2025-ci ildə yüksək vəzifəyə təyin olunan məmurlar (SİYAHI)

2025-ci ildə yüksək vəzifəyə təyin olunan məmurlar (SİYAHI)2025-ci ili başa vurmaq üzrəyik. Bu il siyasi sferada bir sıra yeniliklərlə, ələxüsus da bəzi məmurların yüksək vəzifəyə təyinatı ilə yadda qaldı.

Bizim.Media 2025-ci ildə yüksək dövləti vəzifələrə təyinat alan şəxslərin siyahısını hazırlayıb.

Həmin siyahını təqdim edirik:

Samir Şərifov

Prezidentin 10 yanvar 2025-ci il tarixli sərəncamı ilə Samir Rauf oğlu Şərifov Azərbaycan Respublikası Baş nazirinin müavini təyin edilib. Bu təyinata qədər Samir Şərifov uzun illər Maliyyə naziri vəzifəsini icra edirdi.

Muxtar Babayev

Ölkə başçısının 5 fevral 2025-ci il tarixli sərəncamı ilə Muxtar Bahadur oğlu Babayev Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi təyin edilib.

Bu təyinata qədər Muxtar Babayev Ekologiya və Təbii Sərvətlər naziri vəzifəsində çalışıb.

Sahil Babayev

Prezident İlham Əliyevin 6 fevral 2025-ci il tarixli sərəncamına əsasən Sahil Rafiq oğlu Babayev Azərbaycan Respublikasının maliyyə naziri təyin edilib.

Bu təyinata qədər Sahil Babayev 7 il Əmək və Əhalinin Sosial Müdafiəsi naziri vəzifəsini icra edib.

Anar Əliyev

Dövlət başçısının 7 fevral 2025-ci il tarixli sərəncamı ilə Anar Rəhim oğlu Əliyev Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib. Buna qədərsə o uzun illər Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini vəzifəsində işləyib.

Elnur Bağırov

Elnur Şəmistan oğlu Bağırov Ölkə başçısının 12 fevral 2025-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri təyin edilib. Bundan əvvəlsə o İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini vəzifəsində çalışıb.

Rüfət Mahmud

Prezident İlham Əliyevin 13 fevral 2025-ci il tarixli sərəncamı ilə Rüfət Nahid oğlu Mahmud "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri təyin edilib.

Rüfət Mahmud bu təyinatadək SOCAR-ın Rusiyada törəmə müəssisəsi olan "Socar Rus" MMC-nin rəhbəri olub.

O, 2019-2022-ci illərdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müşaviri, Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının (ARPA) direktorlar şurasının sədri vəzifələrində çalışıb. Həmçinin Dünya Bankı və İqtisadiyyat Nazirliyində bir sıra vəzifələrdə işləyib.

Şahin Babayev

Şahin Tofiq oğlu Babayev Ölkə başçısının 3 mart 2025-ci il tarixli sərəncamı ilə Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON-un) icraçı direktoru təyin edilib. Bu təyinata qədər o, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavin vəzifəsində çalışıb.

İlham Mirzəliyev

Ölkə başçısının 1 may 2025-ci tarixli sərəncamı ilə İlham Ata oğlu Mirzəliyev "Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilib. Bu təyinata qədər o 15 ildən artıq "Azəristiliktəchizat" ASC sədrinin müavini olub.

Bəhruz Əhmədov

Prezidentinin 13 may 2025-ci il tarixli sərəncamı ilə Bəhruz Vidadi oğlu Əhmədov Azərbaycan Respublikası Baş prokurorunun müavini - Azərbaycan Respublikasının Hərbi prokuroru təyin edilib. Bu təyinata qədər o prokurorluq orqanlarında müxtəlif vəzifələrdə çalışıb.

Sərdar Səfərov

24 oktyabr 2025-ci il tarixli sərəncamı ilə Sərdar Süleyman oğlu Səfərov Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi təyin edilib.

Buna qədərsə o, Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi və ən sonda isə Xankəndi şəhərinin komendantı vəzifələrində çalışıb.

Ceyhun Cəlilov

Ölkə başçısının sərəncamı ilə Ceyhun Ramiz oğlu Cəlilov 12 noyabr 2025-ci ildə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi təyin edilib. Bundan əvvəl Ceyhun Cəlilov Naxçıvan Muxtar Respublikasının baş naziri olub.

Elxan İbrahimov

Elxan Oqtay oğlu İbrahimov Dövlət başçısının 12 noyabr 2025-ci il tarixli sərəncamı ilə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. O, həmin gün Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Natiq Ağayev

Prezident İlham Əliyevin 12 noyabr 2025-ci il tarixli sərəncamı ilə Natiq Nuşravan oğlu Ağayev Balakən Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Bu təyinata qədər o, Göyçay Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini daşıyıb.

Orxan Mürsəlov

Orxan Çingiz oğlu Mürsəlov Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. O, Göyçay Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Elvin Paşayev

Dövlət başçısının 12 noyabr 2025-ci il tarixli sərəncamı ilə Elvin Nazim oğlu Paşayev Qax Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Bu təyinata qədər o Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini tutub.

Vüqar Novruzov

Prezident İlham Əliyevin 12 noyabr 2025-ci il tarixli müvafiq Sərəncamları ilə Vüqar Vahid oğlu Novruzov Naftalan şəhər İcra hakimiyyətinin başçısı vəzifəsindən azad olunaraq, Göygöl Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Elşən Həsənli

Ölkə başçısının 12 noyabr 2025-ci il tarixli sərəncamı ilə Elşən Nazim oğlu Həsənli Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Bu təyinata qədər Elşən Həsənli Sabunçu Rayon İcra Hakimiyyəti başçısının I müavini vəzifəsində işləyib.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 715   Tarix: 18 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İlham Əliyev Gömrük Məcəlləsində dəyişiklikləri TƏSDİQLƏDİ

Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişikliklər edilib. -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev yeni qanunu imzalayıb. Dəyişikliklər gömrük qanunvericiliyinin tətbiqi zamanı ortaya çıxan məsələlərin həlli, gömrük fəaliyyətinin müasir tələblərə və beynəlxalq təcrübəy

4 avqust
.

Gürcüstan Azərbaycan və Türkiyə ilə əlaqələrini gücləndirmək istəyir

Azərbaycan, Gürcüstan və Türkiyə arasında strateji əlaqələrin gücləndirilməsinin davam etdirilməsi vacibdir. xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib. "Nəqliyyat infrastrukturu sahəsində əlaqələr də daxil olmaqla, Azərbaycan, Gürcüstan və Türkiyə arasında strateji əlaqələri

13 avqust
.

Azərbaycanın bir sıra ölkələrdəki səfirləri dəyişdirildi

Azərbaycanın Polşa, İsveçrə, Niderland, Lixtenşteyn, Lüksemburq və Belçikadakı səfirləri geri çağırılıb, bəzilərinə yeni təyinat olub. -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncamlar imzalayıb. Sərəncamlarla:. - Nərgiz Akif qızı Qurbanova Azərbaycan Respublikasını

10 avqust
.

Rusiyadan Ermənistana Azərbaycandan keçməklə buğda və daş kömür göndəriləcək

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük baş tutacaq. "Report"a istinadən xəbər verir ki, bu ölkəyə 8 vaqon buğda, 10 vaqon daş kömür göndəriləcək. Qatar sabah saat 11:00-da "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından yola düşəcək

7 avqust
.

Prezidentdən Naim Cahidzadə ilə bağlı iki SƏRƏNCAM

Naim Etibar oğlu Cahidzadə Naxçıvan Muxtar Respublikası Sədərək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamı ilə, Naim Etibar oğlu Cahidzadə Naxçıvan Muxtar Respublikas

4 avqust
.

Arayik və digərləri ilə bağlı YEKUN QƏRAR VERİLDİ

Avqustun 6-da Bakı Apellyasiya Məhkəməsində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, terrorçuluq, terrorçuluğ

6 avqust
.

İlham Əliyevin Naxçıvana səfəri sosial-iqtisadi simasnı tamamilə dəyişəcək - Deputat

"Prezident İlham Əliyevin Naxçıvana növbəti səfəri muxtar respublikanın sosial-iqtisadi simasını tamamilə dəyişəcək və onu regionun ən müasir mərkəzlərindən birinə çevirəcək yeni bir mərhələnin başlanğıcıdır. Səfər çərçivəsində Dövlət Başçımız tərəfindən səsləndirilən fikirlər və təməli qoyula

12 avqust
.

Azərbaycan 2 ölkə ilə maliyyə sektorunda əməkdaşlıq edə bilər

Azərbaycan Serbiya və Gürcüstanla maliyyə sahəsində əməkdaşlıq edə bilər. "Report" xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin yarım illik hesabatında bildirilir. Sənədə əsasən, bu ilin I yarısında qurumda Serbiya və Gürcüstanın maliyyə nazirlikləri ilə əməkdaşlıq haqqında Anlaşma Memorandumlarını

7 avqust
.

İlham Əliyevdən üç diplomatla bağlı SƏRƏNCAMLAR

Zaur Rəşid oğlu Əhmədov Azərbaycan Respublikasının İsveç Krallığında, eyni zamanda Danimarka Krallığında, Finlandiya Respublikasında və Norveç Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb

12 avqust