ABŞ Türkiyəni F-35-lərlə VURA BİLMƏDİ - Trampın növbəti sanskiya arzusu puça çıxdı

ABŞ Türkiyəni F-35-lərlə VURA BİLMƏDİ - Trampın növbəti sanskiya arzusu puça çıxdıABŞ prezidenti Donald Tramp Müdafiə Nazirliyinin (Pentaqon) 2019-cu il üçün nəzərdə tutulan büdcəsini təsdiq edib.

Sonxeber.az publika.az-a istinadən xəbər verir ki, büdcə layihəsində Türkiyəyə satılacaq "F-35" tipli qırıcıların təslimini təxirə salmasını ehtiva edən maddə əlavə edilib və qırıcıların Türkiyəyə təslim edilməsi təxirə salınıb.

Rəsmi Ankaranın məlumatına görə, bu qanun layihəsi Türkiyəyə yeni sanksiyalar vəd etmir.

Belə ki, Trampın təsdiq etdiyi 2019 Milli Müdafiə Səlahiyyətləri qanununda iddiaların əksinə, Türkiyənin F-35 proqramına qoşulması ilə bağlı hər hansı məhdudiyyətlər yoxdur.

Qanun layihəsi sadəcə Türkiyə Müdafiə Nazirliyinin 90 gün ərzində Türkiyə və ABŞ əlaqələrinin hazırkı vəziyyətinə dair hesabat hazırlamasını tələb edir. Və bu sənəd təqdim edilənə qədər qırıcıların Türkiyəyə transferini məhdudlaşdırır. Qanun Türkiyənin F-35 proqramına qatılmasımı əngəlləmir.

Xatırladaq ki, bu ilin iyun ayında iki ədəd F-35 təyyarəsi türk pilotların təlim keçməsi üçün Luke hava bazasında yerləşdirilib və bu təlimlər 2 il davam edəcək. Təlimlər bitənə qədər isə qırıcılar Türkiyə pilotlarının ixtiyarında qalacaq.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Nyu-York ştatındakı Fort Drum hərbi bazasında Pentaqonun 2019-cu il büdcəsini imzalayıb. Tramp bu büdcə ilə nüvə silahlarına ciddi məbləğdə sərmayə qoyacaqlarını bildirib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 1368   Tarix: 14 avqust 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Türkiyə şəhid verdi

Türkiyə Ordusunun hərbçisi şəhid olub. "Qafqazinfo" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunur ki, ötən gün "Pençe" əməliyyatı bölgəsindəki posta ildırım düşməsi nəticəsində Türkiyə Silahlı Qüvvələrinın hərbi qulluqçusu Ata Göçmen yaralanara

4 may
.

Kosmosa da turist səfərləri başladı

Amerikanın "SpaceX" şirkəti kosmosa turist uçuşları üçün yer bron etməyə başlayıb. Bu barədə məlumat şirkətin saytında yer alıb. xarici mediaya istinadla bildirir ki, maraqlananlar üçün dörd istiqamət əlçatan olacaq: Yerin orbitinə, Beynəlxalq Kosmik Stansiyaya (BKS), Aya və Marsa. "Dragon"

2 may
.

Körpə yeməkdən sonra qusub öldü

Rusiyanın Sankt-Peterburq şəhərinin Primorski rayonunda körpə gecə qidalandıqdan sonra qusaraq boğulub. yerli KİV-ə istinadla bildirir ki, 32 yaşlı ana həkim briqadasını Komendantski prospektindəki mənzilə çağırıb. O, səkkiz aylıq qızını yedizdirərək yatızdırdığını deyib. Qadının sözlərinə görə, uşaqd

2 may
.

Fabrikdə partlama, işçi alovlardan sürünərək xilas oldu - VİDEO

Kimyəvi maddələrin olduğu fabrikdə partlama baş verib. xarici mediaya istinadən xəbər verir ki, hadisə Türkiyədə baş verib. Partlama anı kameralara anbaan düşüb. Partlama nəticəsində alovlar içində qalan bir işçi özünü sürüyərək bayıra ata bilib. Artan alov bütün iş yerini əhatə edib. Xəbər üzərinə polis

3 may
.

Xəstəxanada dava: müayinə üçün gedən həkim həmkarına hücum etdi

Türkiyədə Giresun Təhsil və Araşdırma Xəstəxanasına müayinə üçün gələn həkim ona baxılmadığını əsas gətirərək başqa həkimlə mübahisə edib. xarici mediaya istinadən xəbəır verir ki, mübahisə davaya çevrilib. Həkimlər bir-birindən şikayətləniblər. Hadisə aprelin 30-da şəhər mərkəzində yerləşən Giresu

3 may
.

Ukraynada vəziyyət: Rusiyanın 2024-cü il üçün əsas məqsədi açıqlandı

Ukrayna rəsmiləri vurğulamağa davam edir ki, Rusiyanın 2024-cü il üçün əsas məqsədi Donetsk və Luqansk vilayətlərinin tamamilə ələ keçirilməsidir. Bu barədə ABŞ-nin nüfuzlu Müharibə Tədqiqatları İnstitutunun Rusiya-Ukrayna müharibəsinə dair hazırladığı gündəlik hesabatda bildirilib. "Ukrayna rəsmilər

4 may
.

Kreslo yolda maşınları ötüb keçdi - VİDEO

Rusiyada gənc oğlan qeyri-adi elektrikli skuter hazılayıb. xəbər verir ki, bu barədə görüntülər yerli teleqram kanallarında paylaşılıb. Məlumata görə, 22 yaşlı oğlan evdə kresloya əlavələr edərək ondan elektrikli skuter düzəldib. Oğlan qeyri-adi kəşfi ilə Sankt-Peterburqun Leninski prospektində dolanıb

2 may
.

Xameneidən kitab satıcısına Azərbaycan dili ilə bağlı irad - Video

İranın ali lideri Əli Xamenei Təbrizdə yerli kitab satıcısına Azərbaycan dilindən düzgün istifadə edilməməsinə görə irad tutub. " "a istinadən xəbər verir ki, hadisə Təbrizdə baş verib. Sosial şəbəkələrdə yayılan görüntülərdən Xameneinin bir kitaba baxış keçirdiyini görmək mümkündür. Bu zama

2 may
.

Putinin Çinə səfərinin mümkün tarixləri məlum olub

Rusiya prezidenti Vladimir Putinin Çinə səfəri mayın 15-16-da baş tutacaq. "Bloomberg" agentliyi Rusiya liderinin səfərinin mümkün tarixlərini açıqlayıb. "Tarixlər bir qədər dəyişə bilər. Lakin Çin prezidenti Si Tsinpinlə görüş Putinin mayın 7-də Kremldə andiçmə mərasimindən sonra il

3 may