Gündə 500 kalori yandırmağın 10 YOLU
Uzun müddətdir azad olmaq istədiyiniz artıq çəkilərinizdən yemək və hərəkət vərdişlərinizi dəyişdirərək xilas olmanız mümkündür. Hər birimiz bilirik ki, bədənimizdəki yağlardan qurtulmadığımız müddətcə arıqlamaq da bir xəyal olur. Sağlıqsız pəhrizlərə üz tutmaqdansa heç bir pəhriz saxlamadan gündə 500 kalori yandırın.
Daha sağlam, enerjili, fit bir bədən üçün izləməli olduğunuz 10 yolu təqdim edirik.
Daha kiçik tikələr
Nəyi nə qədər yeməli olduğunuzu bilmək çox vacibdir. Əgər hər dəfə çox yemək yeyir və sonra da bundan şikayət edirsinizsə, kiçik boşqablarda yemək yeyin. Nə qədər böyük boşqab istifadə etsəniz, boşqabı bir o qədər doldurmaq istəyəcəksiniz. Kiçik boşqabları seçin və artıq çəkilərə meydan oxuyun!
Üç böyük tələ
Qidalanmasına diqqət edən, arıqlamağa çalışan şəxslərdən bu cümləni həmişə eşidirik: "Şəkər, un və duzdan uzaq dururam". Maddələr mübadiləsi və bədənə mənfi yöndən təsir edən şəkər, un və duzu tamamilə həyatınızdan çıxarmaqla kaloriləri də kənara atmış olursunuz. Ürək və böyrək sağlamlığını təhlükəyə atan bu üç qida həm də şəkər, piylənmə və təzyiq kimi narahatlıqlara yol açır. Un, duz və şəkəri həyatınızdan yavaş-yavaş çıxarın.
Hərəkətə keçin
Sağlam bir bədən üçün hərəkət etmək də qidalanmaq qədər çox vacibdir. Tənbəlliyinizi kənara buraxıb, bütün işlərinizi "dabana qüvvət" deyib, həll etməniz lazımdır. Hər hansı bir ayaq probleminiz yoxdursa, lift yerinə pilləkəndən istifadə edin, yaxın məsafələrə maşınla getməyin. Telefon danışığını oturaraq deyil, yeriyərək həll edin.
Tez-tez piyada gəzintilərinə çıxın, bir yerdə saatlarla oturmamağa çalışın. Gün ərzində yandırdığınız 350 kalorini bir az daha hərəkətli olaraq 500-ə kimi qaldıra bilərsiniz.
Qazlı içkilərə yox deyin
Ən sevdiyiniz yeməyi yeyərkən yanında içdiyiniz qazlı içkinin sizə nə qədər zövq yaşatdığını yaxşı anlayırıq, ancaq bu qazlı içkilər maddələr mübadiləsinə zərər verməklə yanaşı kalori miqdarını artırır. Qazlı içkilərin varlığını unudub, sadəcə su için.
Şirniyyat yerinə su için
Bir çoxumuz hər nə qədər sağlam qidalanmağa çalışsaq da, şirniyyata olan sevgimizi boğa bilmirik. Ancaq unutmayın ki, o dadlı görünən şirniyyatların içində böyük bir kalori dünyası var.
Şirniyyat sevgisinə qarşı gəlmək üçün başqa alternativlərinizin olduğunu bilirsiniz. Məsələn, bir ədəd banan, ya bir alma, bəlkə də bir neçə ədəd çiyələk. Ancaq hər şeyin çoxunun zərərli olduğunu unutmadan meyvə qəbulunda həddi aşmayın.
Televizordan uzaq durun
Bütün günü işdə yorulmusunuz, evə gedib ayaqlarınızı uzadıb televizora baxmağın xəyalını qurursunuz. Ancaq nə qədər yorğun olursunuz olun, etməli olduğunuz ilk iş yarım saatlıq idman, ya da piyada gəzintidir. Televizorda verilən yemək reklamları iştahanızı artıra bilər. İradənizi toparlayın.
Mədənizi dinləyin
Artıqdan yediyiniz hər qida sizə əlavədən kalori qazandırır. Üstəlik aldığınız artıq kalori kimi doymuş mədəyə yeməyi basmaq ona zərər vermiş olacaq. Spazm, mədə sallanması, ya da qarın ağrısı ilə qarşı-qarşıya qala bilərsiniz.
Yemək yeyərkən bir yandan da mədə və orqanizmin siqnallarını önəmsəyin. Çox doyduğunuzda mədəni dinləmədən yeməyə davam etmək mədəni ağrıda bilər.
Quru çərəzə qadağası
Sağlam şəkildə enerji qazanmaq istəyənlərin ən sevimli qidası quru çərəzlərdir. Hər nə qədər yaxşı enerji qaynağı olsa da, əsasən qovrulmuş quru çərəzlərdən uzaq durmalısınız. Gecə yeməyin. Gecə yediyiniz hər qida sizə yağ, kalori olaraq geri dönür. Qovrulmamış quru çərəzləri yeyərək, daha az kalori almış olursunuz.
Yeyin və qalxın
Ta əzəldən yeməyi bitirdikdən sonra süfrə başında söhbət etməyi çoxumuz sevirik. Boşqabdakını yeyib bitirəndən sonra süfrədən bir şeylər tapıb ağzımıza atmaq hər birimizin vərdişidir. Sizcə, bu vərdişi dəyişdirməyin vaxtı deyilmi?
Ən yaxşısı boşqabınızdakı yeməyi bitirib süfrədən qalxmanızdır.
Neçə kalori?
Yediyiniz hər qidada nə qədər kalori olduğunu öyrənin. Günorta yeməyində çox kalori yemiş olsanız, bunu hesablayıb axşam yeməyində ona uyğun ölçü götürə bilərsiniz.
aile.lent.az
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakıda bu ərazidə yeni bulvar salınacaq
Məktəblilər 10 gün DƏRSƏ GETMƏYƏCƏK - SƏBƏB
Bu bitki evə şanssızlıq və bədbəxtlik gətirir
Hava ilə bağlı növbəti - Xəbərdarlıq
Öldürülən 20 yaşlı Ümid 1 həftə əvvəl evlənibmiş - Yenilənib
Ərini qonşusu ilə yataq otağında tutan qadının çəkdiyi videonu görən hər kəs şok olur - VİDEO
Təsadüfən tapdığı bu daşı 50 minə satışa çıxardı
Bakıya gətirilərkən yolda öldü - Foto
Çiyələyi yumağın doğru yolu: bilmədiyiniz vacib detallar
Sevgilisini matça aparan kişi həyatının şokunu yaşadı - VİDEO
Sumqayıtda kuryoz hadisə: Bu obyekt kimindir? (VİDEO)
Hava ilə bağlı əhaliyə - Müraciət
Sabah yağış yağacaq, şimşək çaxacaq
Ziya Məmmədov illər sonra toyda göründü - Foto
Yemək yeyəndə etdiyimiz bu səhv ürəyi MƏHV EDİR