"Sabitliyi pozmağa çalışan saytlar və şəxslər məsuliyyətə cəlb olunmalıdır"

"Sabitliyi pozmağa çalışan saytlar və şəxslər məsuliyyətə cəlb olunmalıdır""İqtisadi, siyasi, hərbi, diplomatik cəhətdən inkişaf edən və möhkəmlənən Azərbaycana sarsıdıcı zərbələr vuraraq onu hər hansı bir şəkildə təsir altına salmaq artıq mümkün deyil".

Bu sözləri Publika.az-a millət vəkili Aydın Mirzəzadə Gəncə hadisələrinə münasibət bildirərəkən deyib. O bildirib ki, həyat mübarizədir və bu mübarizə hər mərhələdə daha çətinləşir.

Azərbaycan öz müstəqilliyini qazandıqdan sonra onu öz təsiri altına salmaq istəyən qüvvələrin sayı da artıb: "Xarici dairələr çoxdandır ölkəmizi təsir altına salmaq üçün dəridən-qabıqdan çıxır. Bu gün Azərbaycanın daxilində xarici qüvvələrin maraqlarına xidmət edən hər hansı bir təşkilat, qurum fəaliyyət göstərmir. İqtisadi, siyasi, hərbi, diplomatik cəhətdən inkişaf edən və möhkəmlənən Azərbaycana sarsıdıcı zərbələr vuraraq onu hər hansı bir şəkildə təsir altına salmaq artıq mümkün deyil. Bu gün Azərbaycan beynəlxalq aləmdə öz nüfuzlu yerini tutmaqdadır. İdeoloji mübarizə isə hələ də qalmaqdadır, çünki ölkə daxili proseslərə müdaxilə edərək, onları öz mənafelərinə uyğun şəkildə dəyişməyə çalışan qüvvələr hələ də mövcuddur. Bu isə Azərbaycan vətəndaşında fikir qarışıqlığı yaratmamalıdır. Ölkəsinə olan sevgini, qayğını əksiltməməlidir. Bu gün sosial şəbəkələrdə idarəçiləri bilinməyən,çoxsaylı üzvləri olan səhifələrdə, qruplarda, eləcə də xaricdən maliyyələşən bir sıra saytlarda yayılan qərəzli materiallar insanlarda çaşqınlıq yaratmamlıdır. Gəncə hadisələri çox əvvəldən planlaşdırılmış bir proses idi. Təəssüf ki, insan ölümü ilə nəticələnən bu hadisədə zərərli çıxan yenə əhali oldu. Aksiyadan sonra da müəyyən saytlar, sosial şəbəkə istifadəçiləri prosesləri fərqli təsvir etməyə çalışdılar. Amma bununla belə inanların çox az qismi bu xaosa aldandı, xalqımız hadisələrin gedişatını normal şəkildə analiz edə biləcək qədər ağıllıdır".

A.Mirzəzadə onu da qeyd edib ki, ölkədə sabitliyi pozmağa yönələn hadisələrdən istifadə edən saytlar və şəxslər hər biri qanunun tələblərinə uyğun olaraq məsuliyyətə cəlb olunmalıdır: "Təbii ki, biz demokratik ölkədə yaşayırıq və bütün bu proseslərə hüquqi yollarla cavab veriləcək. İrticaçı, gərginlik yaratmağa çalışan saytların fəaliyyətini dayandırmaq mümkündür. Xarici ölkələrdən maliyyələşən saytların da qısa müddətdə fəaliyyəti dayandırılacaq. Bununla yanaşı Azərbaycana qarşı təxribat xarakterli məlumatlar yayan saytların maliyyələşdiyi ölkələrin məhkəmələrinin qərarı ilə həmin saytların hüquqi yollarla faəliyyəti dayandırılır. Qanunvericilikdə bu istiqamətdə kifayət qədər güclü maddələr qeyd edilib. Lakin ehtiyac olarsa, bu istiqamətdə qanunvericilikdə dəyişikliklər nəzərə alına bilər".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 660   Tarix: 13 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ölkə başçısının növbəti humanist addımı

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra keçən 34 il ərzində ölkədə 12 dəfə amnistiya aktı qəbul edilib və həmin aktlar ümumilikdə 70 min şəxsə şamil olunub. İlk amnistiya elə Azərbaycanın müstəqilliyinin bərpası münasibətilə qəbul edilmişdi. Bu amnistiya aktlarının əksəriyyəti İlham Əliyevi

18 dekabr
.

2025-ci ildə yüksək vəzifəyə təyin olunan məmurlar (SİYAHI)

2025-ci ili başa vurmaq üzrəyik. Bu il siyasi sferada bir sıra yeniliklərlə, ələxüsus da bəzi məmurların yüksək vəzifəyə təyinatı ilə yadda qaldı. Bizim.Media 2025-ci ildə yüksək dövləti vəzifələrə təyinat alan şəxslərin siyahısını hazırlayıb. Həmin siyahını təqdim edirik:. Samir Şərifov. Prezidenti

18 dekabr
.

Prezidentdən Heydər Əliyevin anım günü ilə bağlı - Paylaşım

Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib. "Qafqazinfo" paylaşımı təqdim edir:

12 dekabr
.

"Prezident İlham Əliyevin Slovakiyaya səfərinin siyasi-iqtisadi üstünlükləri ilə yanaşı, diplomatik əhəmiyyəti də yüksəkdir" - DEPUTAT

"Dünən Azərbaycan Prezidenti İlham Əliyevin Slovakiyaya ilk rəsmi səfəri baş tutub. Bu səfər hər iki ölkə arasındakı münasibətlərin yeni mərhələyə keçdiyini göstərən mühüm tarixi hadisədir. Prezident İlham Əliyevin Slovakiyaya səfəri bu ölkənin Prezidentinin dəvəti ilə gerçəkləşib. Bu səfər ik

10 dekabr
.

Abbas Abbasov təcili Rusiyaya qayıtdı

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən istintaqa cəlb edilən və barəsində axtarış elan olunan Baş nazirin sabiq birinci müavini Abbas Abbasov Türkiyədən Rusiyaya yollanıb. -ya istinadən xəbər verir ki, A. Abbasov bir neçə ay öncə Türkiyədə yaşayan övladlarının yanına gedib və İstanbulda qalırmış. Abba

17 dekabr
.

"Aİ Venesuela dosyesini bağlamır, sadəcə dondurulmuş vəziyyətdə saxlayır" - AÇIQLAMA

Avropa İttifaqı (Aİ) Şurası Venesuelaya qarşı məhdudlaşdırıcı tədbirlərin müddətini 10 yanvar 2027-ci ilə qədər uzatmaq qərarına gəlib. Sənəddə qeyd edilib ki, hazırda siyahıda aktivləri dondurulmalı olan 69 nəfər var. Onlara birbaşa və ya dolayı yolla vəsait, eləcə də, iqtisadi resurslar təqdim etmə

15 dekabr
.

"Azərbaycanın uğurlu diplomatiyası milli maraqlarla qlobal məsuliyyəti mükəmməl uzlaşdıran nümunəvi modeldir" - AÇIQLAMA

"Azərbaycan Respublikası Prezident İlham Əliyevin uzaqgörən rəhbərliyi altında həyata keçirilən xarici siyasət kursu ölkəmizin dünya birliyinə inteqrasiyasını sürətlə gücləndirir və beynəlxalq aləmdə etibarlı tərəfdaş imicini möhkəmləndirir. Hazırda prioritet addımlar arasında ikitərəfli və çoxtərəfl

15 dekabr
.

"Ramiz Mehdiyev işində bir daha məlum oldu ki, özünü xalq fədailəri kimi göstərənlər əslində yalnız öz mənfəətlərini güdürmüşlər" - DEPUTAT

"Uzun illər ərzində xarici anti-Azərbaycan qüvvələrinin əlində oyuncaq olan və onlar tərəfindən idarə edilən Əli Kərimli və onunla eyni mənsəbə qulluq edən digər "milli" satqınlar hər zaman Azərbaycanın əldə etdiyi böyük tarixi qələbələrə kölgə salmaq və xarici mərkəzlərin bu yöndə apardığ

16 dekabr
.

Prezidentdən 1,4 milyonluq - Sərəncam

Abşeron rayonunun Hökməli və Qobu qəsəbələri ərazisində avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 1,4 milyon manatı ayrılıb. "Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Maliyyə Nazirliyin

19 dekabr