"Şəhid olan polis zabitlərini şəxsən tanıyırdım" - sabiq deputat Gəncə hadisələrindən danışdı
Sabiq deputat Yusif Bağırzadə Gəncə hadisələrindən danışıb
"1995-2000-ci illərdə Gəncəni Milli Məclisdə deputat kimi təmsil etmişəm və bu baxımdan həm də bir gəncəli kimi bu bölgənin camaatını çox yaxşı tanıyıram. Gəncə camaatı bu gün də birmənalı olaraq cənab prezidentimiz İlham Əliyevin apardığı siyasəti dəstəkləyir. Buna görə də bəzi terrorçuların din pərdəsi adı altında törətdiyi cinayəti narazılıq kimi qələmə vermək düzgün deyil".
Bunu Sonxeber.az-a Gəncənin sabiq deputatı, politoloq Yusif Bağırzadə bildirib.
Y. Bağırzadə deyib ki, kimi son illər Azərbaycan bir sıra iqtisadi və siyasi uğurlara imza atıb. Onun sözlərinə görə, TAP, TANAP layihələrininin icrası və Azərbaycan qazının Avropaya çatdırılması, bu ərəfədə ölkəmizin əsrin müqaviləsinin ikinci mərhələsinə başlanması, işğalçı Ermənistan üzərində qazandığı qələbələrdən sonra düşmənlərimizin narahatlığı açıq görünürdü: "Digər tərəfdən Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun güclənməsi bədxah düşmənlərimizin qısqanclığına səbəb olurdu. Bu baxımdan belə xarici dairələrin nəsə planlaşdıracağı gözlənilən idi. Ancaq bu hadisələrin məhz Gəncədə törədilməsi məndə təəccüb və təəssüf hissi doğurur. Orda şəhid olan polis zabitlərini də şəxsən tanıyırdım, Gəncə camaatı onlardan da narazı deyildi. Ümid edirəm ki, bütün hallarda bu hadisələrə istintaq orqanı tərəfindən qiymət veriləcək və günahkarlar cəzalanacaq".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Zərgər gətirilən bir çanta qızılı qəbul etmədi: "Bu günaha girə bilmərəm"
Azərbaycanda bu tarixdə 12 DƏRƏCƏ ŞAXTA OLACAQ - XƏBƏRDARLIQ
Pensiyalar bu tarixdə tam ödəniləcək
Bu universitet tələbələrə fərqli təqaüdlər təsis edib: 150, 250 manat
Tanınmış kosmetoloq Natavan Əmirova paylaşımı ilə özünü biabır edib
Meyxanaçı Kərim vəfat etdi
Baş Prokurorluq Kamran Əsədov və "şərikləri" ilə bağlı - Açıqlama yaydı
Dövlət universitetinin açıq bufetinə baxın! Menyusu qədər qiymətləri də təəccübləndirir! - VIDEO
Direktoru divara itələyən müəllimlə bağlı - Rəsmi açıqlama+Video
Ömrü Sultani ilə məsələdə adı hallanan hospitaldan cavab: "Bizdə nə müalicə alıb, nə də ölüb" - YENİLƏNİB
Kərim harda dəfn olunacaq? (AÇIQLAMA)
Röya Ayxan və Elçin Cəfərovdan yeni duet - "Can" klipi çəkildi
Sabah hava necə olacaq?
Belə çağırışlar edənlər - 500 manat ödəməli olacaq
Məşhur müğənni KOMAYA DÜŞDÜ - FOTO