Azərbaycana Gürcüstandan ucuz maşın gətirməyin ASAN YOLU

Azərbaycana Gürcüstandan ucuz maşın gətirməyin ASAN YOLUBu ilin yanvar-aprel aylarında Azərbaycana xaricdən 5 310 ədəd avtomobil gətirilib.

Dövlət Gömrük Komitəsinin yaydığı hesabata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 367 ədəd çoxdur. Avtomobillərin böyük hissəsi qonşu Gürcüstandan Azərbaycana gətirilib. Bunun isə çox da gizlin olmayan səbəbləri var. Əsas səbəblərdən biri Gürcüstanla Azərbaycanın ərazicə yaxın olmasını saymaq olar. Amma bu da tək səbəb deyil. Belə ki, Gürcüstanda digər ölkələrdən fərqli olaraq daha ucuz qiymətə avtomobil tapmaq olur. Hətta, sözügedən ölkənin Tiflis şəhərində azərbaycanlıların da çox getdiyi Rustavi maşın bazarı artıq Cənubi Qafqazda ən böyük avtomobil satış yeri kimi tanınmağa başlayıb. Elə həmyerlirlərimiz də ucuz maşın almaq istəyəndə bu ünvana üz tutur.

Gürcüstandan Azərbaycana gətirilən avtomobillərin sayında artımın olmasının başqa bir səbəbini isə "Azad Azərbaycan" radiosunun "Avtostop" verilişinin aparıcısı Tural Yusifov bildirdi.

O, Cebhe.info-ya açıqlamasında onu vurğuladı ki, Azərbaycana nə qədər çox avtomobil gətirilsə də bu əhali sayına görə azdır. Sözügedən məsələyə gəlincə isə T.Yusifov qeyd etdi ki, azərbaycanlılar əksər hallarda Gürcüstandan gətirdikləri avtomobili "rastomaşka" elətdirmir:

"Onlar ölkəyə gürcü nömrəsi ilə daxil olurlar. Azərbaycanda bir müddət sürürlər, sonra yenidən qayıdıb çıxırlar ölkədən. Bu zaman "rastamoşka" pulu vermirlər. "Avro 4" standartlarına uyğun avtomobillər alsalar, bunun "rastamoşka"sı onlara baha başa gələcək. Ona görə də, onlar ucuz başa gəlsin deyə 90 gündən bir giriş-çıxış edirlər. Bu da bizimkilərin Gürcüstandan daha çox avtomobil gətirməsini şərtləndirən amillərdən biridir".

Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında Azərbaycana gətirilən avtomobillərin 23 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 4 785 ədədi əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələridir. Həmçinin 477 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 25 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 10863   Tarix: 21 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Prezident Si Cinpinə başsağlığı verdi

Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə başsağlığı verib. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Şansi əyalətində yerləşən kömür mədənində baş vermiş partlayış nəticəsində çox sayda insanın həlak olması və xəsarət alması barədə xəbər bizi son dərəcə sarsıtdı

25 may
.

"Ölkəmizdə kənd təsərrüfatı sahəsinə daim çox böyük diqqət göstərilir" - DEPUTAT

"Ölkəmizdə kənd təsərrüfatı sahəsinə daim çox böyük diqqət göstərilir. Prezident İlham Əliyevin dünən keçirdiyi kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədəki çıxışı bunu bir daha sübut etdi". Bunu -a danışan deputat Nəsib Məhəməliyev bildirib. Deputat qeyd edib ki, cənab Preziden

26 may
.

Azərbaycan və Latviya arasındakı saziş təsdiqləndi

"Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Latviya Respublikasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş" təsdiqlənib. AZƏRTAC-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb. Xatırladaq ki, saziş bu ilin aprel ayının 22-də Bak

25 may
.

Rəcəb Tayyib Ərdoğan Zakir Həsənovla Azərbaycan hərbçilərinin qatıldığı təlimi izlədi - FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İzmirdə keçirilən "EFES-2026" çoxmillətli birgə müştərək hərbi təlimini izləyib. xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin Ofisi məlumat yayıb. Qeyd olunur ki, tədbirə çoxsaylı ölkələrdən yüksəkrütbəli hərbi rəsmilər də qatılıblar. Müşahidəçilə

21 may
.

Vladimir Putin İlham Əliyevi təbrik etdi

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. -a istinadən həmin məktubun mətnini təqdim edir:. "Milli bayram - Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosia

25 may
.

"Forumda gənclərin mesajı xüsusi diqqət çəkdi" - DEPUTAT

"BMT-nin Ümumdünya Şəhərsalma Forumu (WUF13) Bakıda rekord göstəricilərlə baş tutdu və davamlı urbanizasiya sahəsində qlobal əməkdaşlıq üçün mühüm platformaya çevrildi. Forumda 176 ölkədən 58 044 iştirakçı bir araya gəldi, onlardan 3 mindən çoxu tədbirə onlayn qoşuldu. Tədbir çərçivəsində 400-də

25 may
.

23 ay ömür sürmüş Azərbaycan Xalq Cümhuriyyəti

Yüz yeddi il bundan əvvəl - 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkəmizin həyatına böyük tarixi hadisə kimi daxil oldu. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənli

21 may
.

İlham Əliyevin sosial şəbəkə hesablarında Müstəqillik Günü ilə bağlı paylaşım edilib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 28 May - Müstəqillik Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

27 may
.

İslam Rzayev haqda - Yeni qərar

Balakənin korrupsiya cinayətlərində ittiham olunan sabiq icra başçısı İslam Rzayev yenidən hakim qarşısına çıxarılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) vəsatətinə Səbail Rayon Məhkəməsində baxılıb. Müstəntiq ağır cinayət işi üzrə ibtidai istintaqı

22 may