"Rusiyanın kürdlərlə bağlı planı baş tutmayacaq" - Ekspert

"Rusiyanın kürdlərlə bağlı planı baş tutmayacaq" - Ekspert"Rusiyanın kürdləri Suriya üzrə Konstitusiya Komissiyasında təmsil olunmağa dəvət etmək niyyəti ciddi uğur qazanmayacaq".

Sonxeber.az-ın məlumatına görə, bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Qabil Hüseynli Rusiya prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyevin kürdlərin də Suriyanın yeni Konstitusiya Komissiyasında təmsil olunacağına dair fikrinə münasibət bildirərkən deyib:

"Bu fonda da Moskva ABŞ-ın Suriya kürdlərinə olan təsirini zəiflədə bilməyəcək. Hətta həmin məsələdə Moskva ilə Türkiyə arasında ciddi fikir ayrılığı mövcuddur. Kürdlər milli azlıq kimi Suriyada müəyyən hüquqlara sahib ola bilərlər. Amma bu məsələdə onlar Suriyanın federallaşdırılması tərəfdarıdır. Ona görə də Suriyanın gələcək quruluşunun necə olacağını hələlik təsəvvür edə bilmirəm. Amma Rusiyanın Suriyadakı kürdlərin maraqlarını müdafiə etmək istiqamətində atmaq istədiyi addımlar nəticəsiz qalacaq".

Politoloq, həmçinin, onu da qeyd edib ki, Suriya məsələsində Cenevrə prosesi Astana prosesini üstələməyə başlayıb:

"Bildiyiniz kimi, Suriya məsələsində ABŞ-la Rusiya arasında ciddi yanaşma fərqləri mövcuddur. Rusiya Türkiyə ilə birlikdə Astana prosesinin həyata keçməsinə çalışır. ABŞ və onun koalisiya üzrə müttəfiqləri isə Astana prosesini tanımır. Onlar Suriya məsələsini Cenevrədə yaradılan xüsusi komissiyada müzakirə edirlər. BMT də Vaşinqtonun Cenevrə toplantısını müdafiə edir. Bu fonda zənnimcə, artıq Cenevrə prosesi Astana prosesini üstələməyə başlayıb. Rusiya, xüsusən də Türkiyə bu məsələdə Cenevrə prosesinə daha çox meyllənmiş kimi görünür. Rusiya nümayəndələrinin açıqladığı Suriyanın gələcək taleyilə bağlı yeni Konstitusiyanın qəbulu və orada hansı siyasi, milli qüvvələrin təmsilçiliyi məsələsi isə əsaslı müzakirə prosesindən keçməyib. Düşünürəm ki, Moskvanın Suriyanın gələcək siyasi quruluşu ilə bağlı əsas elementlər barədə yürütdüyü fikirlər BMT-də ciddi qəbul edilmir. Çünki, Moskva İranla birlikdə Bəşər Əsəd rejimini bundan sonra da qorumaqla bağlı mövqeyini bildirməklə bir çox ölkələrdə özünə münasibətdə mənfi fikir formalaşmasına səbəb olub. Ona əsasən də düşünürəm ki, Suriya problemilə bağlı artıq Cenevrə prosesinə maraq daha çoxdur. Çünki, həmin proses BMT kimi aparıcı dünya təşkilatının patronajlığı altında həyata keçirilir.

Bu fonda görünən odur ki, Moskva da Cenevrə prosesinə qoşulmaq niyyətindədir. Belə olarsa, orada Rusiyanın təklifləri yalnız İran tərəfindən müdafiə ediləcək. Hətta Türkiyə də Rusiyanın Əsəd rejimini müdafiə etməsilə bağlı göstərdiyi cəhdlərə etibar etmir. Bu halda, Suriya məsələsinin həllinə ABŞ və onun müttəfiqlərinin təsir imkanları artacaq".

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev bu günlərdə bəyan edib ki, Suriyada yaşayan kürdlər də bu ölkə üzrə yaradılan Konstitusiya Komissiyasında təmsil olunacaqlar. Hansı ki, bu məsələdə Türkiyə öz dövlət maraqlarını əsas tutaraq tamam fərqli düşünür. Onu da vurğulayaq ki, hazırki vəziyyətdə kürdlər Suriyanın şimalı da daxil olmaqla ölkənin az qala üçdə birinə nəzarət edir. Həmçinin, hazırda Suriya kürdlərinə təsir edən başlıca qüvvə ABŞ-dır.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 656   Tarix: 21 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda bu şəxslərə birdəfəlik 2 min AZN pul ödənəcək - PREZİDENTDƏN SƏRƏNCAM

Prezident İlham Əliyev 1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında Sərəncam imzalayıb

2 may
.

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi quraşdırılıb - YENİLƏNİB + VİDEO

"Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin təxminən 35 faizi 2024-cü il aprelin 26-dək yerinə yetirilib, 28 sərhəd dirəyi quraşdırılıb". AZƏRTAC xəbə

26 aprel
.

İlham Əliyevin Berlində Olaf Şolts ilə geniş tərkibdə görüşü başlayıb

Aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə geniş tərkibdə görüşü başlayıb. Bununla bağlı AZƏRTAC məlumat yayıb

26 aprel
.

Bakıda beynəlxalq forum işə başlayıb: Prezident tədbirdə iştirak edir - YENİLƏNİR + CANLI YAYIM

Mayın 1-də Bakı Konqres Mərkəzində "Sülh və qlobal təhlükəsizlik naminə dialoq" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirilir. AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev tədbirdə iştirak edir. Qeyd edək ki, Forum Azərbaycan hökumətinin təşkilatçılığı

1 may
.

Yeni təyin olunan rektor kimdir? - DOSYE

Prezident İlham Əliyev Heydər Xanış oğlu Əsədovun Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin edilməsi haqqında Sərəncam imzalayıb. yeni təyin olunan rektorun dosyesini təqdim edir:. Heydər Əsədov 1959-cu il oktyabrın 24-də anadan olub. 1978-ci ildə Bakı Sovet Ticarəti Texnikumunun Mühasiba

2 may
.

İlham Əliyevdən Xankəndi ilə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında Sərəncam imzalayıb. Bununla bağlı məlumat yayıb. Sərəncama əsasən, Nazirlər Kabineti Xankəndi Şəhər Prokurorluğunun yaradılması ilə əlaqədar həmin qurumun bina, avadanlıq, rabitə, nəqliyyat vasitələri ilə təmin edilməsi və digə

4 may
.

Prezident bir qrup rektoru təltif etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə bir qrup rektor "Heydər Əliyevin 100 illiyi (1923-2023)" yubiley medalı ilə təltif edilib. xəbər verir ki, təltif olunanlar sırasında Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov, UNEC-in rektoru professor Ədalə

1 may
.

"Almatıda keçiriləcək görüş, aparılan danışıqlar prosesinə müsbət təsir göstərəcək" - Politoloq

Xəbər verdiyimiz kimi, Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyanla Ceyhun Bayramov Almatıda görüşəcəklər. Bununla bağlı Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan məlumat verib. Bununla belə, görüşün konkret tarixi açıqlanmayıb. Məsələ ilə bağlı politoloq Məhəmməd Əsədullazad

1 may
.

Prezident icra başçısını vəzifəsindən azad etdi - YENİ TƏYİNAT

Prezident İlham Əliyev Rasim Vaqif oğlu Hüseynovun Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb. Bununla bağlı məlumat yayıb. Dövlət başçısının digər sərəncamı ilə, Ovni Mehbalı oğlu Muradov Naxçıvan Muxtar Respublikası Babə

29 aprel