Sarkisyanın qardaşı oğlunu 8 il həbs gözləyir

Sarkisyanın qardaşı oğlunu 8 il həbs gözləyirErmənistanın keçmiş prezidenti Serj Sarkisyanın qardaşı Levon Sarkisyanın oğlu Narek Sarkisyana qarşı insan oğurluğu maddəsi ilə daha bir cinayət işi açılıb.

Sonxeber.az AzVision.az-a istinadən bildirir ki, bu barədə Ermənistan Baş Prokurorluğunun mətbuat xidməti məlumat verib.

Polisin əldə etdiyi sübutlara əsasən, 2017-ci ilin avqustunda İrəvanda gecə klubu açmaq istəyən bir sahibkar zorla Narek Sarkisyanın evinin zirzəmisinə gətirilərək döyülüb və bu istəyindən vaz keçməsi tələb edilib. Polis bildirib ki, Narek Sarkisyan özü şəxsən həmin sahibkara işgəncə verilməsində iştirak edib və onu tapanca ilə hədələyib. Daha sonra isə biznesmeni evdən çıxararaq Narek Sarkisyana məxsus yük maşını ilə xidməti salonuna gətiriblər və yenə döyərək, yalnız klub biznesi ilə məşğul olmayacağına dair söz verdikdən sonra buraxıblar.

Əldə olunan faktiki sübutlardakı cinayət elementlərinin yetərliliyi əsas götürülərək, Narek Sarkisyana qarşı əvvəlcədən planlaşdırılmış şəkildə bir qrup şəxs tərəfindən öz eqoist motivləri naminə insan oğurlaması maddəsi üzrə cinayət işi açılıb.

Bu maddə üzrə maksimal cəza 8 il azadlıqdan məhrumetmədir.

Qeyd edək ki, bundan əvvəl Narek Sarkisyana qarşı qanunsuz silah və narkotika saxlama, fırıldaqçılıq maddələrilə cinayət işi açılıb və axtarışa verilib. Həmçinin, onun atası da – Serj Sarkisyanın qardaşı, 1998-ci ildən Suriya, Tunis və İordaniyada səfir vəzifəsində çalışmış, 2010-cu ildən isə Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri işləmiş Levon Sarkisyan və qızı Ani Sarkisyan qanunsuz varlanmaqda və gəlir bəyannaməsindən yayınmaqda ittiham edilərək axtarışa veriliblər.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 780   Tarix: 17 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Zelenski onu da vəzifəsindən azad etdi

Ukrayna Prezidenti Volodimir Zelenski daha bir yüksəkvəzifəli şəxsi tutduğu vəzifədən azad edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Ukrayna mətbuatında məlumat yayılıb. Bildirilib ki, Zelenski Təhlükəsizlik Xidmətinin kibertəhlükəsizlik departamentinin rəhbəri İlya Vityuku vəzifəsində

2 may
.

Dəhşət! Keçmiş sevgilisinin yeni oğlan dostunun maşınına bomba quraşdırdı

Oğlan keçmiş sevgilisinin yeni sevgilisinin maşınına bomba quraşdırıb. xarici mediaya istinadən xəbər verir ki, Türkiyədə bir gənc keçmiş sevgilisinin maşınına bomba quraşdırdığı iddiası ilə saxlanılıb. Gənc maşınına bomba yerləşdirildiyini təsadüfən öyrənib. Oğlanın atası avtomobili yağ sızdığı üçü

2 may
.

75 min il əvvəl yaşamış neandertal qadının GÖRÜNTÜSÜ

Kembric Universitetinin (UC) britaniyalı alimləri 2018-ci ildə İraqdakı Kürdüstan mağaralarından birində qalıqları tapılan 75 min yaşlı neandertal qadının görünüşünü yenidən yaradıblar. -in xəbərinə görə, tədqiqat qurumun rəsmi saytında dərc olunub. Yenidənqurma zamanı alimlər dağıntılar altından kəll

3 may
.

Ana yeni doğduğu körpəsini basdırdı, saatlar keçsə də, ölmədi

Uqandada eşidənləri şoka salan hadisə yaşanıb. xarici mediaya istinadla bildirir ki, 23 yaşlı qadın gecə yarısı uşağını öz bağında basdırıb və körpə səhər saat 11-ə qədər torpağın altında qalıb. Qadın həkim müdaxiləsi olmadan doğuş edib. Ailə üzvləri həyətdə qan izləri aşkar etdikdən sonra balaca qızcığa

2 may
.

Rusiyada TikTokun fəaliyyəti yenidən məhdudlaşdırıldı

TikTok Rusiyada istifadəçilər üçün məhdudlaşdırılıb. "Ölkə.az" xəbər verir ki, bu haqda TASS məlumat yayıb. Bildirilir ki, proqrama daxil olmaq istədikdə müvafiq bildiriş görünür:. "Bölgənizdə bəzi TikTok funksiyalarını məhdudlaşdırdıq. Siz müvəqqəti olaraq videolar yerləşdirə və ya canl

3 may
.

İtkin düşən hamilə qadının meyiti tapıldı

Rusiyanın Sverdlovsk vilayətində 33 yaşlı qadının meyiti tapılıb. yerli mediaya istinadla xəbər verir ki, o, 2023-cü ilin oktyabrında itkin düşüb. Hüquq-mühafizə orqanlarının əməkdaşları Verx-Neivinski su anbarında meyit tapıblar. Qadın yoxa çıxandan sonra təhlükəsizlik qüvvələri onun qohumları və qonşuların

3 may
.

Sərxoş ər-arvad evdə donub öldü

Rusiyanın Nijni Novqorod vilayətində evli cütlük sərxoş halda donaraq ölüb. yerli KİV-ə istinadla bldirir ki, hadisə Boqorodski rayonunun Şuklino kəndində baş verib. Bir neçə gün əvvəl qohumları təqaüdçülərlə telefonla əlaqə saxlaya bilmədiyindən, onların vəziyyətini yoxlamağa gedib. O, evdə iki meyit

2 may
.

May ayında toy və nişan məclisləri nə üçün keçirilmir? - VİDEO

May ayında insanlar toy və nişan məclislərini keçirməyi təxirə salırlar. Halbuki aprel ayında şadlıq saraylarında yer tapmaq qəliz məsələ olur. Bir çox insan xeyir işlərinin may ayında düşməsini istəmirlər. Uzun illərə dayanan, heç bir dini və qanunvericliklə əsası olmayan bu ənənəyə insanlarımız əmə

3 may
.

Bella Hadiddən gözlənilməz addım - 10 illik karyerasını ... - FOTO

Məşhur model Bella Hadid karyerasına son qoyub. xəbər verir ki, model ona edilən təzyiqlərə tab gətirməyərək bu addımı atıb. O Fələstinə dəstək verdiyi üçün dəfələrlə ölümlə şantaj olunub. Bundan əlavə onun bir çox məşhur markalarla bağladığı müqavilələri ləğv edilib. Belə ki, "Dior" onunl

3 may