Bəs bizdə niyə o əjdahadan yoxdur?

Bəs bizdə niyə o əjdahadan yoxdur?Siz heç başqa ölkələrin çempionatlarını izləyirsinizmi?

Indi internetin, optik texnologiyaların, kabel televiziyalarının köməyi ilə "Old Trafford"u, "Allianz Arena"nı, "Camp Nou"nu canlı-canlı izləyir, sürətli, texnikalı, atletik Avropa futbolundan, keyfiyytəli oyunların HD formatından zövq alırıq.
Lakin mənim bu yazım böyük beşliyə (Premier League, Ligue 1, Bundesliga, La Liga, Serie A ) həsr olunmayıb, zatən oradakı nəticələri, statistikanı, heyətləri əzbərdən, əlimizin içi kimi bilirik.
Söhbətimiz qonşu ölkədən, Belorusiya çempionatından bəhs edəcək. Daha doğrusu, çempionatın iki klubundan.
Demək, Çempionlar Liqasının təsnifat mərhələsində ölkəni Borisov şəhərinin "BATE" və Avroliqada hələ köhnə dönəmlərdən tanıdığımız Minsk "Dinamo"su təmsil edir.

Artıq neçə illərdir ki, Avropa futbolunda özünəməxsus keyfiyyətli oyun tərzi, nizam-intizamlı müdafiəsi, kəskin əks-hucum üslubu (təxminən Lobanovskinin əfsanəfi Dinamosu sayaq) ilə seçilən BATE Qarabağı səfər meydanında, tamaşaçılarımızın gözü qarşısında quru hesabla məğlubiyyətə uğratdı.

Ardınca isə "Dinamo"çular sensasiyaya imza ataraq özlərindən qat-qat güclü hesab olunan Sankt-Peterburq "Zenit"inin qapısına, nə az, nə çox, düz 4 möhtəşəm qol yüklədilər.

Bizim komandalar isə saytların informasiya lentlərində, ""Qəbələ" Avroliqada mübarizəni dayandırdı", ""Keşlə"dən Avroliqaya erkən vida" və ""Neftçi" darmadağın oldu" başlıqlı üzücü xəbərlərlə yer aldılar.

İndi müqayisə edək. Bu bizimkilərə nisbətdə maliyyə imkanları qat-qat zəif Belorusiya klubları və hər cür şəraitə malik Azərbaycan klubları.

Belorusiya komandaları Avropa meydanlarına əsl cəngavər döyüşünə çıxırlar. Son ana, son dəqiqələrədək ölüm-dirim, savaş mübarizəsi aparırlar. Bizimkilərsə....?!
Belə olan halda haqlı sual meydana çıxır: bəs bizdə niyə o əjdahadan yoxdur? Nəyə görə, bizim çempionat bir aktyorun teatrına bənzəyir!?
Çünki, rəqabət mühiti yox səviyyəsindədir. Çünki, çempionatda Qarabağa ciddi müqavimət göstərə biləcək, intriqanı sona qədər daşıyacaq klub qalmayıb.
Çünki, vaxtı ilə 20 komandanın mübarizə apardığı ölkə çempionatında cəmisi səkkizcə komanda mövcuddur. Səkkiz komanda ilə rəqabətədavamlı mühit, normal yarışma ab-havası sürdürmək mümkündürmü? Bəs komandaların sayını, heç olmasa 12-yə çatdırmaq olmazmı!?
Qaytarın "Şəmkir"i, "Turan"ı, "MTK-Araz"ı, "Viləş"i, "Xəzər-Lənkəran"ı və adlarını çəkmədiyim digər klubları.

Qoy yalnız paytaxt deyil, əyalət futbolu da inkişaf etsin. Tamaşaçı marağı olsun, intriqa-rəqabət olsun, müxtəliflik-rəngarənglik olsun, dişə-diş mübarizə olsun.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 3073   Tarix: 11 avqust 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Mahir Emreli Hidayət Heydərova forma hədiyyə etdi - Foto

"Dinamo"nun (Zaqreb) hücumçusu Mahir Emreli Zaqrebdə keçirilən Avropa çempionatında Azərbaycan cüdoçularına dəstək olub. "Qafqazinfo" xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının rəsmi hesabı paylaşım edib. Paylaşımda, Azərbaycan millisinin üzvünün cüdoçuların yarışların

26 aprel
.

Levandovski hazırda dünyanın ən yaxşı 2 oyunçusunun adını AÇIQLADI

"Barselona"nın polşalı hücumçusu Robert Levandovski hazırda kimləri dünyanın ən yaxşı futbolçuları hesab etdiyini açıqlayıb. -in xəbərinə görə, bu barədə "Marca"nın məlumatında deyilir. "Bunu demək çətindir. Çünki qarşıda hələ Avropa çempionatı və Çempionlar Liqasının son, həlledic

29 aprel
.

"Barselona" iki futbolçusu ilə bağlı qərar verib

İspaniyanın "Barselona" klubunda icarə əsasında çıxış edən Joau Kanselu və Joau Feliks in taleyinə aydınlıq gəlib. "Report" "Sport.es" nəşrinə istinadən xəbər verir ki, "Barsa" rəhbərliyi Kanselonun xidmətində maraqlıdır və müdafiəçi ilə yeni mövsümün əvvəli müqavil

27 aprel
.

Azərbaycan cüdo üzrə Avropa çempionatında tarixi qələbəyə imza atıb

Azərbaycanın cüdo üzrə milli yığması aprelin 25-dən 27-dək Zaqrebdə keçirilən Avropa çempionatında iki qızıl və bir gümüş medal qazanaraq bu günə qədər ən yaxşı nəticəni əldə edib (1993-cü ildən bəri). -ın məlumatına görə, Elcan Hacıyev 90 kq çəki dərəcəsində Azərbaycanın ilk Avropa çempionu kimi tarix

28 aprel
.

Mbappe "Real Madrid"in keçmiş futbolçusunun evini aldı

Kilian Mbappe "Real Madrid"in keçmiş ulduz futbolçusunun evini 18 milyon avroya alıb. Məlumata görə, fransalı ulduz futbolçu ispaniyalı Serxio Ramosun Madriddəki evi üçün ispaniyalı müdafiəçiyə 18 milyon avro ödəyib. "Real Madrid" klubu ilə rəsmi müqavilə imzalamayan Kilian Mbappeni

4 may
.

FIFA prezidenti "Qarabağ"ı təbrik edib

FIFA prezidenti Canni İnfantino Azərbaycan Premyer Liqasının qalibi olmuş "Qarabağ" klubunu təbrik edib. xəbər verir ki, funksioner bununla bağlı AFFA prezidenti Rövşən Nəcəfə məktub ünvanlayıb. "Hörmətli prezident, bu məktub vasitəsilə Azərbaycanın yeni çempionu "Qarabağ" FK-n

27 aprel
.

Acun yeni klub alır

Türkiyəli iş adamı Acun Ilıcalı daha bir futbol klubu alır. "Qafqazinfo" Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, Sloveniyanın "Maribor" klubu ilə danışıqlar aparır. A.Ilıcalı klub haqqında fikirlərini bildirib: "Sloveniyada hansı klubun bizə daha uyğun olduğunu araşdırdırdıq

30 aprel
.

İbrahimoviç "Milan"da dəyişikliklərə səbəb olacaq mühüm qərarlar verəcək

"Milan"ın keçmiş hücumçusu, hazırkı baş məsləhətçisi Zlatan İbrahimoviç komandanın yeni baş məşqçisinin seçilməsində, eləcə də yay transfer pəncərəsində futbolçuların alınmasında əsas rol oynayacaq. Bundan əvvəl mətbuatda isveçlinin Antonio Konteni baş məşqçi postuna dəvət etməkdə maraqlı olduğ

27 aprel
.

AFFA "Neftçi"nin istəyini rədd etdi

AFFA-nın Apellyasiya Arbitraj Tribunalı "Neftçi"nin şikayətin təmin etməyib. "Qafqazinfo" assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, "Neftçi-2″nin futbolçusu Ağadadaş Salyanski "Sumqayıt-2" ilə matçda qeyri-etik ifadə və ya hərəkətə görə (rəsmi şəxsə qarş

26 aprel