15 rayonda kənd və qəsəbə adları dəyişdirildi - YENİ ADLAR
Milli Məclisin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasının Ağsu, Astara, Goranboy, Göygöl, Xaçmaz, Xızı, Qazax, Quba, Qusar, Masallı, Oğuz, Saatlı, Samux, Şəmkir və Yevlax rayonlarının bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi barədə" adlı sənədə baxılıb.
Layihə barədə regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə məlumat verib. Layihəyə əsasən, ölkədə 15 rayon üzrə 25 yaşayış məntəqəsinin adlarının dəyişdirilir. A. Rəhimzadə qeyd edib ki, Toponimiya Komissiyasında bu məsələ müzakirə olunub və müvafiq qərar qəbul edilib.
Layihəyə əsasən, Ağsu rayonunun Gürcüvan kəndi Xanbulaq, Goranboy rayonundakı Ağamalıoğlu kəndi Düzqışlaq, Əzizbəyov kəndi Kəhrizli, Xaçmaz rayonu üzrə Alekseyevka kəndi Çaykənarı, Müqtədir qəsəbəsi İstisu, Xızı rayonundakı Şuraabad qəsəbəsi Şorabad, Qusar rayonunun Şirvanovka kəndi Şirvanlı, Masallı rayonu üzrə Kalinovka kəndi Viləş, Saatlı rayonunun Xanlarkənd kəndi Nabatkənd, Qarayevkənd kəndi Orta Muğan, Samux rayonundakı Qırmızı Samux qəsəbəsi Qaraağaclı, Şəmkir rayonunda Qasım İsmayılov kəndi Ağlavaşlı, Muxtariyyat kəndi Qədimqala adlandırılır.
Qeyd edilib ki, bu kənd və qəsəbələrin yerləşdikləri kənd inzibati ərazi dairələrinə də eyni adlar verilir. Bununla yanaşı, Astara rayonunun Qamışovka kəndi Qamışoba, Göygöl rayonunun Xanlar qəsəbəsi Ağdağ, Mixaylovka kəndi Bənövşəli, Xaçmazın Krasnı Xutor kəndi Şıxlı, Xızının Altıağac qəsəbəsindəki Çistı Klyuç kəndi Safbulaq, Qazaxdakı Kommuna kəndi Bala Çaylı, Qubanın Novonikolayevka kəndi Çaydüzü, Oğuz rayonunda Astarxanovka kəndi Çaldaş, Vladimirovka kəndi Çayqovuşan, Samux rayonunun Lüksemburq kəndi Köbər, Əli Bayramlı kəndi Sarıqaya, Yevlaxın Bünyadabad kəndi Yeni Çobankərə adlandırılır.
Layihə səsə qoyularaq, qəbul olunub.
report
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2711 Tarix: 12 iyun 2018
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Onların təhsilhaqqını - Dövlət ödəyəcək
Minatəmizləyənlərin övladlarının təhsil haqqını dövlət qarşılayacaq. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Təhsil haqqında" Qanuna təklif olunan dəyişiklikdə öz əksini tapıb. Qeyd edilib ki, minatəmizləm
3 aprelLeysan olacaq, dolu düşəcək - Xəbərdarlıq
Aprelin 4-ü gündüzdən 6-dək Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Naxçıva
2 aprelOğlu Xalq artistinin səhhətindən danışdı
Xalq artisti Zaur Rzayevin oğlu Azər Rzazadə atasının səhhətindən danışıb. Teleqraf-a açıqlamasında o, Zaur Rzayevin müalicəsinin davam etdiyini açıqlayıb. "Atamın müalicəsi davam edir. Səhhəti yaxşıdır", - deyə A.Rzazadə deyib. Qeyd edək ki, Zaur Rzayevin 73 yaşı var. O, Mərkəzi Gömrük Hospitalın
1 aprelTanınmış jurnalistə vəzifə verildi
Mingəçevir Dövlət Universitetində yeni kadr təyinatı həyata keçirilib. Tanınmış jurnalist Firuzə Cəlilova universitetin İctimai əlaqələr və marketinq şöbəsinin müdiri - mətbuat katibi vəzifəsinə təyin olunub. Firuzə Cəlilova Bakı Dövlət Universiteti-nin məzunudur, pedaqogika üzrə fəlsəfə doktorudur v
3 aprelDeputat pəncərədən tullanıb qaçıbmış...
Naxçıvan MR Ali Məclisinin 4 saylı Yengicə Seçki Dairəsindən olan deputatı seçilmiş Əli Abbasov mandatının əlindən alınmasından narazıdır. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Əli Abbasov Naxçıvan Mərkəzi Seçki Komissiyasının qərarından Ali Məhkəməyə şikayət edib. Keçmiş deputat iddi
3 aprelArdıcıl 3 gün YAĞIŞ YAĞACAQ - Bu tarixdən...
Bakı şəhərində qarşıdakı günlərdə hava şəraitinin dəyişəcəyi gözlənilir. xəbər verir ki, hava proqnozu tətbiqlərində yer alan məlumatlara əsasən, paytaxtda 4, 5 və 6 aprel tarixlərində yağış yağacağı ehtimal olunur. Hazırda yağıntının intensivliyi ilə bağlı dəqiq məlumat yoxdur. Bununla belə, qeyd oluna
1 aprelBir ailənin 5 üzvü dəm qazından zəhərlənib
Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsində bir ailənin 5 üzvünün dəm qazından zəhərlənmə hadisəsi baş verib. "Report"a istinadən xəbər verir ki, qəsəbə sakinləri - 2015-ci il təvəllüdlü Cəbrayılov Cəbrayıl Kamil oğlu, Cəbrayılov Məhəmməd Kamil oğlu (2018), Cəbrayılov Həmzə Kamil oğl
2 aprel