Bakıdakı "cərimə meydançası"ndakı yanğına görə DYP sərt tənqid edildi

Bakıdakı "cərimə meydançası"ndakı yanğına görə DYP sərt tənqid edildiYol-nəqliyyat məsələləri üzrə tanınmış ekspert, hüquqşünas Ərşad Hüseynov iyunun 29-da Bakıdakı el arasında "cərimə meydançası" deyilən Dövlət Yol Polisinin (DYP) mühafizə olunan duracağında yanğının baş verməsi ilə bağlı sərt tənqidi fikirlər bildirib.

"Cərimə meydançası"nda baş vermiş yanğının 2 ciddi problemi bir daha qabartdığını qeyd edən ekspertin fikrincə, əvvəla duracaq lazımi səviyyədə mühafizə olunmayıb:

"Camaatın "cərimə meydançası" dediyi həmin yerin rəsmi adı "DYP-nin mühafizə olunan duracağı"dır. Bəli, mühafizə olunan. Amma təkcə avtomobillərin öz sahiblərindən mühafizə olunması mənasında yox, həm də sözün geniş mənasında, hərtərəfli mühafizə, o cümlədən yanğından mühafizə. Lakin hadisə yerindən çəkilən fotolardan görünür ki, oranı hətta ot-cəngəl basıb. İndiki 40 dərəcəlik istidə də həmin qurumuş otlara, sadəcə, söndürülməmiş siqaret kötüyü də bəs edir ki, belə yanğın olsun. Həmin meydançada nəinki asfalt örtük, hətta onun üstündə avtomobillərin duracağa qoyulma yerini bildirən xətlər və digər abadlaşma əlamətləri də olmalıydı. Özü də bunu etmək çətin deyil axı".

Ə.Hüseynov avtomobillərin çoxunun guya atılmış olması ilə bağlı bəhanələrə də münasibət bildirib: "Deyilir ki, yanan avtomobillərin çoxu sahiblərinin maraqlanmadığı, yəni atılmış avtomobillərdir. Amma yenə fotolardan görünür ki, orada yararlı və normal qiymətli avtomobillər də olub. Tutaq ki, orada, doğrudan da, sahiblərinin dalınca gəlmədiyi avtomobillər olub. Dünyanın hər yerində belə atılmış, faktiki sahibsiz avtomobillərin çıxdaş edilməsinin və utilizasiyasının dəqiq hüquqi mexanizmi var. Bizdə isə bu, hələ yada düşmür... Yəqin növbəti belə yanğın baş vermədən bu və digər problemlər həll edilər".

Qeyd edək ki, iyunun 29-da DYP-nin Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsində yerləşən 11 saylı mühafizə olunan duracağında yanğın baş verib. İlkin məlumata görə, hadisə nəticəsində 50-yə yaxın avtomobil yanıb. Onların bəziləri tam, bəzilərinin isə bir qismi yanıb. Yararsız vəziyyətə düşən maşınlar arasında "BMW", "Niva" və "VAZ"lar da var.

FHN-nin rəsmi məlumatına görə isə, avtomobil dayanacağı kimi istifadə olunan ərazidə 3,7 ha quru ot və 51 ədəd müxtəlif markalı minik avtomobilinin (əksəriyyəti qəzaya uğramış və istismara yararsız vəziyyətdə olan) yanar hissələri yanıb. Ərazidə olan təxminən 200 ədəd müxtəlif markalı minik avtomobili və yaxınlıqdan keçən neft boru kəmərləri yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb./milli.az


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 1383   Tarix: 30 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Atasının dəfn mərasimində yaşadığı hadisə qadını ikinci dəfə sarsıtdı - VİDEO

Atasının dəfn mərasimində 600 min TL dəyərində qızıl-zinət əşyalarının oğurlandığını iddia edən qadın yaşadığı hadisəni sosial şəbəkədə paylaşdığı video ilə gündəmə gətirib. türk mediasına istinadən xəbər verir ki, ağrılı günlərində belə bir hadisə ilə üzləşməyin onları bir daha yıxdığını deyən qadın

19 dekabr
.

İştahsız pişiklərini baytara aparan cütlük görün nəylə üzləşdilər

Türkiyənin Mersin şəhərində pişiklərini baytar müayinəsinə aparan cütlük gözləmədikləri bir həqiqətlə üzləşib. Ramazan Alper İlten və nişanlısı Fatma Zühal Yurdagül qar gəzintisi üçün Toroslar rayonunun yüksək dağlıq ərazisində yerləşən Arslanköy məhəlləsinə gediblər. Gəzinti zamanı mehriban davranışlar

17 dekabr
.

Ferması yanan kişinin sözləri diqqət çəkib

Türkiyənin Bolu vilayətinin Mudurnu rayonunda Niyazi Cengizə məxsus boş hind quşu fermasında baş verən yanğın yanğınsöndürənlərin müdaxiləsi ilə nəzarət altına alınıb. türk mediasına istinadən xəbər verir ki, Mudurnunun Hacıhalimlər kəndində yerləşən və 7 min tutumlu olan boş hind quşu fermasında naməlu

18 dekabr
.

Oğurladıqları telefonun siqnal vasitəsi ilə aşkar edilməməsi üçün görün nə etdilər

İstanbulun Beyoğlu rayonunda dörd oğrunun oğurladıqları mobil telefonun yerinin müəyyən edilməməsi üçün onu alüminium folqa ilə bükdüyü məlum olub. türk mediasına istinadən xəbər verir ki, hadisə rayonun Kuloğlu məhəlləsində baş verib. Aprelin 6-da gecə saatlarında yolda hərəkət edən İrfan Y.-nin arxasınc

16 dekabr
.

Həmin balıqçı bir ay əvvəl evlənibmiş - VİDEO

Xəbər verdiyimiz kimi Astara rayonunun Şahağac kəndi yaxınlığında balıq tutmağa gedən iki nəfərin meyiti tapılıb. xəbər verir ki, onlardan biri 199-cu il təvəllüdlü Ağadədə Həsənov, digəri isə 1997-ci il təvəllüdlü Həsənov Turan Eyvaz oğludur. Turanın bir ay əvvəl evləndiyi bildirilir və sosial şəbəkələrd

20 dekabr
.

Maşınına asdığı nömrənin cəzası ağır oldu! - VİDEO

Antalyanın Konyaaltı rayonunda bir sürücünün maşının nömrəsinin üzərinə yazdırdığı "07 TRANS 07" yazısı sosial şəbəkələrdə gündəm olub. türk mediasına istinadən xəbər verir ki, Konyaaltı rayonunda hərəkətdə olan avtomobilin görüntüləri qısa zamanda sosial mediada geniş yayılaraq müzakirələr

19 dekabr
.

Azərbaycanda bu tarixdə 12 DƏRƏCƏ ŞAXTA OLACAQ - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Son xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Məlumata əsasən gecə və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündü

20 dekabr
.

Ömrü Sultani ilə məsələdə adı hallanan hospitaldan cavab: "Bizdə nə müalicə alıb, nə də ölüb" - YENİLƏNİB

Ömrü Sultani kimi tanınan bloqer Tünzalə Sultanovanın vəfatı ilə bağlı məlumatlar reallığı əks etdirməyib. "EGE Hospital"ın icraçı direktoru Rafael Əliyev -a verdiyi açıqlamada yayılan məlumatları təkzib edib. O qeyd edib ki, Tünzalə Sultanova "EGE Hospital"da müalicə almayıb:. "Tünzal

20 dekabr
.

Silahlı dava: ata öldü, oğlu və qardaşı oğlu yaralandı - VİDEO

Türkiyənin Kayseri şəhərində baş verən silahlı insidentdə bir nəfər həyatını itirib, iki nəfər isə yaralanıb. türk mediasına istinadən xəbər verir ki, hadisə saat 15:30 radələrində Organize Sənaye Bölgəsinin 22-ci küçəsində, boş bir ərazidə qeydə alınıb. Ethem Tatlı, oğlu M.T. və qardaşı oğlu V.T. il

18 dekabr