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Günün bəzi saatlarında qısamüddətli tutulmalar və şəhərətrafı ərazilərdə zəif yağı

21 iyun
.

Azərbaycana yay gəldi

Azərbaycanda yay fəsli başlayıb. xəbər verir ki, Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, yay fəsli (Yay günəş duruşu) Azərbaycana iyunun 21-i Bakı vaxtı ilə saat 12:24:26-da daxil olub. Qeyd edilib ki, bu zaman Şimal yarımkürəsində astronomi

21 iyun
.

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana buğda göndəriləcək

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçiriləcək. "Report"a istinadən xəbər verir ki, bu gün Azərbaycandan tranzit keçməklə ümumi çəkisi 490 ton olan 7 vaqon yüklü Rusiya mənşəli buğda Ermənistana yola salınacaq. Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistan

20 iyun
.

Yumurta bu səbəbdən kəskin ucuzlaşıb - AÇIQLAMA

"Ölkədə yumurta bolluğu var. Bolluq olduğuna görə tələbi təklif üstələyir. Bütün fabriklər öz istehsal etdiyi yumurtanı satmaq istəyir. Buna görə də qiymət aşağı düşüb". Bunu Ölkə.az-a açqılamasında "Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctima

20 iyun
.

JEK də pul istəyir, bələdiyyə də - Hansına ödəyək?

Çoxmənzilli binalarda yaşayan vətəndaşlardan müxtəlif adlarla ödənişlərin tələb olunması tez-tez suallar doğurur. Xüsusilə JEK-ə edilən ödənişlərlə yanaşı bələdiyyə tərəfindən əlavə vergi tələbi mübahisə yaradır. Bu halda əsas məsələ həmin ödənişlərin hüquqi əsasının olub-olmamasıdır. Bina evində yaşaya

21 iyun