"Nazirə qarşı təxribatdan söhbət gedə bilməz"

"Nazirə qarşı təxribatdan söhbət gedə bilməz""Uzun illər icra strukturunda işləyən biri kimi deyə bilərəm ki, burada nazirə qarşı təxribatdan söhbət gedə bilməz".

Sonxeber.az-ın məlumatına görə, bunu Modern.az-a Milli Məclisin Aqarar siyasət komitəsinin sədri Eldar İbrahimov bölgələrdəki pambıq tarlalarında baş verən zəhərlənmələrə münasibət bildirərkən deyib.

Komitə sədri bu hadisələrlə bağlı aidiyyatı şəxslərlə əlaqə saxladığını bildirib:

"Bəlli oldu ki, dərmanlama prosesinə də düzgün riayət edilib, yəni doza həddinin aşılması baş verməyib. Sadəcə, dərmanlardan istifadə qaydalarına riayət olunmayıb, fermerlər vaxtı düzgün seçməyib. Kolxoz, sovxoz dövrlərində sahələrin kənarında işçilər üçün süd, ayran qoyulurdu, temperaturun yüksək vaxtında insanları sahəyə çıxarmırdılar. Yəni burdan sahəni dərmanlayıb, ordan camaatı işə çıxartmırdılar. Bunu sadəcə məlumatsızlıqdan ediblər. Xəstəxanalara müraciət edənlərin hamısı yüngül zəhərlənənlərdir, şükürlər olsun ki, vəziyyəti ağırlaşan olmayıb. Sadəcə, maarifləndirmə işləri gücləndirilməlidir. Mən hesab edirəm ki, maariflənmə aparılmadığından belə hallar baş verib. Hadisə baş verən rayonlarda temperatur yüksəkdir. Bu cür istidə isə insanları sahəyə çıxarmaq olmaz".

E.İbrahimov kütləvi zəhərlənmə halının əvvəllər müşahidə edilmədiyi fikirlərinə münasibəti belə olub:

"O vaxt da olurdu. Sadəcə, Sovet dövründə internet, texnika bu dərəcədə sürətlə inkişaf etməmişdi ki, ucqar bir kənddə baş verən hadisədən xəbər tutaydıq. İndi bizim jurnalistlərimiz, informasiya saytlarımız bu cür xəbərləri göydə axtarırlar ki, manşet eləsinlər. Yəni bunun əleyhinə deyiləm, verilməlidir ki, insanlar məlumatlansın, maariflənsin. Yoxsa sovet dövründə də belə hallar yaşanırdı. Xatirimdədir, hamilə qadınları pambıq tarlalarında işləməyə qoymurdular ki, ana bətnində olan uşağa zərəri olar. İndi isə fermer deyir ki, mənim məhsulumu tez əkin, tez biçin. Bu da məsuliyyətsizlikdən irəli gəlir".

E.İbrahimov nazir İnam Kərmiovun Dövlət Fitosanitar Xidmətinin rəisi Camal Quliyevin vəzifəsindən azad etməsini doğru qərar sayıb:

"Bu yerində qərardır, düz edib. Demək bu İnam müəllimin işinə məsuliyyətlə yanaşmasından irəli gəlir. Təzə nazir bölgələrə səfər edir, yerlərdə insanlarla görüşür, onların şikayətlərini özlərindən dinləyir".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 777   Tarix: 21 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

""Bakı Prosesi" mədəniyyətlərarası dialoqu təşviq edir" - Əhliman Əmiraslanov

"Ölkəmizdə "Sülh və qlobal təhlükəsizlik naminə dialoq" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. Bildiyimiz kimi, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu dövlətimizin başçısı cənab İlham Əliyevin təşəbbüsü ilə reallaşan "Bakı Prosesi"nin tərkib hissəsidir

2 may
.

Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO

Üç aydan çoxdur yanğın baş verən Respublika Perinatal Mərkəzi tam olaraq fəaliyyətini bərpa etməyib. Yanğın zamanı ciddi ziyan dəyən binanın üçüncü və dördüncü mərtəbəsindəki şüşələr yeniləri ilə əvəzlənsə də, yanğının çıxdığı yenidoğulmuşların intensiv terapiya bölməsində təmir işləri tam yekunlaşmayıb

2 may
.

Bazar günü imtahan olacaq

Mayın 5-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirəcək. Dövlət İmtahan Mərkəzindən (DİM) -a verilən məlumata görə, imtahanlar 15 şəhər və rayonda təşkil olunur və 11 943 nəfərin iştirakı nəzərdə tutulur. 2024-cü il mayın 5-də əvvəlki illərin məzunları üçün orta ixtisas təhsil

2 may
.

Ər-arvad arasında bölünməyən əşyalar hansılardır?

Nikah pozularkən ər-arvadın hər birinin ayrıca əmlakı sayılan, əvəzsiz əqdlər əsasında əldə olunmuş və yaxud da şəxsi vəsait hesabına alınmış əşyalar bölünə bilməz. Qaynarinfo xəbər verir ki, bunu Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimi Zaur Əliyev bildirib. Hakim qeyd edi

2 may
.

Hitlerin sağ əlinin evindən vəhşiliyin izləri TAPILDI - FOTO

Adolf Hitlerin sağ əli, Milli Sosialist Alman Fəhlə Partiyasının qurucusu Hermann Görinqin evindən əlləri və ayaqları kəsilmiş insan skeletləri tapılıb. xarici mənbəyə istinadən xəbər verir ki, sözügedən skeletlərdən birinin körpəyə aid olduğu açıqlanıb. Hitlerin hərbi qərargahının bağçasındakı "Qur

2 may
.

Sumqayıtda 15 yaşlı qız itkin düşüb

Sumqayıtda 15 yaşlı qız itkin düşüb. "Report" xəbər verir ki, Sumqayıt şəhər sakini, 2009-cu il təvəllüdlü Aylin Müşviq qızı Hüseynova Kimyaçılar qəsəbəsində yaşadığı evdən çıxıb gedib və geri qayıtmayıb. Faktla bağlı polisə məlumat verilib

2 may
.

"DİM məntiq fənnindən olan test tapşırıqlarının çətinliyini bir qədər azaltmalıdır" - Ekspert

Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin magistraturalarına 28 aprel 2024-cü il tarixində keçirilmiş qəbul imtahanının qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqlar (95 tapşırıq) üzrə nəticələrini ötən günlərdə elan edib. Bir çox namizənd bu imtahanın çətin olduğundan şikayətlənib. Məsəl

2 may
.

Tavuşdakı aksiyalara Azərbaycan polisi müdaxilə edə bilər? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Bu gün səhər saatlarından etibarən Ermənistanın Tavuş rayonunun Kirants kəndində etirazçılar yolu bağlayıblar. Hadisədən qısa müddət sonra hadisə yerinə polislər cəlb olunublar. Aparılan əməliyyat nəticəsində 31 nəfər saxlanılaraq Tavuş Rayon Polis Bölməsinə aparılıb. Bildiyimi

2 may
.

Sürücülər üçün VACİB AÇIQLAMA : İyulun 1-dən bu avtomobillər taksi kimi fəaliyyət göstərə biləcək

Nazirlər Kabinetinin qərarı ilə taksi minik avtomobilləri ağ və ya qırmızı rəngdə olmalıdır. Bu qərar 2024-cü il iyulun 1-dən qüvvəyə minir. Eyni zamanda buraxılış ili 15-i keçən avtomobillər taksi kimi fəaliyyət göstərə bilməyəcək. Bu isə öz növbəsində nə qədər insanın taksi kimi fəaliyyət göstərməməs

2 may