Azərbaycan Ordusu İrəvanın bir neçə 10 kilometrliyinə yaxınlaşdı - MAY ƏMƏLİYYATI

Azərbaycan Ordusu İrəvanın bir neçə 10 kilometrliyinə yaxınlaşdı - MAY ƏMƏLİYYATIAzərbaycan Ordusu Günnüt kəndi və 11 min kilometr ərazini düşmən işğalından azad etməklə İrəvanın bir neçə 10 kilometrliyinə qədər yaxınlaşdı.

Rəsmi məlumatda deyilir ki, mayın son günlərində Şərur rayonunun Günnüt kəndi və ətafındakı mühüm strateji əhəmiyyəti olan yüksəkliklər Əlahiddə Ümumqoşun Ordunun əks-həmlə əməliyyatları ilə işğaldan azad edilib. Bununla da ordumuz daha əlverişli mövqelərə sahiblənib, "Xunut" dağı və "Ağbulaq" yüksəkliyi , daha sonra isə "Qızılqaya" dağı və "Mehridağ" işğaldan azad edilərək Dərələyəz mahalının Arpa kəndi (Ermənilər adını dəyişdirərək "Areni" qoyublar) nəzarət altına keçib. Ümumilikdə, 11 min hektara yaxın ərazi nəzarət altına alınıb. Bu ərazinin 8 min hektardan artığı əkin üçün, xüsusilə dəmyə əkinçiliyi üçün yararlı ərazilərdir. Şərur rayonunun Günnüt kəndini nəzarətdə saxlamağa imkan verən, dəniz səviyyəsindən 1683 metr hündürlükdə yerləşən Qızılqaya yüksəkliyinin ən böyük strateji əhəmiyyəti isə İrəvan-Yexeqndzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna ordumuza nəzarət etməyə imkan verməsidir. Ərazinin etibarlı müdafiəsi və təminat məqsədi ilə 50 km yeni yol çəkilib, 50 km-dən artıq yararsız yollar isə bərpa edilib. Strateji əhəmiyyətli Arpaçay Su Dəryaçasının Taktiki cəhətdən etibarlı mühafizəsinin təşkili üçün hakim yüksəkliklərdə yeni müdafiə mövqeləri qurulub.

Sonxeber.az Publika.az-a istinadən xəbər verir ki, rusiyalı ekspert Mixail Belyayev ordumuzun bu əməliyyatla İrəvana daha da yaxınlaşdığını deyib.

Prezident İlham Əliyevin "İrəvan Azərbaycan torpağıdır və biz tarixi torpaqlarımızı bərpa edəcəyik" mesajı fonunda Ordumuzun Naxçıvan istiqamətində tarixi İrəvan torpaqlarına doğru irəliləməsi diqqət çəkir.

Belyayev yazır: "Azərbaycan Ordusu may əməliyyatında itkisiz olaraq İrəvandan bir neçə on kilometr məsafədəki ərazilərə praktiki olaraq nəzarəti ələ keçirdi. Paşinyanın tərəfdarları düşünməlidir: Ermənistanın hökumətinin başçısı Dağlıq Qarabağ separatçılarının danışıqlarda iştirakı tezisini irəli sürür, Azərbaycan isə əraziləri geri qaytarır".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 3943   Tarix: 11 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Birinci vitse-prezident Mehriban Əliyeva azərbaycanlı şahmatçı Ülviyyə Fətəliyevanı təbrik edib - FOTO

Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın qadın şahmatçısı Ülviyyə Fətəliyevanı Yunanıstanın Rodos şəhərində keçirilən Avropa çempionatında qalib olması münasibəti ilə təbrik edib. xəbər verir ki, təbrikdə deyilir:. "Əziz Ülviyyə! Parlaq qələbə münasibətilə səni ürəkdən təbrik edirəm

29 aprel
.

Prezident İlham Əliyev və Baş nazir Robert Fitso mətbuata bəyanatlarla çıxış edirlər

Mayın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Slovakiya Respublikasının Baş naziri Robert Fitso mətbuata bəyanatlarla çıxış edirlər. xəbər verir ki, bununla bağlı AZƏRTAC məlumat yayıb

7 may
.

"Yalnız bu dəyişiklikdən sonra sülh danışıqlarına getmək olar" - Ekspert

Almatı Bəyannaməsi Ermənistan və Azərbaycan arasında sərhədlərin demarkasiyanın əsas prinsipi kimi hər iki tərəfdən qəbul edilib. Bu, geridönüşü olmayan reallıqdır, bu, hər iki ölkə tərəfindən yüksək səviyyədə bəyan edilib. Bunu baş nazir Nikol Paşinyan mətbuat konfransında deyib. Onun sözlərinə görə

7 may
.

Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 2-də BMT Baş katibinin iqlim fəaliyyəti və ədalətli keçid üzrə xüsusi müşaviri Selvin Çarlz Hartı qəbul edib. Bu barədə AZƏRTAC məlumat yayıb

2 may
.

İlham Əliyev Rusiyanın Baş ravvinini qəbul edib - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Rusiyanın Baş ravvini Berl Lazarı qəbul edib. AZƏRTAC xəbər verir ki, görüşdə VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun beynəlxalq əməkdaşlığın genişləndirilməsində əhəmiyyəti vurğulanaraq, bu tədbirin dünya səviyyəsində dinlər və mədəniyyətləraras

1 may
.

Azərbaycan və İran generalları görüşdülər

Azərbaycan Respublikası müdafiə nazirinin müavini - Əlahiddə Ümumqoşun Ordu komandanı general-polkovnik Kərəm Mustafayev İran İslam Respublikasına rəsmi səfər edib. Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Səfər çərçivəsində İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisini

3 may
.

Ramin Məmmədov deputat mandatından məhrum edildi

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib. "Qafqazinfo" xəbər verir ki, iclasda Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilməsi məsələsinə baxılıb. Məsələ səsverməyə çıxarılıb və Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilib. Qeyd edək ki, Prezident İlha

2 may
.

Prezidentin sərəncamı 3 minə yaxın şəxsə şamil olunacaq

Prezident İlham Əliyevin yeni Sərəncamı İkinci Dünya müharibəsi iştirakçıları və sənəddə nəzərdə tutulan digər şəxslərdən ibarət 300-ə yaxın şəxsə şamil olunacaq. xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birdəfəlik maddi yardımlar İkinci Dünya müharibəsi iştirakçılarını

2 may
.

İlham Əliyev İraq Parlamentinin sədrini qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də İraq Respublikası Parlamentinin sədri Möhsin Əli Əkbər Əl-Mandalavini qəbul edib. Bununla bağlı AZƏRTAC məlumat yayıb

1 may