"Bu, ömrümün ən faciəli anları olub" - Əməkdar artist

"Bu, ömrümün ən faciəli anları olub" - Əməkdar artistƏməkdar artist Şövqü Hüseynov milli.Az-a müsahibə verib.

Həmin müsahibəni təqdim edirik:
- Şövqü bəy, ilk öncə, sizi salamlayıram. Son iki ay sənətinizdə bir çox uğurlara imza atmısız. Bu günlərdə də bir festivaldan uğurla qayıtmısız. İstərdim söhbətimizə elə məhz bu uğurlardan danışmaqla başlayaq.

- Təşəkkür edirəm diqqətinizə görə, təşəkkür edirəm teatrdan danışmağınıza görə. Ən önəmlisi odur ki, kimsə mənimlə teatrdan danışır. Bundan böyük, xoş hiss yoxdur. May və iyun ayı mənim üçün böyük hərflə desək, "dəhşətli" bir ay oldu. May ayında 3 primyeramız oldu, təkcə may ayında 3 beynəlxalq festivalda iştirak etdim. Təbrizin Beynəlxalq Teatr festivalında münsiflər heyətində iştirak etdim. Bizim baş rejissorumuz Bəhram Osmanov da orada ustad dərsləri keçdi. Mayın 10-16 arası Makedoniyada keçirilən 20-ci Beynəlxalq mono dram festivalında iştirak etdik. Daha sonra Kazanda Beynəlxalq Teatr Festivalında olduq. Sonuncu festivalımız isə Ukraynada oldu. Ən böyük uğurum isə "Qran-pri" mükafatı almağım oldu. Çox sevinirəm ki, teatrı mono tamaşamla bir çox ölkələrdə təbliğ edirəm.

- Gəlin razılaşaq ki, "Kontrabas" mono tamaşası sizə böyük uğur gətirdi. Bu uğurun sirri nədədir?

- "Kontrabas" mənim ikinci mono tamaşamdır. Bu tamaşanı mən 21 ildir ki, oynayıram. Mono tamaşaları mən tələbəlik illərimdən oynayıram, yenə də oynayacağam. Ona görə yox ki, bu mono tamaşalar repertuara daxil olacaq, hansısa festivala gedəcək. Sadəcə, bu prosses mənim üçün çox maraqlıdır. Bəzən özüm tək işləyirəm, bəzən isə rejissor ilə. Çox istərdim ki, mono tamaşalar festivalı Azərbaycanda da olsun.

- Mono tamaşa elə bir tamaşadır ki, səhnədə çaşsanız da, bir sözü əlavə desəniz də, özünüz öz səhvinizi düzəldirsiniz. Çünki səhnədə təksiniz. Bu, çətin deyil?

- Əlbəttə ki, çox çətindir. Mono tamaşanı oynayan insana böyük tamaşada oynamaq daha rahat gəlir. Bizim sənətimiz, ümumiyyətlə, əsəbi, çətin sənətdir. Bu kimi tamaşalar həmişə formada qalmağa, sənətlə məşğul olmağa kömək edir.

- Qeyd etdiniz ki, 21 ildir "Kontrabas"ı oynayırsız. Hər dəfə eyni oynayırsınız, yoxsa bu illər ərzində müəyyən ştrixlər əlavə etmisiz?

- Yaş üstünə yaş gəlir. Əlbəttə ki, müəyyən əlavələr olur. Dünyaya baxış dəyişir. Orda elə problemlər var ki, gənc vaxtı mən onları başa düşmürdüm, indi daha yaxşı başa düşürəm. O problemləri hətta həyatda da mən özüm yaşayıram. Zaman keçdikcə mənə elə gəlir ki, daha dəqiq oynayıram.

- Məşədi İbad rolunu adətən aktyorlar yaşa dolanda oynayırlar. Bu, kimin təşəbbüsü idi ki, bu obrazı siz oynamalısınız?

- Bu təşəbbüs, əlbəttə ki, Musiqili teatrın direktoru Əliqismət Lalayevdən və rejissor Cənnət Səlimovadan gəldi. Çox sevinirəm ki, böyük etimad göstərdilər mənə. Nə qədər imkan var bu obrazı oynayacağam. Çünki Məşədi İbadı 80 yaşında da oynamaq olur.

- Deməli, gələcəyinizi fikirləşib bu obrazı seçmisiz?

- Xeyr, mən obraz seçmirəm. Uşağa paltar alanda bir-iki ölçü böyük alırlar ki, bir neçə il geyinə bilsin. Obraz da o cür. Mənə verilən rolların bir çoxu belə olub. Yaşıma uyğun çox az rol verilib mənə. Mən 20 yaşımda "Danabaş kəndinin əhvalatları" tamaşasında qazini oynamışam. Halbuki bu obrazın 80 yaşı var idi. Mənim üçün tamaşada özünü oynamamaq, başqa biri olmaq daha maraqlıdır. Onu da deyim ki, istənilən rola özündən nələrsə əlavə edib, özününkü etməyi bacarmalısan. Elə rol var idi ki, elə bilirdim ki, öz taleyimi oynayıram.

- Tamaşaçını səhnədən aldatmaq olur?

- Xeyr, bu mümkün deyil. Hansı aktyor desə ki, tamaşaçını aldadıram inanmayın. Aldada bilər, o da bir dəfə. Kassadan bilet alıb gələn tamaşaçını aldatmaq olmur. Mən onu necə aldada bilərəm? Mən xoşlamıram qohumumu, yaxınımı tamaşalara dəvət edim. O, nə qədər olsa da mənə pis deməyəcəyək. Mənə məni tanımayan tamaşaçının fikri önəmlidir. Cənnət xanım deyirdi ki, tamaşa tamaşaçı ilə aktyor arasında bir müharibədir. Ya sən qalib gələcəksən, ya da ki tamaşaçı. Bəzən elə olub ki, "paklona" çıxmamışam və hətta töhmət də almışam. Niyə? Çünki mən yox, tamaşaçı qalib gəlib. Bu, ömrümün ən faciəli anları olub.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Mədəniyyət   Baxılıb: 1551   Tarix: 28 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Səkinə İsmayılova aparıcılardan narazıdır: "Dəhşətdir, ayıbdır"

"Efirə az çıxıram. Özümü harada görürəmsə ora gedirəm". Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Səkinə İsmayılova "Zaurla Günaydın" proqramında deyib. Xanəndə aparıcılardan gileylənib. O bildirib ki, sənətkarları yeni oxumağa başlayanlardan fərqləndirmirlər. S.İsmayılov

27 fevral
.

Məşhur serialın meksikalı aktrisa vəfat edib

Məşhur serialın meksikalı aktrisa Renata Flores 74 yaşında vəfat edib. Qeyd edək ki, Renata Flores bir zamanlar çox populyar olan "Vəhşi qızılgül" (Dikaya roza) teleserialında xadimə Leopoldina rolu ilə tanınıb

10 fevral
.

Şair Əli Kərimin oğlu vəfat etdi

Tanınmış alim Paşa Kərimov vəfat edib. AMEA-dan -a verilən xəbərə görə, professor ömrünün 65-ci ilində dünyasını dəyişib. Qeyd edək ki, görkəmli filoloq, ədəbiyyat tariximizin tədqiqatçısı, mətnşünas, "Tərəqqi" medallı alim, Azərbaycan Yazıçılar Birliyinin üzvü, AMEA-nın Məhəmməd Füzuli adın

25 yanvar
.

Xalq artisti: "Ulduz xəstəliyinə tutulublar, elə bilirlər ki, oxumasalar da, aktyordurlar"

"Çəkildiyim bütün filmləri, serialları başa vurmuşam. "Alatava"da çəkildim. Düzdür, Stanislavski deyib ki, rolun böyüyü-kiçiyi yoxdur, amma mənim üçün böyüyü də var, kiçiyi də. Mən burada kiçik bir rolda oynadım, 3-4 seriyada varam. Əlixan Rəcəbovla bu rola bir çalar verə bildik. Komediyad

29 fevral
.

"Avroviziya" şərhçimiz bəlli oldu

"Avroviziya-2024"​ beynəlxalq mahnı müsabiqəsinin Azərbaycandan builki şərhçisinin kimliyi açıqlanıb. İctimai Televiziya və Radio Yayımları Şirkətinin Mətbuat Xidmətindən "Qaynarinfo"ya verilən məlumata görə, müsabiqədə şərhçi tanınmış televiziya və radio aparıcısı Nurlana Cəfərov

4 aprel
.

Xalq artisti: "Nazirlik bilir ki, mənə qarşı haqsızlıq olub, amma hələ susur"

"Mədəniyyət Nazirliyi bilir ki, mənə qarşı haqsızlıq olub, amma hələ susur". Bunu "Qaynarinfo"ya açıqlamasında Xalq artisti Məzahir Süleymanov deyib. Aktyor bu haqsızlığın Sumqayıt Dövlət Dram Teatrından qaynaqlandığından danışıb:. "80 yaşım tamam olub. Amma Sumqayıt Dövlət Dra

13 mart
.

Mono Liza niyə "terror" olunur? – 6 hücumun gizlinləri

Xəbər verdiyimiz kimi Parisdəki Luvr muzeyində Leonardo da Vinçinin məşhur "Mona Liza" tablosunun üzərinə şorba töküblər. Məlum olub ki, hadisəni ekoloji fəallar törədib. "Frans Press" agentliyi məlumat yayıb. "Bazar günü səhər saatlarında iki ətraf mühit fəalı Luvrda "Mon

30 yanvar
.

Onlar 40 yaşından sonra iş tapa bilmirlər...

"Tanınmış bir balet ustası ilə söhbət edirdim, dəhşətə gəldim. Əvvəllər balet artistləri 40 yaşında təqaüdə çıxırdı, onu da 65 ediblər. Ay camaat, ayaqları artıq 40 yaşında şikəst olan 65 yaşına qalar?" . "Qafqazinfo" xəbər verir ki, bu məsələni gündəmə jurnalist İlqar Əlfioğlu gətirib

2 fevral
.

Sabiq rəisə 10 il həbs - General rütbəsi alınacaq

Naxçıvan Muxtar Respublikası Penitensiar Xidmətinin sabiq rəisi general-mayor Tofiq Həsənovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Naxçıvan Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub. Hökmə əsasən, Tofiq Həsənov külli miqdard

3 aprel