Azərbaycan manatı kəskin ucuzlaşacaq? - AÇIQLAMA

Azərbaycan manatı kəskin ucuzlaşacaq? - AÇIQLAMASon günlər regionda baş verən iqtisadi proseslər, Azərbaycanın yaxın qonşuları və bəzi əsas ticarət tərəfdaşları olan ölkələrdə yerli valyutaların ucuzlaşması manat üçün də təzyiq yaradır.
Türk lirəsi və rus rublunun kəskin ucuzlaşması Azərbaycanda da devalvasiya riski ilə bağlı müzakirələri gücləndirib. Ölkədə devalvasiya olması ehtimalları, belə vəziyyətə səbəb ola bilən faktorlar və qarşıdakı dövr üçün gözləntilər barədə FED.az-ın suallarını iqtisadçı ekspert Rövşən Ağayev cavablandırıb:

- Rövşən bəy, hazırda Azərbaycanda iqtisadi vəziyyəti, o cümlədən manatın devalvasiyası riskini necə qiymətləndirisiniz?

- Əvvəla onu deyim ki, ölkədəki iqtisadi vəziyyəti, o cümlədən milli valyutanın dayanıqlığını və onun qarşıdakı perspektivini qiymətləndirmək, daha dəqiqi, deaalvasiya risqinin olub-olmadığını proqnozlaşdırmaq üçün ən yaxşı informasiya mənbəyi tədiyyə balansıdır.

Tədiyyə balansının ümumi saldosu mənfidirsə demək devalvasiya qaçılmazdır. Tədiyyə balansının cari hesablar balansı var, onun da göstəricilərinə də baxmaq lazımdır və ümumi tendensiyaları görmək olur. Ümumilikdə isə əsas göstərici tədiyyə balansının ümumi saldosudur.
Düşünmürəm ki, hökumət indiki şəkildə manatın kiçik həcmli məqsədli devalvasiyasına getsin.

Əvvəla ona görə ki, kiçik həcmli devalvasiya, məsələn, dolların məzənnəsinin 1,7 manatdan 1,8 manata qaldırılması heç nəyi dəyişməyəcək. Çünki haqqında danışdığımız ölkələrdə devalvasiya elə sürətli gedir ki, kiçik devalvasiya manatla lirənin real effektiv məzənnəsindəki tarazlığı onsuz da bərpa edə bilməyəcək. Əvəzində bu addımın (yəni manatın 10-15% də olsa devalvasiyasının – FED.az) mənfi nəticələri ola bilər. Bank sektoru, biznes, xüsusilə də xarici valyutada borcu olan, xarici valyuta ilə əməliyyatlar aparan, məhsullarının elementləri idxal hesabına formalaşan şirətlər ki var, bunlar 2015-ci ilin devalvasiyasında çox ağır zərbə alıb. Xüsusilə də, bank sektoru ayağa qalxmayıb. Ona görə də, mən bir iqtisadçı kimi, indiki situasiyada manatın qorunmasının, istənilən bütün hallarda qorunmasının tərəfdarıyam. Bunun üçün münbit şərait, yəni imkanlar da var.

Yenə də deyirəm bizim tədiyyə balansımızın ümumi saldosu imkan verir ki, heç hökumət valyuta bazarına müdaxilə eləmədən də manatın sabitliyi təmin olunsun. Bu gün tədiyyə balansının saldosu müsbətdirsə - bunu bütün iqtisadçılar bilir və bilməlidir - hökumətin valyuta bazarına müdaxiləsinə ehtiyac qalmır, valyuta bazarı prosesi özü tənzimləyir. Hökumət o halda müdaxilə edir, yəni valyuta ehtiyatlarını bazara buraxır ki, tədiyyə balansında mənfi saodo yaranır. Bu gün bazarda o situasiya yoxdur.

Azərbaycanda devalvasiya riski yalnız bir halda ola bilər, yəni daha dəqiqi bunun üçün bir risk var. O da Azərbaycandan kapital axınının baş verməsidir. Sizə bir maraqlı fakt deyim, 2015-ci ildə Azərbaycanda devalvasiya baş verən il, dediyim kimi, tədiyyə balansında 11,3 milyard dollarlıq mənfi saldo vardı. Və bu kəsir xarici ticarətin hesabına deyil, kapital axının hesabına baş vermişdi. Yəni həmin il Azərbaycandan 9 milyard dolarlıq kapital axını olmuşdu. Daha 2,1 milyard dollarlıq mənbəyi bilinməyən kapital axını olmuşdu. Bu aıxınlar ölkədən ən müxtəlif formada baş vermişdi. Bunlar əmanətlər şəklində, xaricdən əmlakların alınması və sair şəklində baş vermişdi.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 16463   Tarix: 14 avqust 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Çip defisitinə görə "Toyota" istehsalı kəskin azaldır

Yaponiyanın avtomobil nəhəngi "Toyota" gələn ay bütün dünya üzrə avtomobil istehsalını 40 % azaldacaq. Report-a istinadən xəbər verir ki, şirkət çip çatışmazlığına görə, sentyabrda 900 min yerinə 500 min avtomobil istehsal edəcək. İstehsalın azalmasına görə gələn aydan Yaponiyadakı bir neç

19 avqust 2021
.

Azərbaycanda sosial ödənişlər nə qədər artıb?

Azərbaycanda son üç ildə sosial ödənişlər 2 400 00 00 manat və ya 60 faiz artaraq 6 400 00 00 manata çatıb, Dövlət Sosial Müdafiə Fonduna büdcədən transfert 40 faizdən 25 faizə enib. -ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ilin ilk yarısının yekununa dair keçirilə

31 iyul 2021
.

Azərbaycanda dollar yenidən bahalaşır? - AÇIQLAMA

Son günlər ərzində bankların dollar satışında qoyudğu məhdudiyyətlər cəmiyyətdə müəyyən aajiotaja səbəb olub. Əhali arasında yenidən devalvasiyanın olması ilə bağlı müəyyən narahatlıq var. Bəs görəsən bu narahatlığa ciddi əsas varmı? Devalvasiya təhülkəsi gözlənilirmi?. Mövzu ilə bağlı -ın sualların

6 may 2021
.

Toylara icazənin verilməsi qızıl bazarına necə təsir edəcək? - AÇIQLAMA

Xəbər verdiyimiz ki, iyulun 1-dən ölkəmizdə toylara icazə verilib. Bu, təbii ki, qızıl satışının artımı deməkdir. Bəs qızıl satışında uzunmüddətli durğunluqdan sonra bahalaşma ola bilərmi?. Məsələ ilə bağlı -a açıqlama verən iqtisadçı-ekspert Elmir Səfərli bildirib ki, qızıl satışında bahalaşma gözlənilmir:

6 iyul 2021
.

Azərbaycan niyə Dünya Bankının yardımından imtina etdi? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi Azərbaycan Dünya Bankı tərəfindən təqdim olunan güzəştli kreditdən imtina edib. Bəs bunun səbəbi nədir?. Məsələ ilə bağlı -a açıqlama verən iqtisadçı ekspert Xəyal Məmmədli bildirib ki, Dünya Bankı "COVİD-19" pandemiyası ilə bağlı tək Azərbaycana deyil, bütün dünya dövlətlərin

23 iyun 2021
.

Azərbaycanlılar 1 ayda bu ölkədə 131 MƏNZİL ALIB

2021-ci ilin yanvar-aprel aylarında azərbaycanlılar Türkiyədə 382 mənzil alıblar. 2020-cu ilin eyni dövründə azərbaycanlılar Türkiyədə 319 mənzil almışdılar. istinadən xəbər verir ki, azərbaycanlılar Türkiyədə 2021-ci ilin yanvar ayında 68 mənzil, fevral ayında 77 mənzil, Mart ayında 106 mənzil, Apre

13 may 2021
.

Azərbaycan təbii qaz ixracını 57 % artırıb

Bu ilin yanvar-iyun aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 10,379 milyard kubmetr həcmində təbii qaz ixrac edib. xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin statistikasına əsasən xəbər verir. Məlumata görə, ötən 6 ay ərzində Azərbaycandan ixrac edilən təbii qazın dəyəri 1,586 milyar

17 iyul 2021
.

Dollar almaq istəyənlərin NƏZƏRİNƏ

Azərbaycan Mərkəzi Bankı bu günə olan valyuta məzənnələrini açıqlayıb. AMB-ə istinadən xəbər verir ki, ABŞ dollarının rəsmi məzənnəsi dəyişməyərək 1.700 manat təşkil edir. Manata nəzərən avronun məzənnəsi 2.0681, 1 türk lirəsi 0.2042 manat, 1 rus rublu 0.0231 manatdır

18 may 2021
.

Bitkoin yenə bahalaşdı

Dünyanın ən bahalı kriptovalyutası olan bitkoinin qiyməti bahalaşıb. xəbər verir ki, bu barədə "CoinMarketCap" məlumat yayıb. Məlumata görə, bitkoinin dəyəri 1.79 faiz artaraq 44.55 min dollar olub

8 avqust 2021